525.Az

Bakının girişində 5 bağlantı yolunun tikintisi ilə bağlı layihəyə start verilib


 

Bakının girişində 5 bağlantı yolunun tikintisi ilə bağlı layihəyə start verilib <b style="color:red"></b> Bakı-Ələt yolunun 4-6-cı km hissəsində (Bayıl dairəsi ilə "Bibiheybət" məscidi arasında) bağlantı yollarının və piyada keçidinin tikintisi nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, orada 5 bağlantı yolunun olması planlaşdırılır. Bağlantı yollarının ümumi uzunluğunun 5711 metr olacağı nəzərdə tutulur. Bağlantı yollarından biri üçzolaqlı, biri altızolaqlı, digər 3-ü isə dördzolaqlı olacaq.

Parallel olaraq bu hissədə Bayıl dairəsi ərazisində yeni piyada keçidinin tikintisinə başlanılıb. Piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq. Keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü 4 metr təşkil edəcək. Hazırda həmin ərazidə svay vurma və kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.
Qeyd edək ki, bağlantı yollarının 3-ü vasitəsilə Su İdmanı Növləri Sarayına da giriş-çıxış mümkün olacaq.
 





07.04.2014    çap et  çap et