525.Az

TQDK 9-cu sinif şagirdlərinə müraciət edib


 

TQDK 9-cu sinif şagirdlərinə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabr ayının 9-da payız imtahanı verəcək şagirdlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə payız imtahanında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini təhsil aldıqları təhsil müəssisələrindən əldə edə bilərlər.

Digər şəhər və rayonlarda təhsil alan şagirdlər (9 illik) isə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqəsini rayon və şəhər təhsil şöbələrindən ala bilərlər.

S.QARAYEVA

 





05.09.2012    çap et  çap et