525.Az

Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi(Fotolar)


 

CAHANGİR MƏMMƏDLİ: “RƏŞAD MƏCİDİN PUBLİSİSTİKASININ GÜCÜ ONUN BƏDİİ ƏDƏBİYYATA BAĞLILIĞINDADIR”

Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi<b style="color:red">(Fotolar)</b>

 Mətbuat Şurasında “525-ci qəzetin baş redaktoru, şair-publisist Rəşad Məcidin yeni çapdan çıxanDəlicəsinəkitabının təqdimat mərasimi keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, R.Məcidin təbiəti üçün xarakterik olan geniş diapazonlu, incə duyum tərzi onun yaradıcılığının aparıcı həlqəsini təşkil edir. Ə.Amaşov qeyd edib ki, Rəşad Məcid jurnalistikaya, publisistikaya ədəbiyyata eyni dərəcədə yaxın olmağı, proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir: “Bu keyfiyyətin daşıyıcısı olmaq hər adama nəsib olmur. Rəşad Məcidin yeni çapdan çıxan kitabı onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşıyır. Kitabın dörd bölümünə nəzər salanda da bunu görmək mümkündür. Nəşrin ilk bölümündə müəllif müxtəlif illərdə qələmə alınan publisistik yaradıcılıq nümunələrini təqdim edir. Rəşad Məcidin yaşadıqları bu xüsusda gəldiyi qənaətlər bir sıra prosesləri incələmək, onun daxili mahiyyətinə varmaq baxımından çox önəmlidir. KitabınGördüklərimbölümündə Rəşad Məcidin səfər təəssüratları yer alır. Biz tez-tez istər ölkə daxilində, istərsə xaricdə onunla birgə səfərlərdə oluruq. Hesab edirəm ki, Rəşad Məcidlə yol yoldaşı olmaq istənilən adamda təəssürat zənginliyi yaradır. NəşrinTanıdıqlarımbölümünün oxucularda böyük maraq doğuracağı şübhəsizdir. Buraya müəllifin portret məqalələri daxil edilib. Nəhayət, “Dediklərimbölümündə Rəşad Məcidin müxtəlif kütləvi informasiya vasitələrində gedən müsahibələrindən bir neçəsi, hətta deyərdim ki, olduqca az qismi yer alıb. Çünki müəllif təbiət etibarilə hamıya yaxındır, hər zaman fikirlərini bildirməyə həvəslidir, çox maraqlı həmsöhbətdir. Dünənfacebooksosial şəbəkəsinə göz gəzdirəndə təsadüfən hamımızın hörmətlisi İradə Tuncayın bir statusu diqqətimi çəkdi. İradə xanım bu gün Rəşad Məcidin kitabının təqdimatının keçiriləcəyini yazırdı əlavə edirdi ki, nəşri açdığı səhifədə öz adına rast gəlib. Rəşad Məcidin geniş diapazona malik sənət adamı olduğunu bir daha vurğulayaraq hesab edirəm ki, bu kitab media daxilində, publisistikada seçilən hər kəsin adının çəkilməsilə yanaşı, ümumən varlığının, həyat yolunun lazımlı, müəyyən mənada örnək olduğunu təsdiqləyən nümunə, gələcək nəsillər üçün bu günümüzün yaşantısını göstərən mənbədir”.

Ə.Amaşov kitabın media nümayəndələri üçün xüsusilə maraqlı olacağını bildirərək bu il R.Məcidin 50 yaşının tamam olduğunu söyləyib. O bu  təqdimatın məhz R.Məcidin 50 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərin başlanğıcı olduğunu vurğulayıb.

Kitabın müəllifi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid tədbirə dəvət edilən şəxslərin bir çoxunun bu kitabla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslərin əksəriyyətinin adına bu kitabda rast gəlinir. Müəllif həmin şəxslərlə müxtəlif səfərlərdə yaşanan xatirələrin kitabda əks edildiyini bildirib. R.Məcid kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, kitabı təmənnasız nəşr etdiyinə görə, “TəhsilNəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundova minnətdarlığını bildirib. Sonra müasir insanın bir həftə ərzində aldığı informasiyanın tutumca XIX əsrdə yaşamış rus kəndlisinin 70 il ərzində aldığı informasiyaya bərabər olduğunu vurğulayan R.Məcid deyib ki, bu məntiqlə yanaşanda, deməli, biz  indi hər həftə yetmiş il yola salırıq: “Həqiqətən hazırda zaman çox sürətlə gedir gün ərzində çoxsaylı informasiyalar alırıq. O qədər sürətli dövrdür ki, hisslərdən, duyğulardan, insanlarla ünsiyyətdən aldığımız zövqün dadını çıxara bilmirik. Şübhə yox ki, bu məsələdə sosial şəbəkələrin, yeni medianın da mühüm rolu var. Çox sürətlə yeni-yeni məlumatlar aldığımızdan bir mövzu haqqında çox fikirləşə bilmirik. Hesab edirəm ki, ən böyük problemlərdən biri düşünmək imkanın, vaxtının olmamasıdır”.

BDU-nun professoru, kitaba yazılmış ön sözün müəllifi Cahangir Məmmədli R.Məcidin müəllimi olduğunu xatırladaraq, onun ən sevimli tələbələrindən biri olduğunu deyib: “Hesab edirəm ki, Rəşad Məcidin publisistikasının gücü onun bədii ədəbiyyata bağlılığındadır. Bu gün bədii təxəyyülü olan əsərlər oxunur. Rəşad müəllim məhz belə, yəni bədii təxəyyülə yer verən əsərləri oxunan yazardır. Azərbaycan media, ədəbiyyat mühitində Rəşad Məcid deyilən şəxsiyyət var. Həyatımın ən böyük mənası  həm odur ki, məhz belə bir şəxsiyyətlə yaxınam”.

Kitabın əhəmiyyətindən danışanƏdalətqəzetinin baş redaktoru, publisist İradə Tuncay R.Məcidlə tanışlığından söz açıb: “Mən Rəşad Məcidlə Ağdama səfər zamanı tanış olmuşam. O zaman onun iyirmi, mənim isə iyirmi beş yaşım vardı. İndi isə Rəşad Məcidiyirmi beş”, məniyirmiyaşındayam. Bu il ikimizin yubileyidir. Yaxşı ki, Rəşad müəllim kimi daxili sevgi dolu dostumuz var. O, heç vaxt yardım əlini bizdən əsirgəmir”.

Olaylarqəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, kitabda hər birimiz haqqında xatirələr var: “Kitabda istədiyimiz istəmədiyimiz xatirələr Rəşad müəllim tərəfindən qələmə alınıb. Mən belə bir kitab yazdığı üçün Rəşad Məcidə minnətdarlığımı bildirirəm”.

R.Məcidin adı ilə bağlı olan hər şeyin pozitiv olduğunu qeyd edənXalq cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli kitabın adı kimi dəlicəsinə yaşadıqlarını dilə gətirib.

Kaspiqəzetinin baş redaktoru Natiq Məmmədli R.Məcidi az-az gördüyünü bildirsə , onunla görüşdüyü zaman özündə qəribə təəssürat yarandığını qeyd edib: “Məndə elə hiss yaranır ki, sanki Rəşad Məcidi illərdir tanıyıram. Həqiqətən Rəşad müəllimin istər publisist, istərsə bir jurnalist kimi böyük xidmətləri var. Deyərdim ki, onun rəhbəri olduğu “525-ci qəzetjurnalistikamızda bir məktəb rolunu oynayır. Bununla yanaşı, qəzetin tutduğu müstəqil mövqe, həmçinin ədəbiyyat nümayəndələrinə verdiyi dəstək hər birimiz üçün nümunə olmalıdır. Biz məhzKaspiqəzetinin ədəbiyyatla bağlı səhifəsini “525-ci qəzetdən nümuna götürərək hazırlayırıq. Hesab edirəm ki, Rəşad müəllimin bütün bu xidmətləri yüksək qiymətləndirilməlidir”.

R.Məcidin sevinc üzərində köklənmiş insan olduğunu bildirənParalelqəzetinin baş redaktoru Tapdıq Abbas onun tənqidləri belə sevinclə qarşıladığını söyləyib.

İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə çox əlamətdar gün olduğunu deyərək R.Məcidin Azərbaycan mətbuatının  loqolarındanbiri olduğunu dilə gətirib. Müəllifin çox sədaqətli dost olduğunu qeyd edən baş redaktor kitabın R.Məcidin dostlarına münasibətinin mühüm göstəricisi olduğunu vurğulayıb.

Modern.azsaytının baş redaktoru Elşad Eyvazlı kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildirərək R.Məcidin onlara bəslədiyi dost münasibətindən söz açıb: “Saytımız fəaliyyətə başladıqdan bir il sonra bağlanmaq təhlükəsi ilə qarşılaşmışdı. Bu zaman bizə Rəşad müəllim dost əlini uzatdı. Bizi lazımi avadanlıqlarla təmin edərək fəaliyyətimizi dayandırmamağımıza yardımçı oldu. Deyərdim ki, “Modern.azın bu yerə gəlib çıxması Rəşad Məcidin böyük əməyinin nəticəsidir”.

Qafqazinfo.azsaytının baş redaktoru Elbrus Ərud kitab barəsində fikirlərini bölüşərək R.Məcidlə ilk müsahibəsindən söz açıb. O, R.Məcidin bütün tənqidlərə açıq olduğunu bildirib: “Biz jurnalistlərin dostu olmur. Kimi tənqid ediriksə, bizdən inciyir, küsür. Amma Rəşad müəllim belə şəxslərdən deyil. Onu tənqid edən zaman belə, buna xoş münasibət bəsləyir. Fikrimcə, bütün şəxslər Rəşad müəllim kimi olsa, bizimlə heç bir şəxsin münasibəti pozulmaz”. O, mətbuatımızın hazırkı səviyyəyə gəlməsində, öz gücünü, nüfuzunu  qoruyub-saxlamasında R.Məcidin fəaliyyətinin mühüm əhəmiyyətinin olduğunu dilə gətirib.

Tanınmış jurnalist Azər Həsrət R.Məcidlə birgə səfərlərindən danışaraq, xatirələrini bölüşüb.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli R.Məcidin çox maraqlı şəxsiyyət olduğunu deyərək, kitabın əhəmiyyətli olduğunu qeyd edib. O, R.MəcidinQarabağFutbol Klubunun beynəlxalq oyunlarda azərkeşlərin stadionu doldurmasında mühüm fəaliyyətinin olduğunu vurğulayıb: “Rəşad müəllim təkcə media, publisistika sahəsində deyil, eyni zamanda digər məsələlərdə xüsusi rol oynayır. O, “Qarabağın oyunları zamanı bir çox tanınmış şəxslərə telefon açaraq onları oyuna dəvət edirdi. Hesab edirəm ki, onunQarabağın oyunları zamanı azərkeşlərin stadionu doldurmasında mühüm rolu olurdu. Həqiqətən Rəşad Məcid çox səmimi insandır”.

R.Məcidin böyük müşahidə qabiliyyətinin olduğunu qeyd edən Y.Məmmədli onun hadisələrə çox incəliyinə qədər nüfuz etdiyini vurğulayıb.

Aqil LƏTİFOV

 





04.04.2014    çap et  çap et