525.Az

Unutma ki, unudulmayasan...


 

Fəridə Vəzirova-90

Unutma ki, unudulmayasan...<b style="color:red"></b>

 

Şərqiyyə MƏMMƏDOVA

filologiya üzrə fəlsəfə doktoru

   

Qadın həyatı sevgi, duyğu fədakarlıqdan yoğrulub

Onore de Balzak

   

Bu, həqiqətən belədir. Ona görə hər zaman məhz fədakar həssas insanlar, yalnız özləri üçün deyil, daha çox başqaları üçün yaşamağı bacaran insanlar yaddaşlarda ürəklərdə əbədi qalmaq hüququ qazanır, nəsillərə örnək kimi könüllərdə məskən salır. Tarixdə əməli, sözü, adı işi qalanlar xoşbəxtlərin xoşbəxtidir. Əsrlərin təcrübəsindən göründüyü kimi, var-dövlət, sərvət insanı heç zaman əbədiləşdirməyib. Bir el bayatısında deyildiyi kimi:

   

Bu qala bizim qala,

Getdikcə uzun qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

   

Fəridə xanım Vəzirova əməli, işi, insanlıq naminə fədakarlığı ilə ürəklərdə əbədi yaşayan, Azərbaycan qadınına xas bir çox nəcib xüsusiyyətləri öz şəxsiyyətində birləşdirən gözəl alim, fədakar müəllim, cəfakeş el anası idi. Fəridə xanım sadalanan bütün bu müsbət keyfiyyətləri bir tərəfdən öz zəhməti, əməyi ilə qazanmışdı. Digər tərəfdən isə həmin cəhətlər onun soy-köku, əsl-nəsəbi ilə bağlı idi. Çünki o, hər şeydən əvvəl bir çox nümayəndələri Azərbaycana ürəkdən bağlı olan, onun maarif, elm mədəniyyət xəzinəsini zənginləşdirən nəcib, ziyalı bir nəslin nümayəndəsi olmasından irəli gəlir. Nəhayət, fikrimcə, F.Vəzirovanın bu cür gözəl alim, qayğıkeş müəllim, vətənpərvər insan kimi yetişməsinin bir səbəbi H.H.Təhmasib, C.Xəndan, M.Cəlal, F.Qasımzadə, M.Hüseyn kimi ustad müəllimlərdən, əvəzedilməz alimlərdən dərs alması, sonralar isə uzun illər boyu onlarla çiyin-çiyinə, birlikdə çalışmasında idi.

Fəridə xanım Şamil qızı Vəzirova 1924- il fevralın 15- keçmiş Qaryagin qəzasında, təəssüf ki, böyük bir hissəsi düşmən işğalı altında qalan indiki Füzuli rayonunda, tanınmış ziyalı ailəsində doğulub. Onun ana tərəfdən babası Əbdulrazzaq bəy Teymurazbəyov Qori Müəllimlər Seminariyasını bitirmiş, sonra isə Peterburq Universitetinin Hüquq fakultəsində təhsil almışdı. O, övladlarına da gözəl təhsil verməyə çalışmışdı. Fəridə xanımın atası Şamil Vəzirov ömrünün sonuna qədər Azərbaycan Neft Kimya İnstitutunda müəllim işləmişdi. Məşhur yazıçı dramaturq Cəlil Məmmədquluzadə öz xatirələrində Şamil bəyin adını Qarabağda maarif teatr işinə yaxından yardım göstərən ziyalılardan biri kimi çəkir. Gözəl ziyalı kimi tanınan anası Səltənət xanım isə Azərbaycan Politexnik İnstitutunda rus dili müəllimi kimi əmək fəaliyyətini başa vurub.

Doğulduğu ailə, düşdüyü ziyalı mühiti, aldığı ab-hava yavaş-yavaş, özü hiss etmədən onun ruhuna qanına hopmağa başlamışdı. Ədəbiyyata ciddi marağı da uşaqlıq illərindən başlamışdı. Azərbaycan yazıçılarının bir çoxları ilə yaxından tanış olan dostluq münasibətləri saxlayan atası Şamil bəyin bu marağın formalaşmasında rolu az olmamışdı.

Ailələri 1930-cu ilin əvvəllərində həmişəlik Qarabağdan Bakıya köçən Fəridə xanım orta təhsilini paytaxtdakı 171 saylı orta məktəbdə əla qiymətlərlə başa vurmuşdu. Böyuk həvəslə oxuduğu bədii əsərlər, onların qəhrəmanlarının hiss duyğuları, gənc qızı mühəndis, jurnalist kimi romantik cəhətləri ilə fərqlənən sənətləri seçməyə həvəsləndirmişdi. Bir müddət fizikaya, materialist fəlsəfəyə maraq göstərmişdi. Lakin zaman keçdikcə bunların ötəri həvəs olduğunu anlamış, həyatının amalı, məqsədi kimi ədəbiyyatşünaslıq elmini seçmişdi. Evlərindəki zəngin kitabxanada hər gün gördüyü, vərəqlədiyi zaman keçdikcə stolüstü kitablarına çevrilən Azərbaycanın məşhur klassiklərininNizaminin, Füzulinin, Nəsiminin, C.Məmmədquluzadənin digər korifeylərin əsərlərini oxuması, həm təkcə oxumaması, diqqətlə təhlil edib öyrənməsi onun gələcəkdə görkəmli alim, ədəbiyyatşünas əvəzsiz müəllim kimi yetişməsinə öz müsbət təsirini göstərmişdi.

Fəridə xanımın ziyalı ocağından qaynaqlanan düşüncələrinin formalaşmasında geniş məlumatlı köhnə ziyalı, tanınmış pedaqoq olan atası Şamil Vəzirovun Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Azərbaycan qadınlarının savadlanmasında misilsiz fədakarlıq göstərən, sinəsi söz xəzinəsi olan anası Səltənət xanımın da (O, Qaryaqingə ilk qız məktəbində müəllim işləmişdir) xidmətləri əvəzsiz idi. Ata-anasının inqilabın ilk illərində müəllimlik etməsi bu peşəninmüəllim sənətinin müqəddəsliyi ilə bir sırada yolunun hamar, asan yol olmadığı düşüncəsini Fəridə müəllimədə formalaşdırmışdı. Amma məsələ buradadır ki, insanlara faydalı olmağı həyat amalı sayan Fəridə xanım bu ülvi müqəddəs sənətin çətinliyini dərk edə-edə onu seçmişdi. Əmin idi ki, zaman-zaman sinəsinə yığdığı hikmət zənginlik onu söz düşüncə sərrafına çevirəcək, bir müəllim kimi tələbələrinin könlünü fəth etməyi bacaracaq.

Bax beləcə, hər kəsin həyatını dəyişən İkinci Dünya müharibəsi ərəfəsində Fəridə xanım həyat seçimini etmişdi. 1940- ildə sənədlərini ADU-nin filologiya fakultəsinə vermiş qəbul imtahanlarında parlaq nəticələr göstərərək yeganə universitetimizin tələbəsi adını qazanmışdı.

İki qardaşı mühəndis, iki bacısı həkim ixtisasına yiyələnən Fəridə xanım ailə ənənələrini davam etdirərək müəllimlik yolunu tutmuşdu.

1941-ci ildə başlanan qanlı müharibə, səfərbərlik illəri bir çox gənc kimi Fəridə xanımın da həyatında öz ağır izini buraxır. 1942-ci ildə, universitetin ikinci kurs tələbəsi olarkən o, komsomolçularınVətən naminəçağırışına qoşularaq cəbhəyə yollanmışdı. Orduda sıravi döyüşçürabitəçi kimi müxtəlif cəbhələrdə olmuşdu. 1944- ildə həmin dövrdə cəmiyyətin əsas qüvvəsi olan Sovet İttifaqı Kommunist Partiyasının üzvlük biletini səngərdə almışdı. 1945-ci ildə müharibə Sovet ordusunun qələbəsi ilə başa çatdıqdan sonra Fəridə xanım ordu sıralarından tərxis olunmuşdu. Döyüş rəşadətinə görə II dərəcəliBöyük Vətən Müharibəsiordeni, “Almaniya üzərində qələbəyə görə”, “Qafqazın müdafiəsinə görə”, “Yaponiya üzərində qələbəyə görə s. medallarla təltif edilmişdir.

O, universitetə dönmüş, yeni bir şövq həvəslə yarımçıq qoyduğu təhsilini, tələbəlik həyatını davam etdirmişdi. Gördüyü hər işə ürəyinin odunu- közünü qatan tələbə qız yenə zəhmətsevərliyi, çalışqanlığı ilə həmyaşıdlarından fərqlənmiş, bilik istedadını nümayiş etdirmişdi. Üstəlik, dünya savaşının od-alovundan çıxması, gənc yaşında vətənin müdafiəçisi kimi şərəfli bir ad qazanması Fəridə xanımı universitetdə şəksiz nüfuz sahiblərindən birinə çevirmişdi. Lakin müharibə iştirakçısı olmasından heç zaman özünün hər hansı bir problemini həll etmək məqsədi ilə yararlanmamışdı. Əksinə, gərgin zəhmətin, yuxusuz gecələrin hesabına o zaman ən yüksək təqaüd olanStalin təqaüdü layiq görülmüşdü. 1948-ci ildə universitet təhsilini fərqlənmə  diplomu ilə başa vuraraq elə həmin ildə Azərbaycan müəllimiqəzetində ədəbi işçi kimi fəaliyyətə başlamışdı.

Həyatını yaradıcı işə bağlayan Fəridə Vəzirova 1948-ci ildən başlayaraq, Azərbaycanın müxtəlif mətbuat orqanlarında, kütləvi nəşrlərdə klassik müasir ədəbiyyatımızın görkəmli şəxsiyyətləri, hadisələri, mühüm yaradıcılıq problemləri ilə əlaqədar dərin məzmunlu, ciddi tədqiqatların nəticəsi kimi meydana çıxan maraqlı məqalələrlə çıxış etmişdir. Cari ədəbi prosesə ardıcıl maraq göstərməklə bir sırada o, elmi axtarışlarına da qətiyyən ara verməmişdi. Elm sahəsi ilə daha hazırlıqlı fundamental şəkildə məşğul olmaq niyyəti ilə 1949-cu ildə aspirantura təhslini seçmişdi. Görkəmli ədəbiyyatşünas alim, akademik M.A.Dadaşzadənin rəhbərliyi iləCəfər Cabbarlının yaradıcılığında sosializm realizmimövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı.

Bu əsər onun elmi fəaliyyətinin sonrakı istiqamətinə təsirsiz qalmamışdı. Fəridə xanım XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının yaradıcı şəxs problemləri ilə daha ardıcıl məşğul olmağa başlamışdı. Ədəbiyyat tariximiz üçün indi öz əhəmiyyətini itirməyən növbəti addım böyük Azərbaycan yazıçısı M.S.Ordubadinin yaradıcılıq yolunun araşdırılması olmuşdu. Fəridə xanım ömrünün üst-üstə on ilini bu çətin son dərəcə ciddi işə sərf etmişdi. Məhz onun böyük zəhməti, həqiqi elmi fədakarlığı sayəsində Məmməd Səid Ordubadinin əsərlərinin 8 cildliyi işıq üzü görmüşü. Fəridə xanım bu çoxcildliyi tərtib etmiş, çoxu arxivlərdə müxtəlif dövri nəşrlərin səhifələrində qalmış əsərləri toplamış, əhatəli müqəddimə şərhlər yazmışdı. Dövrün ideoloji şərtləri daxilində Ordubadi yaradıcılığı bu çoxcildlikdə tam şəkildə təmsil olunmasa da, yazıçının adını yaşadan əsərlərinin əksəriyyəti Azərbaycan oxucusuna çatdırılmışdı.

Fəridə xanım sonrakı illərdə elmi axtarışlarının əhatə dairəsini genşləndirərək ədəbiyyatşünaslığımızın inkişafı yolunda inamla addımlamış, yeni-yeni məqalə kitabları ilə öyrənilməyən, yaxud az tədqiq olunan şəxsiyyətlərə, əsərlərə işıq salmışdı. Onun M.Ə.Sabirin anadan olmasının 100 illiyi münasibəti ilə yazdığı məqalələr, Cəlil Məmmədquluzadə, S.Rüstəm, C.Cabbarlı, C.Əlibəyov digər sənətkarların yaradıcılığına həsr edilmiş araşdırmaları da geniş oxucu kütləsinin marağına səbəb olub.

Görkəmli ədəbiyyatşünas alim yaradıcılıq axtarışlarını təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmırdı. O, rus dünya ədəbiyyatında cərəyan edən proseslərlə yaxından maraqlanırdı, bu sahədə öz sözünü deyirdi.

Bu baxımdan Fəridə xanımın müxtəlif vaxtlarda Maksim Qorki, Nikolay Ostrovski, Nikolay Nekrasov kimi dəyərli rus yazıçı şairləri haqqında qələmə aldığı məqalələri ümumbəşəri dəyərlər, ədəbiyyatların dostluğu beynəlmiləlçilik baxımından maraqlı, diqqətçəkəndir.

Bütün bunlardan əlavə Fəridə xanım bir sıra dərsliklərin- o cümlədənQədim rus ədəbiyyatı” (1958), “XVIII əsrdə rus ədəbiyyatı” (1958), “Ədəbiyyatşünaslığın əsasları” (1965) dərsliklərinin həmmüəllifidir.

Görkəmli alim M. S.Ordubadinin 100 illik yubileyi münasibəti iləMəmməd Səid Ordubadiadlı monoqrafiya qələmə alaraq onu rus Azərbaycan dillərində nəşr etdirmişdi. Bu əsər ədəbi ictimaiyyətdə böyük maraq doğurmuş, eyni zamanda Ordubadi şəxsiyyətinin irsinin aktuallığını bir daha ədəbi fikrin diqqət mərkəzinə çəkmişdi.

Professor Fəridə Vəzirovanın müxtəlif illərdə yazılmış məqalə araşdırmalarının toplandığıƏdəbi qeydlər tədqiqlərəsəri onun vaxtsız ölümündən bir qədər əvvəl işıq üzü görmüşdür.

100-dən artıq elmi məqaləsi, bir neçə monoqrafiyası Fəridə xanımın ədəbiyyatşünaslıq elminə dərin bağlılığının əyani sübutudur.

Həyatının 30 ilini ədəbi fəaliyyətlə, ədəbiyyatın tədqiqi ilə məşğul olan alim bütün bunlarla yanaşı, pedaqoji fəaliyyətini davam etdirirdi. O, gözəl müəllim, pedaqoq olaraq tələbələrinin  düşüncəsinə nüfuz etməyi, qəlbinə yol tapmağı, onlara ədəbiyyatı sevdirməyi bacarırdı.

Elmi rəhbəri olduğu tələbələrdən diqqət qayğısını heç zaman əsirgəməmişdi. O, uzun illər boyu nüfuzlu müəllimlərindən biri kimi fəaliyyət göstərdiyi BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında bir sıra aspirant dissertantların elmi rəhbəri olmuş, neçə-neçə namizədlik doktorluq dissertasiyasının müdafiəçilərinə rəsmi opponentlik etmişdir. Onun yetişdirmələri vaxtilə özünün çalışdığı Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olmaqla yanaşı, həm Respublikanın müxtəlif regionlarında tanınan dəyərli alimlərdirlər.

Fəridə Vəzirova yalnız tədqiqatçı-alim, pedaqoq olmaqla öz işini bitmiş saymırdı. İctimai fəaliyyəti hər zaman ümumi işinin, həyatının bir parçası sayırdı. Tələbələrinin həyatı, problemləri ilə daim yaxından maraqlanırdı, onların mümkün qədər daha çox diqqət qayğı ilə əhatə olunmalarına çalışırdı. O, tələbələrin yaşadığı yataqxanalara gedir, onların həyat şəraiti ilə tanış olur, çatışmazlıqların aradan qaldırılmasında analıq qayğısı göstərirdi.

Fəridə Vəzirova Azərbaycan Respublikası Qadınlar Şurasının üzvü idi. Eyni zamanda filologiya fakültəsi Qadınlar Şurasının İdarə Heyətinin üzvü kimi tələbə qızların həyata düzgün istiqamətlənmələrində, onlarda yüksək əxlaqi mənəvi dəyərlər tərbiyə edilməsində fədakarlıq göstərirdi.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi kimi Fəridə xanım Azərbaycan qadınlarının III qurultayına nümayəndə seçilmişdir. Hərbi mükafatları ilə bir sırada çoxcəhətli elmi ictimai fəaliyyəti ilə əlaqədar o, universitet respublika rəhbərliyi tərəfindən dəfələrlə fərqləndirilmişdi. Bunun ən diqqətəlayiq göstəricisi görkəmli alimin dinc quruculuq illərində layiq görüldüyü dörd medal, çoxsaylı təşəkkür məktubları fəxri fərmanlardır.

Dördüncü kursda oxuyarkən, auditoriyamıza baxışlarından ciddilik yağan zərif bir xanım daxil oldu. İlk tanışlıqdan sonra mühazirəyə başladı. Onun aramlı, səlist danışığı mehribanlığı, mədəni rəftarı biz tələbələri elə ovsunladı ki, biz hamımız ona böyük maraqla qulaq asdıq” – vaxtı ilə Bakı Universitetində dərs dediyi tələbələrindən birinin bu sözləri Fəridə xanımın gənc nəslin fikri mənəvi inkişafına göstərdiyi böyük təsirə əyani nümunədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Fəridə xanımın görkəmli alim, pedaqoq, öz ölkəsini həqiqi vətənpərvəri milli mədəniyyətin təəssübkeşi kimi yetişməsində bir tərəfdən doğulub, tərbiyə aldığı ziyalı ailəsinin rolu olmuşdursa, digər tərəfdən onun müəllimləri nəhəng böyük şəxsiyyətlərH.H.Təhmasib, C.Xəndan, M.Cəlal, F.Qasımzadə, M.Hüseyn olmuşdur.

Fəridə xanımın kitabxanasını gözdən keçirdikdə həmin böyük şəxsiyyətlərin ona bağışladıqları kitabların üstündə yazılmış ürək sözləri gözəl alim pedaqoqa verilən yüksək dəyərin ifadəsi kimi diqqəti çəkir.

Bu kitablar arasında gözəl insan, böyük alim pedaqoq Mir Cəlalın yazdığı ürək sözləri daha diqqətçəkəndir : “İstedadlı tələbəmiz indi isə gənc müəllimimiz Fəridə VəzirovayaMüəllifdən.

Müəllifin Fəridə xanım haqqında yazdığı bu fikirlər istedadlı tələbənin gələcəkdə universitet müəllimləri sırasında fəaliyyət göstərəcəyinə bir zəmanət idi belə oldu.

Bax beləcə ona böyük şəxsiyyətlər olan müəllimləri tərəfindən bağışlanan kitabların hamısındaistedadlı tələbəsözü dönə-dönə təkrarlanır. Bu böyük insanların, dəyərli pedaqoqların təkidlə, dəfələrlə vurğuladığıistedadlıifadəsi həqiqətən Fəridə xanımın ən səciyyəvi məziyyətlərindən biri idi. Bu istedadı həyatı boyu onun əlindən tutub zirvələrə qaldırdı. Fəridə xanım kimi müəllim olmaq, Fəridə xanım kimi tədqiqatçı, ədəbiyyatşünas şöhrəti qazanmaq hamının əlinin çatacağı bir zirvə deyil.

Yetirmələrinin alim haqqında dediklərindən məlum olur ki, Fəridə Vəzirovanın mühazirələri yüksək elmi səviyyəsi, aydın səlist üslubu, zəngin mənbələrə qaynaqlara söykənməsi ilə həmişə tələbələrin böyük marağına səbəb olmuş, onları gələcəkdə ədəbiyyatımızın, milli mədəniyyətimizin nailiyyətlərini qorumağa, təbliğ etməyə həvəsləndirmişdir. Fəridə Vəzirovanın yetirməsi, BDU-nun müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru İfrat xanım Əliyevanın məqaləsindən:

Mənim müşahidəmə görə Fəridə xanımın müəllimliyində ən çox təqdir olunan cəhətlərdən biri onun ədəbiyyatı dərindən, kamil bilməsi, onu aydın, səlist üslubda şərh etməsi, klassik- ənənəvi metodologiyaya sadiq qalması idi. Ona görə tələbələr Fəridə müəlliməni çox sevir, onu həmişə dinləmək istəyirdilər.

Səsində adilik, məntiqində ucalıq, görkəmində ciddilik müdriklik var idi Fəridə xanımın. Müəllim kimi obyektiv, prinsipial, qayğıkeş olan Fəridə xanım tələbələrinin biliyinə, iltizamına, yaradıcılıq qabiliyyətinə görə qiymətləndirir, onlara qayğı göstərirdi. Bir sözlə, Fəridə xanım əsl müəllim, əsl pedaqoq idi. Bayram günlərində onun yazı masasının üstündə çoxlu məktub teleqram görərdik. Keçmiş tələbələri, cəbhə dostları onu təbrik edir, öz sevinclərini Fəridə xanımla bölüşərdilər. Mən isə onunla demək olar ki, hər gün görüşürdüm. Müstəqil həyat yolunda addımlamağıma, bağlandığım sevdiyim müəllim adını daşımağıma baxmayaraq, hər dəfə onunla rastlaşanda özümü itirər, bu təvazökar insana, qayğıkeş müəllimə, vəfalı dosta gözəl alimə ürək sözlərimi deməyə çətinlik çəkərdim.

O, mənim üçün gözəl dost, səmimi yoldaş, son dərəcə qayğıkeş insan idi. Ağıllı, müdrik zarafatları, hazırcavablığı, məntiqi danışığı ilə hamını özünə cəlb edirdi. O, sadə, mülayim, gözütox təmiz ürəyə malik çox hörmətcil insan idi.

Fəridə müəllimə həqiqi mənada nümunə göstəriləcək bir insan idi. O, ictimai mənafeyi, dövlət, xalq mənafeyini şəxsi mənafedən üstün tuturdu.

Mərhum alim elmi- ədəbi pedaqoji fəaliyyətinin ən kamil bir dövründə, bu fəaliyyətin daha da çiçəkləndiyi bir vaxtda aramızdan getdi. Ədəbiyyatımızda öz dəsti-xətti olan Fəridə müəllimə hər bir zaman onu qəlbdən sevənlərin yaddaşında, hafizəsində yaşayacaq. Onun əziz xatirəsi yaxınlarının, dost tanışlarının, çoxsaylı tələbələrinin, həmçinin qədirbilən respublika elmi- mədəni ictimaiyyətin yaddaşında həmişəlik yaşayacaqdır”.

1986- ildəömrünün müdriklik çağında, yaradıcılığının məhsuldar dövründə amansız ölüm onu ailəsindən, universitet müəllimləri sıralarından sevdiyi tələbələrdən qopararaq aparmışdı.

Bu münasibətlə ölkənin əsas ədəbi orqanın – “Ədəbiyyat incəsənətqəzetinin 12 sentyabr 1986- il tarixli sayında dərc edilmiş nekroloqda deyilirdi: “Gözəl insan, qayğıkeş alim- pedaqoq, istedadlı ədəbiyyatşünas tənqidçi, 1963- ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Universitetinin professoru, Böyük Vətən Müharibəsi Veteranı Fəridə Vəzirova sıralarımızdan getmişdir”.

Fəridə xanımın ölümündən neçə illər ötür ötsün, fərqi yoxdur- qoyub getdiyi ədəbi irs, xalqımızın, vətənimizin yolunda göstərdiyi fədakarlıq onu zirvələrə qaldırmış, əbədi yaşarlığa qovuşdurmuşdur!

Anadan olmasının 90 illiyinin qeyd edildiyi bu günlərdə çoxsaylı yetirmələrinin, dost həmfikirlərinin onu minnətdarlıqla xatırlamaları 62 illik həyatını ləyaqətlə, dəyərlə yaşadığının bir sübutudur.

 





07.04.2014    çap et  çap et