525.Az

Azərbaycan bədii nəsri 2013-cü ildə


 

Azərbaycan bədii nəsri  2013-cü ildə<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Ədəbi proses – 2013: yekunlar vəzifələrmövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Ədəbi mühit ümumən ictimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alaraq müşavirə materiallarından bir qismini dərc etməyi qərara almışıq. Bu sıradan ilk materialıbədii nəsrlə bağlı məruzəni təqdim edirik.

Salidə ŞƏRİFOVA

filologiya elmləri doktoru,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi

 

Hekayə məzmunun bir problemə həsr olunması, bədiivaxtməkanın qısalığı ilə səciyyələnir. Azərbaycan ədəbiyyatında 2013- ildə çap olunmuş hekayələr bu janr xüsusiyyətlərini nəzərə almışdır.

Ötən ildə yayılmış hekayələrin problematikası arasında müharibə mövzusu ictimai şüurun durumu xüsusi yer tutur.

Hərbi mövzuya həsr olunmuş hekayələritirilmiş nəsilkimi dünya ədəbiyyatında tanınan ədəbi cərəyana xas bir sıra amilləri özündə əks etdirmişdir. Müharibənin anti romantik təsviri qəhrəmanların müharibədən sonrakı dövrdə həyatında yaranmış ziddiyyətlərin acıqlanmasıitirilmiş nəsilcərəyanına aid edilən bədii əsərlərin əsas əlamətləridir. Ülviyyə HeydərovanınSükut”, Vahid MəhərrəmovunHərbi sirrhekayələrində Qarabağda baş vermiş hadisələr, onların insanların taleyinə təsiri açıqlanmışdır. Ülviyyə HeydərovanınSükuthekayəsində soyuq fevral günlərində yarıqaranlıq zirzəmiyə sığınmış bir ailənin faciəsi timsalında Xocalı faciəsinin olayları yaşanır. Eyni zamanda, Ülviyyə Heydərova milli yaddaşın gücləndirilməsinin zəruri olmasına toxunur. Hekayədə Xocalı faciəsinin qurbanları XIXXX əsrlərdə baş vermiş azərbaycanlıların soyqırımını yada salırlar. Vahid MəhərrəmovunHərbi sirrhekayəsində isə şəhid olan əsgərlərin nakam qalması problemi mərkəzi yer tutur. Əsərin əsas qəhrəmanı Samir şəhid olan cəbhə yoldaşları haqqında fikirləşir ki, axı bu oğullar da dünyaya yaşamaq sevmək üçün gəlmişdilər, onların da ürəklərində arzuları, yollarını gözləyən valideynləri, qardaş-bacıları sevgililəri var idi. Bununla belə, 2013- ildə çap olunmuş hərbi mövzuya həsr olunmuş hekayələrdə qəhrəmanların müharibədən sonrakı dövrdə cəmiyyətə inteqrasiya olma problemləri qaldırılmamışdır. Eyni zamanda, bir sıra Qarabağ probleminə həsr olunmuş hekayələrdə romantizmin notları izlənilir. Belə ki, Hüseynbala MirələmovunMəhəbbət hekayətihekayəsində Qarabağ müharibəsi iki qüvvənin (xeyir şərin) mübarizəsi kimi təsvir olunur, eyni zamanda üçüncü bir qüvvənin, sevgininilahi qüvvənin mübarizə aparması göstərilir.

İctimai süurun mənəvi dəyərlərin naqisliklərinin müxtəlif amilləri Kamil ƏfsəroğlununSibir toyuhekayəsində qaldırılmışdır.

Kamil ƏfsəroğlununSibir toyuhekayəsi

ndə Vətəndən kənarda, yad mədəni-mənəvi duruma düşən soydaşlarımızın daxili transformasiyaya məruz qalması açıqlanır. Bir tərəfdən Rusiyaya düşmüş Temirin milli dini dəyərlərə sadiq qalması, o biri tərəfdən isə onun dalınca gələn qonşusu Bərşadın Borisəçevrilməsisüjet xəttinin əsas ziddiyyətini təşkil edir.

2013- ildə çap olunmuş hekayələr əsasən realizm üslubunda yazılmışdır, postmodern üslubda yazılmış nümunələrə nadir hallarda rast gəlmək olar. Bu baxımdan Bayram İsgəndərlininTabut şəhər Təranə VahidinAxşamüstühekayələri xüsusi maraq kəsb edir. Bayram İsgəndərliTabut şəhərhekayəsində real qeyri-real aləmlərin qarışması əsasında maraqlı bədii məkan yarada bilmişdir. Əsərin qəhrəmanı yuxuda qaranlıq dünyaya, daha qısası Tabut şəhərinə düşür. Düşdüyü yerin hara olmasını soruşan qəhrəmanaHeç narahat olma, bu şəhərə gələndə hamımız sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç görməmişik. Sonra qaranlığa alışmışıq...”Tabut şəhəri müəllif tərəfindən müasir cəmiyyətin alleqoriyası kimi istifadə edilir. Təranə VahidinAxşamüstühekayəsində üç yolun kəsişməsi dünyanın variativ fraqmentar xarakter daşımasına işarə edir. Bu üç yol ayrıcında qalan qocanın gözünə Əzrayılın dəyməsi yerdən qara bir daş götürüb qəbiristana uzanan yola qolazlaması, həmçinin insanın ölümü ilə həyatın dəyişmədən davam etməsi postmodernə xas bədii şüuru ifadə edir.

Hekayə janrındavaxt-məkangöstəricilərinin qısa olması onu hekayə janrının müəyyənedici faktoruna çevirir. Hekayə janrında qələmə alınmış əsərlərdə vaxt məkan arasında əlaqələr digər nəsr janrlarında olduğu kimi bir-biri ilə şərtlənir. Məsələn, Vahid MəhərrəmovunHər addım uğrundaadlı kitabında toplanılmış doqquz hekayəsində (“Qanlı məktəbli çantası”, “Döyüşçü sözü”, “Ağır gün”, “Sevgiyə açılan atəş”, “Hər addım uğrunda”, “Güllə yağışı altında”, “Hərbi sirr”, “Qoşa məzar”) bədii məkan konkret coğrafi ərazini (Qarabağ cəbhə xətti) tarixi vaxtı (20-ci əsrin 90- illərini) əhatə edir. Əsərlərin xronotopu yığcam dinamik xarakter daşıyır.

2013- ildə nəşr olunmuş hekayələrdə bədii hadisələrin həm müəllif (təhkiyəçi) adından, həm birinci qəhrəman adından təhkiyə edilməsinə rast gəlmək olar. Ülviyyə HeydərovanınSükut”, Vahid MəhərrəmovunHərbi sirr”, Kamil ƏfsəroğlununSibir toyu”, Bayram İsgəndərlininTabut şəhərhekayələrində bədii hadisələr birinci qəhrəmanın adından təhkiyə edilir. AnarınBir sən, bir mən, bir ölüm...”, Təranə VahidinAxşamüstü”, Fərəc FərəcovunDərdhekayələrində bədii hadisələr müəllif (təhkiyəçi) adından təhkiyə edilir.

2013- ildə çap olunmuş hekayələr arasında AnarınBir sən, bir mən, bir ölüm...” Fərəc FərəcovunDərdəsərləri xüsusi yer tutur. Bu hekayələr bədii refleksiya ilə seçilir. AnarınBir sən, bir mən, bir ölüm...” hekayəsiBeşmərtəbəli evin altıncı mərtəbəsiromanı ilə sıx əlaqəlidir, roman hadisələrinin bu günkü durumu baxımından yeni anlamıdır. Anar  Bir sən, bir mən, bir ölüm...” hekayəsi barəsində qeyd etmişdir ki: “rejissora söz vermişdim ki, xahişini hökmən yerinə yetirəcəm, rayon teatrlarının birində qurduğu tamaşa üçün bir neçə mahnı mətni yazacam. İki mətn artıq hazır idi. Zaurun mahnısını isə nəhayət, bu axşam bitirmək niyyətindəydim. Kompüterimdə dünən gecədən beynimdə bişirdiyim misraları yazdım. Mahnı Zaurun dilindən Təhminəyə ünvanlanmalıydı...” Fərəc FərəcovunDərdhekayəsi isə yazarın bədii mühitin tanınması problemini onlar arasında ziddiyyətli qarışıqlı əlaqələri açıqlayır. Hekayədə Yazarlar Birliyində keçirilən iclaslarda bədii prosesə səhv qiymət verilməsi fonunda ədəbiyyatşünaslığın problemlərinə toxunulur.

2013- ildə nəşr olunmuş povestlər janrların qarışıqlığı istiqamətində təcrübələr ilə səciyyələnir. Belə ki, povestin sənədli janrlarla, pritça ilə qarışmasına kinopovest janr formasına müəlliflər xüsusi diqqət yetirirlər. Qeyd etmək lazımdır ki, son illər Azərbaycan ədəbiyyatında novella janrında bədii əsərlərə nadir hallarda rast gəlmək olar. 2013- ildə Teymur Rəhimovun (Muğanlı) mürəkkəb janr konstruksiyasına malikMüqəssir göyərçinnovellası nəşr edilmişdir.

Kamil ƏşrəfoğlununQisaspovestində sənədlilik janr xüsusiyyətlərinə aparıcı təsir göstərir. Povestdə Bərşad ilə yanaşı, Stalinin Leninin obrazları yaradılmışdır. Stalin Lenin arasındakı dialoqlarda SSRİ-nin yaranmasına, 26 Bakı komissarlarının güllələnilməsinə, Nəriman Nərimanovun fəaliyyətinə bədii qiymət verilmişdir. Povestdə konkret tarixi sənədlər olmasa da, tarixi faktlar özünü qabarıq şəkildə göstərir, əsərin fabula süjetinə önəmli təsir edir. Südabə SərvininAlyoşa əfsanəsipovesti isə Alyoşa Cəmil oğlu Sadıqovun Qarabağ müharibəsindəki iştirakına həsr olunmuşdur. Müəllif əsəri sənədli povest kimi təqdim etmişdir. Əsərdə bir tərəfdən, hərbi hadisələr xronometraj qaydaya əsaslanaraq təsvir olunur, digər tərəfdən isə Alyoşa tərəfindən xilas edilmiş insanların söhbətləri verilir. Əsərin qəhrəmanları arasında millət vəkili olan Elman Məmmədova, Ağdamın o vaxtkı icra başçısı Nadir İsmayılova, döyüşçü dostlarına (İman, Felmar s.) rast gəlirik.

Zəka VilayətoğlununBağışlayın cənab...” povestində sənədlilik avtobioqrafik xarakter daşıyır. Zəka Vilayətoğlu povestdə Rusiyada yaşayan azərbaycanlıların həyatlarını, ögey mədəni-mənəvi ictimai durumda keçirdikləri hiss fikirləri əks etdirib. Qeyd etmək olar ki, oxşar problematika 2013- ildə çap olunmuşMilenapovestinə xasdır. LakinMilenada avtobioqrafiklik aparıcı faktor kimi çıxış etmir. “Milenapovestində Rusiyada yaşayan milli örnəkdən uzaqlaşan azərbaycanlı rəssam Eynarın faciəsi təsvir edilir.

Yazıçı Elçin HüseynbəylininMən necə qəhrəman oldumpovestində sənədlilik əsərin gündəlik formasında yazılmasında özünü büruzə verir. Gündəlik SSRİ dövründə Novosibirsk şəhərində əsgərlik çəkən azərbaycanlı adından aparılır. Qeyd etmək lazımdır ki, povest satirik üslubda yazılıb. Bədii vaxtın sovet dövrünə aid olmasına baxmayaraq, satira müasir zamanın gerçəkliyinə qarşı yönəlmişdir.

2013- ildə çap edilmiş Əli MehdininAlabaşpovest-pritçasında fabula Alabaş adlı itin taleyi ətrafında yaradılmışdır. Povestdə Alabaş adlı itin doğulmasından ölənə qədər olan anları incəliklə qələmə alınır. İnsanların daxili aləmləri itin dili ilə açıqlanır.

Adətən, kinopovest dedikdə kino sənətinə xas kino əsər başa düşülür. Lakin XX əsrin ortalarında bu termin bir sıra bədii əsərlərə həvalə olunmağa başlayır. Belə ki, kinoya xas üslublardan geniş istifadə olunmaqla yaradılan bir sıra kiçik nəsr nümunələrinə kinopovest deyirlər. Bu üslublar arasında hadisələrin qısa epizodlara bölünməsi, dialoqların müəllif şərhlərinin lakonik olması, fabulanın montaj xarakter daşımasını qeyd etmək olar.

Sadalanan xüsusiyyətləri Həsən QuliyevinHakimiyyət taleəsərində müşahidə edirik. Həsən QuliyevinHakimiyyət talesənədli kinopovesti Bakının panoramının təsviri ilə başlayır. XX əsrin tarixi hadisəsinə çevrilmiş şərqdə ilk ADR, o dövrdə vəzifədə olmuş Azərbaycan ziyalıları M.ƏRəsulzadə NNərimanov xatırlanır. Bu iki tarixi şəxsiyyətin faciəvi taleləri müqayisə edilir. Məhz müəllifin bu müqayisəsi fabulanın montajlığına gətirib çıxarır.

Teymur Rəhimovun (Muğanlı) “Müqəssir göyərçinnovellasında antidetektiv sovet ədəbiyyatında geniş yayılmışistehsal romanının təsiri müşahidə olunur. Bu da novellanın bədii dəyərinə müsbət təsir göstərir. Novellanın fabulası pambıq qəbulu məntəqəsində xammalın mənimsənilməsi bunla bağlı aparılan istintaq ətrafında qurulub. Yeyintiləri ört-basdır etmək üçün Əlibala pambıq qəbulu məntəqəsində süni yanğın törədir. Lakin istintaq bu yanğının təsadüfi hadisə olması nəticəsinə gəlir.

Roman sinkretik janr hesab edilir. Onun yaranması bir neçə janrın qarışması nəticəsində baş vermişdir. Yaranan andan romanda sintetizmin artmasını müşahidə edirik. 2013- ildə çap olunmuş Azərbaycan romanları da bu tendensiyaya riayət edirlər. Məsələn, Nəriman MahmudunZəncirlənmiş ədalətsənədli romanı, Əhməd ŞahidovunSamirbioqrafik romanı, Zakir SadatlınınƏfqanıstan uçurumuxatirə-romanı, Arif ƏliyevinSon çağrıroman-reportajı, Kənan HacınınYaddaş kartıavtobioqrafik romanı, İradə AytelinPartizanın acı həqiqətləribioqrafik romanı, Nəriman ƏbdülrəhmanlınınYolçuromanı, Akif ƏlininAzmantarixi romanı s.

Nəriman MahmudunZəncirlənmiş ədalətəsərinin janrını müəllif bədiipublisistiksənədli roman kimi müəyyənləşdirmişdir. Roman mürəkkəb janr strukturuna malikdir. Əsərdə bədii təxəyyül publisistik sənədli təhkiyə ilə qarışmışdır. İstifadə olunmuş janr strukturu zabit Ramil Səfərovun bioqrafiyasını Qarabağ münaqişəsinin tarixini paralel, lakin bir-biri ilə bağlı süjet xətlərində açmağa imkan vermişdir.

Əhməd ŞahidovunSamirromanına bioqrafiya janrının elementləri nüfuz etmişdir. Romanın əsas qəhrəmanı Samir həyatda olan real insan obrazıdır. Müəllifin özünün qeyd etdiyi kimi bu stilist Samir Əliyevdir. Bioqrafiklik əsərin fabulasına təsir göstərmişdir. Belə ki, təhkiyə Samirin uşaqlığından başlayaraq, onun həyatını əhatə edir.

Zakir SadatlınınƏfqanıstan uçurumuxatirə-romanında memuar janrının güclü təsiri müşahidə olunur. Zakir Sadatlı Sovet ordusunun Əfqanıstana girməsi 10 il aparılan müharibənin acı nəticələrini düz 30 ildən sonra, özünəməxsus şəkildə oxucuya çatdırmağa çalışır. Əfqanıstan müharibəsinin dəhşət iztirablarını, müharibənin ölümitimlərini təxəyyül məhsulu kimi deyil, reallıqlar kimi çatdırmağın öhdəsindən gələ bilən yazıçı müharibənin acılarını canlandırmağa nail olur. Əsərdə sənədli bədii lövhələr növbələşdirilmiş şəkildə verilir.

Arif ƏliyevinSon çağrıromanı publisistikaya aid reportaj ilə janr qarışıqlığının nəticəsi kimi yaradılmışdır. Bunun nəticəsində fabula fraqmentar xarakter daşıyır, süjet isə çoxsaylı nüfuzedici epizodlarla səciyyələnir. Əsərdə real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov, Elçin Şıxlı s.) bağlı səhnələr, tarixi hadisələr stenoqrafik dəqiqliklə əks etdirilir. Əsərdə hadisələr ən xırda detallar ilə reportaja xas ekspressiv üslubda oxucuya çatdırılır.

Kənan HacınınYaddaş kartıəsəri m

üəllif tərəfindən memuar-roman kimi təqdim edilir. Əsər avtobioqrafik səciyyə daşıyır. Bu romanın janr strukturunu avtobioqrafik roman kimi müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Memuar janrında qələmə alınmış nümunələrdə təsvir edilən dövrün mənzərəsi dolğun şəkildə canlandırılır. Həmin əsərlərdə tarixi şəxsiyyətlər ədəbi simalar canlı olaraq təsvir edilir. “Yaddaş kartıəsərində isə müəllifin uşaqlıq, yeniyetməlik gənclik dövrü, jurnalist fəaliyyəti əksini tapmışdır. Düzdür romanda bir sıra yazar, şair alimlərimiz təsvir edilir. Lakin dövrün mənzərəsi dolğun şəkildə açıqlanmır, bədii təhkiyədə müəllifin şəxsi hissləri mərkəzi yer tutur.

İradə AytelinPartizanın acı həqiqətləribioqrafik romanı 1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçısı olmuş İvan Russkiləqəbi ilə partizanlıq etmiş Mirdamət Seyidova həsr olunmuşdur. Müəllif beş ay ərzində 91 il ömür sürmüş Mirdamat Seyidovun xatirələri qeydləri əsasında sənədli roman yazmışdır.

Nəriman Əbdülrəhmanlının tarixi-salnamə janrında qələmə alınmışYolçuromanı süjet strukturu baxımından maraq kəsb edir. İlk növbədə isə, romanın tarixi-salnamə adlandırılması diqqəti cəlb edir. Nəriman Əbdülrəhmanlının dörd kitab şəklində yazmış olduğu roman Mirzə Yusif Tiflisinin tərtib etdiyi salnamə şəklində oxucuya çatdırılır. Salnaməçinin ömrünün hər ilinə uyğun olaraq kitab 76 sərlövhə-fəsildə birləşmiş hər fəsildə yeddi səhifə-yarpaq yerləşdirilmişdir. Nəriman ƏbdülrəhmanlınınYolçuəsərinin janrını roman-xronika kimi müəyyənləşdirmək olar.

Akif ƏlininAzman” ( yaSən mənim dözümümü görəcəksən...”) romanının bədii vaxtı IX əsri əhatə edir. Bu tarixi dövrdə yeni din tətbiqi adı altında Azərbaycana yürüşə çıxan Ərəb Xilafəti ilə mübarizə romanın süjet xəttinin əsasını təşkil edir. Romanda Xürrəmi dövlətinin yaradılması göstərilir. Akif Əli qələmə almış olduğu bu əsəriPatetik fantaziyaadlandırmışdır. F.e.d. Vaqif Yusifli əsərin janrını düzgün olaraq tarixi roman kimi səciyyələndirmişdir.

Problematika baxımından romanları iki qrupa aid etmək olar: milli problemlərə həsr olunmuş romanlar fərdi dünyagörüşünün böhranlı amillərinə həsr olunmuş romanlar.

Milli problemlərə həsr olunmuş romanlara artıq sadalanan Nəriman MahmudunZəncirlənmiş ədalət”, Arif ƏliyevinSon çağrıKənan HacınınYaddaş kartı”, Nəriman ƏbdülrəhmanlınınYolçu”, Akif ƏlininAzmanəsərlərini aid etmək olar. Bununla yanaşı, Şəmil SadiqinOdƏrlər”, Cəlaləddin QasımovunSilinməyən ləkə “24 ilin ölüsü”, Sevinc ElsevərinFalçı”, Əhməd ŞahidovunSıfır nöqtəsiromanlarına da diqqət yetirilməlidir.

Nəriman MahmudunZəncirlənmiş ədalətromanında müəllif Səfərovun Macarıstanda həbs olunmasına aparan yolu ədəbi şərhlərlə oxucusuna çatdırmağa cəhd edir. Əsərdə Qarabağ müharibəsi zamanı separatçıların törətmiş olduğu vəhşiliklər təsvir edilir.

Şəmil SadiqinOdƏrlər” (Türkün ən gizli çağdaş tarixindən) romanında hadisələr zəbt olunmuş torpaqlarda da əksini tapmış olur. Müəyyən tapşırıq dalınca yollanmış beş OdƏrlərin-igidlərin taleləri əksini tapmışdır.

Cəlaləddin QasımovunSilinməyən ləkə “24 ilin ölüsüadlı romanlarının bədii məzmunu Qarabağ müharibəsini, Xocalı soyqırımını əks etdirir. Maraqlı məqamdır ki, “Silinməyən ləkəromanının bir neçə epizodu müəllifin 2010-cu ildə Tbilisidə olarkən, Qarabağ müharibəsinin iştirakçısı olmuş Ermənistan vətəndaşının açıqlamaları əsasında yazılmışdır.

Sevinc ElsevərinFalçıəsərində təbii fəlakət nəticəsində dədə-baba yurdundan didərgin düşmüş ailələrin çadır düşərgəsinə köçürülmələri köçürülən ailələr arasındakı gərgin ziddiyyətlər əksini tapmışdır. Qarabağın S rayonunun S kəndinin sakinləri qəfil sel nəticəsində doğma yurdlarından perik düşürlər.

Arif ƏliyevinSon çağrıromanı fərdi ictimai azadlığın təmin edilməsi problemini qaldırır. Əsərin obrazlarından biri əcnəbi Flippa azadlıq probleminə toxunaraq qeyd edir ki, maliyyə qaynaqları müstəqil olmayan media özgür ola bilməz, media özgürlüyü olmayan yerdə isə söz azadlığı nəinki illüziyadır, hətta ictimai şüurun sağlamlığına təhlükə mənbəyidir.

Əhməd ŞahidovunSıfır nöqtəsiromanında ümumtürk inkişaf istiqamətinin təbliği verilir. Əsərin əsas qəhrəmanı Azad Bakı Dövlət Universitetinə daxil olur, ali təhsilini Kiprdə davam etdirir. Azad türkçülük ideyalarının təsiri altındadır. Maraqlıdır ki, bu Azadın milli görüşlərini arxa plana keçirir.

Qeyd etmək lazımdır ki, 2013- ildə yaranan romanlarda milli inkişaf yolu adətən türkçülüklə əlaqələndirilmir. Əsasən, Qərb istiqamətinə xas dəyərlərə üstünlük verilir. Məsələn, Akif ƏlininAzmantarixi romanı. Bu roman Xürrəmi hərəkətinin dəyərlərini təbliğ edir. Maraqlıdır ki, xürrəmilərin dəyərləri bu gün Avropa Birliyinin aparıcı prinsipləri ilə oxşar xarakter daşıyırlar. Arif ƏliyevinSon çağrıromanında Qərb demokratik dəyərlərə xüsusi diqqət ayrılmışdır. Postmodern üslubunda yazılmış Orxan FikrətoğlununÖlü mətn...” romanında isə islami, türk, sovet dövrlərində əlifbanın dəyişməsinin milli tarixə şüura təsiri açıqlanır. Lakin Orxan Fikrətoğlu inkişaf yolunu türkçülük ya qərb demokratik ideyaları ilə əlaqələndirmir, onun təklif etdiyi xilas ideyası Sufi sevgisidir. Əsərdə sufi təriqət əsasında hərəkat inkişaf daha düzgün hesab olunur.

Müasir fərdi dünyagörüşünün böhranlı amillərinə həsr olunmuş romanlara Eyvaz ZeynalovunBələdçiQisas”, Əhməd ŞahidovunSamir”, Mübariz CəfərlininBağban”,  Elxan XanəlizadəninZəncirəsərlərini aid etmək olar.

Eyvaz ZeynalovunBələdçiromanının başlanğıcında baş qəhrəmanın puç olmuş arzularının təsvirinə rast gəlirik. Çətinliklərlə üzləşən gənclər öz daxili mənəvi vahidliyini qoruya bilmirlər, xarici təzyiq nəticəsində uşaqlıq xatirələrindəgizlənirlər intihar etməsi haqqında fikirləşməyə başlayırlar. Romandakıilk məhəbbətindənuzun-uzadı parçalar məhz xatirələrindəgizlənməcəhdini əks etdirir.

Əhməd ŞahidovunSamirromanında zorakılığa məruz qalmış şəxsin iztirabları əksinin tapmışdır. Romanda təsvir edilən hadisələr bir insanın həyat bioqrafiyası çərçivəsində homoseksuallıq kimi problemi açıqlanır. Samirin bu azlığın nümayəndəsi kimi cəmiyyətlə mübarizəsi təsvir edilir. Samirhomoseksualadlandırılaraq təhqir təqiblərə məruz qalır.

Mübariz CəfərlininBağbanromanında yuxudan istifadə lal insanın daxili aləmini açmağa yardım edir. Yuxusuna reallıqdan daha çox inanan qəssab oğlu Əbə anadan lal doğulub. Danışa bilməyən bu adam başqalarına müyəssər olmayan qabiliyyətə malikdir. Yazar Əbənin səssizliyi ilə bir çox gizli məqamları oxucuya çatdırmaq istəyir.

Eyvaz ZeynalovunQİSASromanında cəmiyyətdə yerini tapa bilməyən alim Sabir müəllimin taleyi təsvir edilir. Həyatını həsr etdiyi elm Sabirə çıxış yolu olmur. Sabir onu əhatə edən qeyri-sağlam mühiti görüb elmdən əl çəkir, ticarətlə məşğul olur. Ticarət işinin incəliklərinə bələd ola bilmədiyindən uğursuzluğa düçar olur.

Elxan XanəlizadəninZəncirromanında isə gənclərin sosial ədalətsizlik ilə mübarizə ya konformist razılaşma yolunun seçimi problemi qaldırılır. Romanda gənclərin əksər hissəsi sosial ədalətsizliklə razılaşır, bunu adi hal kimi qəbul edirlər.

2013- ildə bir sıra detektiv əsərlər nəşr edilmişdir. Bu romanlar kütləvi oxucuya ünvanlanmış, “böyükədəbiyyat inkişafı baxımından əhəmiyyət kəsb etmirlər.

Müşfiq XanınSonuncu hədiyyəromanında hadisələr bir neçə süjet xətti ilə inkişaf edir. Birinci süjet xətti iki tələbə Xəyalə ilə Sabirin müəmmalı şəkildə qətlə yetirilməsi ilə əlaqəlidir. Təcrübəli xəfiyyə Satonun axtarışları nəticəsində bu qətllə bərabər iyirmi iki il əvvəl baş vermiş cinayətin üstü açılır. bu cinayətin ətrafında baş verən hadisələr ikinci süjet xəttini təşkil edir. Belə ki, 20 il əvvəl Xəyalənin anası ərinə xəyanət edir, sürücü Mədətdən əkiz doğur. Əkizlərdən birinin öldüyünü güman edir. Əkiz bacıların qardaşları Oqtay tərəfindən öldürülməsi süjet xətlərini birləşdirir.

İlham YƏliyevinQanlı vadidetektiv romanı sənədli roman xarakteri daşıyır, baş vermiş qətl cinayətlərdən bəhs edir. Cinayətkarlarla oturub-duran Afaq bilmədən ağır cinayət planına şahid olur. Bu da onun faciəsinə çevrilir.

Elxan ElatlınınAdsız tabloromanında baş vermiş qətl hadisəsi təsvir edilir. Bakıda baş vermiş bu qətl ilə intim sirlər açıqlansa belə qətlin sirrinin açılması mümkün olmur. Təhqiqata cəlb edilən Qanbay Qasımlı üç gündən az vaxt çərçivəsində cinayəti açmalı idi. Qanbay Qasımlı başladığı işdə səhvə yola verir. O, qətlin sirrinin açılmasını deyil, böhtana düşmüş namuslu qadının xilas edilməsinə diqqət yetirir. Nəticədə isə əsl qatilin kimliyi məlum olur.

Elçin ƏfəndininSilinməyən izlərdedektiv romanında Tərlanın ölümündən sonra baş verən olaylar, Aslanın imkanlı ailənin qızı olan Dənizi sevməsi sevginin qarşılığı nəticəsində ölümcül döyülməsi, Nağı tərəfindən qorunması romandakı hadisələri gözümüzdə canlandırır. Romanda Dənizin atası vergilər nazirinin müavini vəzifəsində çalışan İkram Ələsgərov anası Aybənizin pula hərisliyi, Nağının insani keyfiyyətləri əksini tapmışdır. Aybənizin keçmiş sevgilisi Tərlandan olan qızının Tərlanın oğlu Aslanla sevgisinə qarşı çıxmasının səbəbi, yəni sirrinin faş olması qorxusu ilə Tərlanı öldürtməsi hadisələrin gedişatını təşkil edir. Əsərin kriminal düyünü əsərin əsas qəhrəmanlarından biri olan xəfiyyə Daniel (mayor Vüsal Vüqarlı) tərəfindən açıqlanır.

2013- ildə macəra üslubunda yazılmış qapalı təşkilatların fəaliyyətinə həsr olunmuş romanlar da nəşr olunmuşdur. Vüqar ZiferoğlununSirr Qaraqanın (Elxan Zeynallının) sayca beşinci romanıEvakuasiyaromanlarını misal gətirmək olar. Bu əsərlərifenteziadlanan cərəyana aid etmək olar. Vüqar ZiferoğlununSirrəsərində təsvir olunan hadisələr X əsri əhatə edir. Romanda 970-ci illərdə Slavyan tayfaları arasında gedən münaqişələr fonunda ilahi sirləri özündə əks etdirən qədim əlyazmanın ələ keçirmək istəyən gizli təşkilatın əməlləri təsvir olunur. Qaraqanın (Elxan Zeynallının) “Evakuasiyaromanında isə mason, tapliyerlər sair gizli təşkilatların gizli fəaliyyətlərinin müasir cəmiyyətə təsiri təsvir edilir.

2013- il Azərbaycan nəsri realist üsluba üstünlük verir. Əvvəlki dövrdən fərqli olaraq postmodern əsərlərə nadir hallarda rast gəlirik. Janr sisteminin inkişafı baxımından 2013- ildə çap olunmuş povest romanlar maraq kəsb edir. Povest romanlar arasında sənədli publisistik janrlar ilə qarışıqlıq geniş yayılmışdır. Janr strukturu baxımından bir sıra maraqlı nəsr nümunələri yaradılmışdır. Lakin bədii nəsr janrların müəllifə verdiyi imkanlar tam şəkildə istifadə olunmamışdır. 2013- il Azərbaycan nəsrinin təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, müasir yazarlar dünya ədəbiyyatında baş verən prosesləri mütaliə etmirlər. 2013- il bədii nəsr nümunələrinin milli ədəbiyyat ilə intertekstual əlaqələrinin zəiflənməsi təəssüf hissi doğurur. Eyni zamanda, janr inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etməyən nəsr nümunələri yaradılır. Əsasən, kütləvi oxucuya yönəlmiş detektiv fentezi formasında. “Yüksək kütləvi ədəbiyyat arasında fərqlər daha aydın müşahidə olunur.

Nəsr janrlarının potensialının tam istifadə olunmaması 2013- il nəsrinin problematikasına mənfi təsir göstərmişdir. Müəlliflərin diqqətini Qarabağ Rusiyada yaşayan soydaşlarımızın problemləri daha çox cəlb edir. Bununla belə, 2013- il bədii nəsri Azərbaycan cəmiyyətinin digər vacib problemlərini tam aça bilməmişdir. Cəmiyyətimizi düşündürən bir çox problemlər toxunulmamış qalmışdır.

 





07.04.2014    çap et  çap et