525.Az

Könlüm Qarabağdan keçər...


 

Könlüm Qarabağdan keçər...<b style="color:red"></b>

Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi

Bu başlıq Səməd Vurğuna uyğunlaşdırılmayıb. Məşhur türk müğənnisi Kayahan oxuyur:

 Mən Anadolu çocuğuyum,
könlüm sevgidən keçər”.

 

Mirzə Cəlil demiş, “bəzi vaxt otururam papagımı qabağıma qoyub fikrə gedirəm,xəyalata cumuram ki, mən kiməm?” Öz-özümə cavab verirəm ki:

Mən qarabağlı çocuğuyam, könlüm Qaarabağdan keçər.

Fəqət, yalnız könlümüz keçir... Bir azdan o da olmayacaq.., çünki könlündən Qarabağ keçənlər azalır. “Mən sənsiz ölmədim, məni bağışla”(R.Rövşən). Amma, sənsiz ölənlərimiz çox oldu, Qarabağ! Xudu Məmmədov, Famil Mehdi, Adil Atakişiyev, bu sətirlərin müəllifinin böyük qardaşıyazıçı, publisist Yusif İsmayıl... Bu siyahı o qədər uzundu ki...

Evim yuxarı mərtəbədə olduğundan pəncərədən Murov dağı görünür... Gözlərim ağrıyana qədər baxıram. Uşaqlığını Murovdağ yaylaqlarında keçirən bir insan üçün qədər yaxın həm bir o qədər uzaq olan yerə hər gün yana-yana baxıb köks ötürməyin zaman ölçüsü çox uzandı.  Getməsək , gəlməsək , o dağ bizim dağımızdı”, həm   sinə dağımızdı...  O biri pəncərədən baxıram, hava açıq olanda Ağdamın kəndlərini görürəm, gözümü yumub Qarabağın havasını uduram burnumda bir göynərti hiss edirəm. Həmişə taxıl biçiləndən sonra  oralardan daha çox yanıq iyi gəlir. Deyirlər ki, küləş yandırırlar...

Heç olmasa pəncərəni deyər

Burda necə oturmusan sən necə?!

Bu yanıq qoxusudu, ilahi,

Elə bil ki,adam yanıb indicə. 

Bəli, adam yanıb tökülür. Mən işğal olunmuş torpaqlarda doğulmadım; Tərtər doğumluyam, amma bir qarabağlı kimi içimdə Qarabağ yangısı var. Həsəd aparıram oralardakı  çiçəklərə, böcəklərə, qarışqalara, canavara, tülküyə.., ilana-çəyənə. Onlar hələ qarabağlıdılar”. Bəzən buralarda qəribə cücülərdən, canavarların, ilanların çoxalmasından danışırlar.., deyirlər ki, oralardanişğal  torpaqlardan gəlirlər. deyirsiniz deyin, buna çox sevinirəm. Əcəb eləyirlər! Tülkü gəlib toyuq aparanda, canavar qoyun qıranda, ilan gəlib bizi çalanda.., sevinirəm. Neyləsinlər, biz gedə bilmirik.., qoy onlar gəlsin... Gəlin, gəlin! Bizi mürgüləməyə qoymayın! Şəklindən belə qorxduğum ilandır ki, ona da deyirəm, xoş gəldin, “ilan balası”. Sən oralardacanına doldurduğun çiçəyin, otun qoxusunu, küləyin nəfəsinibəlkə, buralarda bizimlə paylaşmaga gəlmisən?! Bu ilan balası canında Qarabağ dərdi gəzdirir. Canında gizlənən bu dərd bir gün zəhərə çevrilərözündən xəbərsiz”. Bizi tapar, sonraboğazını qəhər tutar”. Zəhərləmək istəmirdim, ayıltmaq istəyirdimdeyər.

Durma buralarda, ilan balası. Gəldin,gördün.., sənə dedilər? Sənəhəyat davam edirdedilər. Sən buralı olma, ilan balası, qayıt oralara.., Ağdamda, Şuşada, Kəlbəcərdə qal. Sən oralı ol! Sürün get! Get yerin altına. Baş çəkilməyən məzarlara gir! Baş çək  buralıqarabağlılarəvəzdən... Yanmış evlərin, xaraba divarların  sakini ol!  Barışma canındakı zəhərli dərdlə! Deyirlər ilan qisasçı olur. Qisası qiyamətə qoyma, ilan balası!

Qarabağlıilan balası, mən qarabağlı çocuğuyam. Bir gün sənin kimi sürünə sürünə olsa, Qarabağdan keçəcəyəm!.. Gözlə məni..!

Qarabağdan təkcə könlümüzün deyil, özümüzün keçməsi üçün, bəlkə dərdimiz hələ zəhərə çevrilməyib. Zəhərimiz çatmır, yoxsa sevgimiz? Sevgili vətəndən keçmək üçün mütləqdimi dünya siyasətinin, siyasətçilərin hansı qərara gələcəyinə ümid etmək? Biz sevgimizi  Qarabağa, zəhərimizi düşmənə necə bildirək? Oturub,  yana-yana  söz deməkləmi?  Sözün təsiri böyükdü.., anlayana. Sözü yazan qələmin yanında qılınc  da olmalıdı. İlan balasıqabığından  yüz yol çıxdı”,  bizim qılıncımız qınında pas atdı. Hərdən qıjanırıq, amma qılıncımızı sıyırmırıq. Kəsəsi: könlümüzün, özümüzün Qarabağdan keçməsi   üçün millət sevgisini, zəhərini cəmləyib qılıncını sıyırmalıdı... Ayrı yol varmı?

Tək bircə yol qalar, –

                                      o yol özünsən,

Özün öz yolunsan, ilan balası”.

 





07.04.2014    çap et  çap et