525.Az

Mənəvi kamillik


 

Mənəvi kamillik<b style="color:red"></b>

Məncə, ağıllı, istedadlı adamları fərqləndirən keyfiyyətlərdən biri təvazökarlıqdır. Bu, bir könlütoxluq, mənəvi kamillik məsələsidir. Yəni özünü böyük göstərmək üçün başqalarını kiçiltməyə çalışmayan, hər yerdə gözə dürtülməyi xoşlamayan, öz marağını cəmiyyətin marağından üstün tutmayan, işini təmənnasız vicdanla görən, fərqli fikirlərə səbrlə yanaşan s. Xalq qısa gözəl deyib; ağac bar verdikcə başını aşağı salar. Daşıdığın toplumsal yükü, çəkdiyin əziyyətləri millətinə olan borcun kimi dərk etməyin, heç bir qarşılıq gözləmədən xidmət göstərməyin ləzətti ayrıdır...

Belə adamlaryatmış vulkandır. Ədalətli mühitdə gecə-gündüz çalışar, təkbaşına on adamın işini görər, amma haqsızlıq görəndə üsyankarlığı da bacarar. Bu cür insanlar cəmiyyətdə tarazlığı qoruyan, etibar qazanmış, yaşından asılı olmayaraq ağsaqqallıq mövqeyi olan adamlardır.

Bu günlərdə 75 yaşı tamam olan köhnə dostum Azər Mustafazadənin haqqında düşünəndə ilk növbədə bu sözlər gəldi ağlıma. Çünki o, doğrudan da, populyarlıq ardınca qaçmadan, sakitcə öz işini görən, həm ləyaqətlə, yüksək peşəkarlıqla görən adamdır.

Azər Mustafazadə ədəbiyyatşünas, naşir, tərcüməçi bunlarla yanaşı tanınmış ictimai-siyasi xadimdir. Bir mühitdə olduğumuza, eyni nazirlikdə yanaşı çalışdığımıza görə onu bir insan, bacarıqlı təşkilatçı, mütəxəssis kimi tanımaq imkanım olub.

Azər bəy Azərbaycanda onun sərhədlərindən kənarda müxtəlif vəzifələr daşımışdır. “Literaturnaya Azerbaydjanjurnalının məsul katibi olduğu illərdə Azərbaycanda yaranan rusdilli ədəbiyyatın çapı təbliği ilə yanaşı, ana dilli ədəbiyyatdan tərcümələrin milli mədəniyyətimiz barədə  yazıların dairəsi genişləndi, keyfiyyəti yüksəldi.

Sonra bir müddət Moskvada, SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə kurator oldu, yəni o vaxt ölkədə çox böyük nüfuzu olan bu qurumda ədəbiyyatımızı təmsil elədi. Azər Mustafazadənin Moskvada çalışdığı illərhəm ədəbi əlaqələr, həm Azərbaycan kitabının Moskvada nəşri, həm iri miqyaslı ədəbiyyat günlərinin keçirilməsi, qarşılıqlı səfərlər, həm böyük yazıçılarımızın tanınması, ittifaq miqyasında yubileylərinin  təşkili baxımından ən məhsuldar illər idi desəm, mübaliğə etmərəm. Bu hadisələr ədəbiyyatla, mədəniyyətlə bağlı olduğuna görə izləri itmir, imperiya dağılsa, sistemlər dəyişilsə kitablar qalır xalqlar arasında etimad körpüsü olmaq vəzifəsini davam etdirir.

Sonralar Azər Mustafazadə Bakıya qayıtdı boynuna düşən ziyalı missiyasını Dövlət Mətbuat Komitəsinin sədr müavini kimi davam etdirdi.

O vaxt mənYazıçınəşriyyatının baş redaktoru idim   ədəbiyyatımızın daha keyfiyyətli nəşri, yayılması təbliği bizim söhbətlərimizin əsas mövzusu idi.

Komitədəki işgüzarlığını, geniş əlaqələrini, yüksək peşəkarlığını nəzərə alıb onu Azərbaycan KP MK-da şöbə müdiri, ondan sonra Şəki kimi iri rayona birinci katib vəzifəsinə irəli çəkdilər. Bunların hamısı o dövr üçün böyük nüfuz, etimad məsuliyyətdi. Lakin harda işləməsindən asılı olmayaraq biz Azər bəyi həmişə bir sifətdə, bir kökün üstündə, öz dəyişilməz havasında görmüşük: daim düşünən, milli mənafeyi, xalqın marağını hər şeydən yüksək tutan, hadisələri real qiymətləndirməyi bacaran ən başlıcası   nəfsinə əsir olmayan işini vicdanla görən...

Sakit, gülərüz, deyib-gülməyi xoşlayan,  imkanı daxilində hamıya əl tutan, işini sevən, ailəyə dostlara sadiq, ölkədə dünyada gedən proseslərə özünəməxsus aydın obyektiv münasibəti olan bir ziyalı dəyərli insan kimi o xidmət göstərdiyi bütün yerlərdə özünü sevdirməyi bacarmışdır... 

Azər Mustafazadənin tərcüməsində nəsrimizin bir çox dəyərli nümunəsi rus dilli oxucuya çatdırılmış ədəbiyyatımıza hörmət qazandırmışdır. Məncə, nəsrimizin rus dilinə ən yaxşı tərcümələri elə  məhz ona məxsusdur.

O, yalnız keyfiyyətli, oxucular arasında rəğbət qazanmış bədii fikrimizi təmsil etmək gücündə olan, konyukturadan, günlük siyasətlərdən uzaq  əsərləri çevirir... Azər Mustafazadənin tərcümə xəritəsini həm ədəbi keyfiyyət xəritəsi saymaq olar.

Bu gün nəşriyyat tariximizdə xüsusi yeri olanAzərnəşrə başçılıq etsə yaradıcılıq fəaliyyətini davam etdirir.

Azər Mustafazadə ziyalı ailəsində doğulmuşdur ziyalı, aydın sözünün uzuzlaşdığı, ucuzlaşdırıldığı bir vaxtda həyatını bu anlayışa uyğun bir şəkildə quran, bu missiyanı ləyaqətlə yerinə yetirən adamlardan biridir.

İstər ədəbi qurumlarda çalışsın, istər rəsmi vəzifə daşısın, fərqi yoxdur, Azər bəy hər yerdə öz simasını aydın vətəndaşlıq mövqeyini qorumağı bacarmışdır. Bu da, dostlarına münasibəti məhz yüksək ziyalı mədəniyyəti mənəviyyatının göstəricisidir.

Gəncədə yaşayan görkəmli yazıçı-dramaturq Altay Məmmədovla dostluğumuz uzun bir yol keçmişdi. Bu yol Altay müəllim dünyasını dəyişəndən sonra da qırılmadı. Azər Mustafazadə bu günə qədər onun övladları ilə əlaqələrini, Altay müəllimin sağlığında olduğu kimi, qoruyub saxlayır. İndi belə adamlar azdır belə etibar onu mənə doğmalaşdıran, gözümdə böyüdən cəhətlərdən biridir.

75 yaşında da qələm dostumuzun yaradıcılıq enerjisi yerindədir. MənimÖlüm zirvəsiromanımı rus dilinə çevirərkən Azər Mustafazadənin yaradıclıq işindən yorulmadığının bədii yaradıcılığa tələbkar münasibətinin bir daha şahidi oldum...

Ölkələr, millətlər arasındakı münasibətlərdə mədəniyyətin, ədəbiyyatın ruhunun getdikcə artdığı bizim günlərdə Azər Mustafazadə kimi, universal bilik sahiblərinə, öz zəhmətiylə dostluq, mədəniyyət körpüləri salan, xalqları bir-birinə yaxınlaşdıran adamlara ehtiyac getdikcə artır.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra rusdilli ziyalıların çoxu köçüb getdi. Amma Azər bəy öz yurduna daha möhkəm bağlandı, yuvasını tərk etmədi, yeni Azərbaycanın mənəvi-ideoloji quruculuğunda yaxından iştirak edənAzərnəşrin dağılmasına imkan vermədi. Sözümüzün kitabımızın şöhrətini artırmağa çalışdı, çünki kitabın, sözün ömrünü uzadanların həm öz ömürlərini uzatdıqlarına inanır.

Sabir RÜSTƏMXANLI

31.03.2014

 





07.04.2014    çap et  çap et