525.Az

Təhsil şöbələrində korrupsiya faktlarına rəsmi münasibət


 

Təhsil şöbələrində korrupsiya faktlarına <b style="color:red">rəsmi münasibət</b>

Təhsil Nazirliyi bəzi mətbu orqanlarda təhsil şöbələrində baş verən neqativ hallar və korrupsiya faktları ilə bağlı dərc olunan yazılara rəsmi münasibət bildirib.
 
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov qeyd edib ki, gün ərzində nazirliyin media monitorinqlərinə daxil olan müraciətlərdə müxtəlif təhsil şöbələri ilə bağlı yazılara, jurnalist araşdırmalarına, eyni zamanda sorğulara rast gəlinir: “Dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin büdcəsində formalaşır. Həmin vəsaitlər icra hakimiyyətlərinin sərəncamındadır. Adıçəkilən qurumlar da həmin vəsaitlərin icra olunmasına nəzarət edir. Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı heç bir sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur”.

C. Valehov Ukraynada baş verən hadisələrdən sonra orada təhsil alan tələbələrin aqibətinə də aydınlıq gətirib. O qeyd edib ki, Ukraynada dövlət proqramı çərçivəsində heç bir gənc təhsil almır. Digər yollarla həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı isə nazirliyə hər hansı bir məlumat daxil olmayıb.

 





08.04.2014    çap et  çap et