525.Az

Bakıda 32 yaşlı qadın dəm qazından boğulub


 

Bakıda 32 yaşlı qadın dəm qazından boğulub<b style="color:red"></b> Bakıda qadın dəm qazından boğularaq ölüb.

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Zeytun küçəsi ev 296 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Abdullayeva Fərqanə Dövlət qızı hamam otağında olarkən dəm qazından boğularaq ölüb. Hadisədən xəbər tutan 32 yaşlı qadının yaxınları dərhal polisə məlumat veriblər.
 
Faktla bağlı araşdırmalar aparılır.
 





08.04.2014    çap et  çap et