525.Az

Paytaxtda xüsusi əməliyyat keçirilib (YENİLƏNİB)


 

Paytaxtda xüsusi əməliyyat keçirilib<b style="color:red"> (YENİLƏNİB)</b>

Hüquq-mühafizə orqanlarının Bakıda keçirdiyi xüsusi əməliyyat başa çatıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.

21:57
Hüquq-mühafizə orqanları tərəfindən Bakıda xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı odlu silahdan istifadə olunub. Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib

 





18.10.2012    çap et  çap et