525.Az

Çingiz Abdullayev Kürdəmirdə oxucuları ilə görüşüb


 

Çingiz Abdullayev Kürdəmirdə oxucuları ilə görüşüb<b style="color:red"></b> Aprelin3-də Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə Kürdəmir şəhərində oxucuların görüşü keçirilib.

Görüşdən əvvəl yazıçını Kürdəmir rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev qəbul edib. İcra başçısı görüş zamanı kürdəmirlilərin yazıçıya böyük rəğbətindən söz açıb.

Xalq yazıçısı ilə rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan görüş 3 saata yaxın davam edib. Əvvəlcə Çingiz Abdullayevin 55 yaşı münasibətilə hazırlanmış tort kəsilib.

Qonaqlar arasında Çingiz Abdullayevin bir neçə kitabını tərcümə etmiş Təbəssüm Muxtarova da olub. Oxucuların böyük marağına səbəb olan görüşdə Cingiz Abdullayev çıxış edib. Səhnədə qurlaşdırılmış monitorda Xalq yazıçısının romanları əsasında çəkilmiş bir neçə filmdən fraqmentlər göstərilib. Oxucuların bir çoxu söz alaraq, Ç.Abdullayevin yaradıcılığını maraqla izlədiklərini bildirib. Bir xanım oxucu isə Çingiz Abdullayevin 93 kitabını oxuduğunu böyük sevinc hissilə dilə gətirib.

Yazıçı görüşdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
 





07.04.2014    çap et  çap et