525.Az

Çingiz Abdullayev - 55


 

Çingiz Abdullayev - <b style="color:red">55</b>

Aprelin 7- dünya şöhrətli yazarımız Çingiz Akif oğlunun 55 yaşı tamam olur. Onu ürəkdən təbrik edənlərə mən fərəhlə qoşuluram.

 

Oqtay RZA
(
əməkdar müəllim)

 

ÇİNGİZ ABDULLAya

Bir ilə bərabər gün, həftə, ay var,

Müqəddəs pir, ocaq, qanlı saray var;

Dünyanı dolaşıb gəzən haray var

Çingiz Abdullanın romanlarında!

 

Sadə milyonlara qarışır təklər,

Çoşur qasırğalar, əsir küləklər.

Gəzir qitələriMavi mələklər

Çingiz Abdullanın romanlarında!

 

Qanın üç rənginin ucalır səsi,

Görürük naşını, yaxşını, pisi.

AydınlanırEtiraflar vadisi

Çingiz Abdullanın romanlarında!

 

Adam adamların yüzünü görür,

Hətta boz, qırmızı, üzünü görür.

Düz , dələduz da özünü görür

Çingiz Abdullanın romanlarında!

 

Elin düşüncəsi, xalqın rəyi var,

Tarixin sultanı, xanı, bəyi var.

Çingiz Abdullanın gələcəyi var

Çingiz Abdullanın romanlarında!

 

REDAKSİYADAN: Hörmətli ədibimiz, Xalq yazıçısı Çingiz Abdullayevi aprelin 7- tamam olacaq 55 yaşı münasibətilə qəzetimizin kollektivi təbrik edir, ona uzun ömür, yeni yaradıcılıq nailiyyətləri arzulayır. 

 





07.04.2014    çap et  çap et