525.Az

Cəbhə xəttində 3 hərbçimiz şəhid oldu, daha 4 yaralı var


 

Cəbhə xəttində 3 hərbçimiz şəhid oldu, daha 4 yaralı var<b style="color:red"></b>

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub.

 
APA-nın məlumatına görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.
 
Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.
 
 
_____________________ 
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.
 
APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.
 
Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. Ordumuzun daha bir neçə hərbçisinin agır yaralandığı bildirilir.

 





08.04.2014    çap et  çap et