525.Az

Bakıdan Londona uzanan yol...


 

Bakıdan Londona uzanan yol...<b style="color:red"></b>

Lap əvvəldən başlayaq. O vaxtdan ki, British Council "Biznes jurnalistika" layihəsində iştirakla bağlı elan vermişdi. Səmimi deyək, layihəyə qatılmaqda əsas məqsədimiz xarici mütəxəssislərin jurnalistika təcrübəsindən faydalanmaq, əldə etdiyimiz bilik bacarıqları tələbələrimizə tətbiq etmək, layihənin imkan verdiyi müddət ərzində bir illik pulsuz ingilis dili hazırlığından yararlanmaq idi. Bəs London? Doğrusu, həmin vaxt bu haqda düşünmək belə ağlımızdan keçmirdi. Qismət... PAŞA Bankın dəstəyi, Böyük Britaniyanın Tomson Fondunun təşkilatçılığı ilə həyata keçirilən kursun ilk mərhələsi 11-15 noyabr 2013- il, ikinci mərhələsi isə 11-15 yanvar 2014- il tarixlərində Bakıda baş tutdu. 

 

ÖYRƏNDİK? 

 

Təlimçi Tomson Fondunun məsləhətçisi, rəqəmsal jurnalistika sosial media sahəsində ixtisaslaşmış mütəxəssis, 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda onlayn əməliyyatlar sahəsində dəfələrlə mükafatlandırılaraq baş redaktor baş menecer vəzifələrində çalışan Den Meysonun sayəsində bunları: onlayn məlumatların zənginliyi, interaktiv cədvəllər, xəritələr infoqrafikanın yaradılmasında istifadə olunan sadə, amma güclü vasitələrlə müxtəlif hadisələrin işıqlandırılması mürəkkəb mövzuların açıqlanmasının yeni yolları, onlayn oxucular üçün məlumatların tapılması, hazırlanması vizuallaşdırılması, əlaqələrin yaradılması məqsədilə sosial media vasitələrindən səmərəli istifadə nüfuzunu artırmaq, multimedia yazılarının planlaşdırılması yaradılması, onlayn axtarışın daxili mexanizmi, yazma redaktə bacarıqları, şəkil, audio video materialların yaradılaraq internetə yüklənməsini.

 

10 GÜNLÜK BAKI TƏLİMLƏRİ

 

Jurnalistlər üçün faydalı oldu. Onlar əmin oldular ki, bu müddətdə effektiv surətdə əməkdaşlıq etmək, şəxsi təşkilati bacarıqları mükəmməlləşdirmək sadə onlayn vasitələrdən istifadə edərək daha effektiv fəaliyyət göstərmək, onlayn axtarış, sorğular digər mənbələr vasitəsilə məlumat əldə etmək, verilənlər arxasında duran hadisələri görə bilmək, habelə cədvəl, diaqram, qrafik, xəritə vaxt cədvəllərinin vizuallaşdırılmasında  istifadə olunan pulsuz vasitələrin geniş çeşidi ilə tanış olmaq, mətn, şəkillər, video, audio, verilənlər, vaxt cədvəlləri s. kimi vasitələrdən istifadə edərək strukturlu multimedia yazısını planlaşdırmaq, mətn, multimedia qrafikadan ibarət bloq ya internet saytını yaratmaq idarə etmək bacarığına malikdirlər. Eyni zamanda, onu da yəqin etdilər ki, mobil vasitələrdən istifadə edərək, video audio müsahibələri yazmaq, internetə yükləmək, yaxşı reputasiya nüfuz qazanmaq, ictimaiyyəti daha fəal iştirak etməyə sövq etmək hadisələri işıqlandırmaq məqsədilə sosial mediadan istifadə etmək, sosial media mənbələrindəki məlumatın düzgünlüyünü yoxlamaq yeni yazı formalarını yaratmaq üçün istifadəçilər tərəfindən yaradılmış tərkibə nəzarət etmək vərdişlərinə sahibdirlər.

 

TƏKCƏ BUNAMI?

 

Əlbəttə yox. Layihənin daha faydalı səmərəlisi Londonda olacaqdı. Elə isə haydı dostlar, irəli!!! Viza üçün sənədləri, digər lazımi vasitələri qaydaya salmaq vaxtıdır. PAŞA Bankın  PR Marketinq Departamentinin direktoru Sona xanım Abbasovanın, British Councilin Proqramlar Departamentinin xanım əməkdaşları Nigar Baimova Könül Əhmədovanın sayəsində bütün maneələri pillə-pillə aşdıq vaxtdır. 16 mart tarixində Heydər Əliyev adına Beynəlxalq hava limanındayıq. İstiqamət İngiltərə. Gedəcəyimiz ünvanları bilsək , həyəcan da vardı. Haqqında kitablardan oxuduğumuz, müəllimlərimizdən eşitdiyimiz Londonu canlı görməsək, tələbəliyimizin ilk illərində haqqında oxuduğumuz, dəfələrlə imtahan biletlərinə sual kimi salınan nəhəng mediaqruplarda olacaqdıq. Əla hisslərdir. 6 saatı tamamlamaq üzrəyik Londonla bağlı ilk təəssüratlarımızı təyyarədən alırıq.  Əksəriyyət eyni fikirdə olur: yaşıl şəhər. Təyyarə yerli vaxtla saat 15:10-da Hitrou hava limanına enir getməmişdən öncə qrupumuzda yazdığım "dostlar, Londonun bizə hava surprizi edəcəyindən əminəm" ehtimallarım özünü doğruldur. Doğrudan da hava gözəldi. soyuq var, şaxta.

 

HİTROU-STRAND PALACE

 

İsti olan təkcə hava yox, həm ilk qarşılanma mərasimimiz olur. Tomson Fondunun əməkdaşı, əslən Pakistandan olan Məryəm Şahla çoxdankı dostlar kimi görüşürük. Bizim üçün ayrılan avtobusla şəhərə doğru istiqamət alırıq. İlk diqqətçəkən məqam küçələrin, binaların pəncərələrinin təmizliyi, əksər evlərin qarşısındakı gül-çiçəklər, yolboyu düzülən yarpaqlarını töksələr , ətrafa xüsusi yaraşıq verən ağaclar ən əsası tıxacsızlıq. Otelə yerləşər-yerləşməz şəhər gəzintisi tarixi Trafalqar döyüşünün şərəfinə adlandırılan meydandan başlayır. Adətən həftəsonu istirahət edən, dükan-bazara çox az çıxan londonlular bu dəfə küçələrdə idilər. Başdan-ayağa yaşıla bürünən yerli sakinlər arasında qışqıran kim, içki butulkalarını hara gəldi tullayan kim, zibillikdə eşələnən kim. Çaşqınlığımızı görən Den "hər il martın 16-da London Müqəddəs Patrik gününü qeyd edir. Sabah belə olmayacaq", - deyir. Həqiqətən sabahısı Müqəddəs Patrik gününün dünəndə qaldığının şahidi oluruq.

 

LONDONUN SİMVOLLARI

 

Ən çox diqqətçəkən qırmızı rəngli 2 mərtəbəli avtobus, eyni rəngli telefon butkası jurnalistlərin "bizim taksimiz" adlandırdıqları London taksisi. Britaniya nəqliyyatının fərqlilikləri çoxdur. Belə ki: sükan sağ tərəfdədir, gediş haqqı təxminən 2  funta yaxındır, avtobuslara minik sürücü tərəfdən, enişisə arxa qapıdandır, ödəniş etmədən avtobusa daxil olmaq yasaqdır.  Dayanacaqda avtobusu gözləmək üçün gözlə (wait) düyməsini basmaq, avtobus dayanacağa yaxınlaşanda isə bir addım irəli gələrək onu gözlədiyini hiss etdirmək lazımdır. Əks halda, o, dayanacaqda saxlamayacaq. Bu arada qeyd edək ki, gözləmə monitorlarının tam dəqiqliklə işləməsi diqqətdən yayınmır. Londonun yolları təmiz olduğu qədər rahatdır. Piyadalar üçün bütün yollarda sağa ya sola baxmaq üçün (look right, look left) sözlərini görmək mümkündür. İnsanlar avtomobillər yol hərəkəti qaydalarına tam riayət etdiklərindən təhlükəyə əsas yoxdur.

 

BƏS METRODA?

 

Bu ölkədə bütün nəqliyyat vasitələrində vahid kartdan istifadə edilir avtobuslardan fərqli olaraq, metroda gediş haqqı çıxarkən ödənilir. Bakı metrosu vaqonları ilə müqayisədə London metrosu daha yığcam, daha kiçik təsir bağışlayır. Metroda ticarət obyektləri , zir-zibil görmək mümkündür. Amma vaqonların xüsusi yerlərinə qoyulan qəzetlər (əsasən London Evening Standart)  daha diqqətçəkəndir. Vaqona minən hər bir sakin vaxtını boş yox, ən azı bir informasiya almaqla keçirə bilir. Əksər metro çxışlarında dayanacaqlara yaxın yerlərdə pulsuz qəzet jurnal ənənədəndir.

 

BİQ BEN, VESTMİNSTER,

BUKİNGEM, CEYMS QREEN PARK

 

Britaniyanın fəxri rəmzi sayılan Vestminster saray kompleksinin bir hissəsi olan zəngli saat qülləsi Biq Bendə olmağın ayrıca yeri var. Çarlz Berri Oqastes Uelbi Pyucin tərəfindən Qotika memarlıq üslubunda inşa edilən 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Bəzən Müqəddəs Stefan qülləsi adlandırılan Biq Ben 1858-ci ildə tikilib, saat isə 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun", saatın sağ sol tərəflərində, qüllənin üzərində isə "Laus Deo", yəni "Tanrıya şükür" sözləri qeyd edilib. 2012-ci ilin iyun ayında ingilis parlamentarilər bu saat qülləsinin adının İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə "Yelizavet qülləsi" adlandırılmasına qərar veriblər. Bu qüllənin yerləşdiyi binada həm Nümayəndələr Lordlar palatası yerləşir. (Bu haqda növbəti yazıda). Kimsənin Londona bu qülləyə yolu düşərsə, unutmasın ki, gözətçi xanımlar yalnız onlarla bircə dəfə şəkil çəkdirməyə icazə verirlər. Ən gözəli isə odur ki, Londonun harasında olursan-ol Biq Ben öz möhtəşəm səsi ilə sənin yanındadır.

Britaniya monarxlarının, hazırda II Yelizavetanın rəsmi London iqamətgahı Bukingem sarayının qarşısı orada olduğumuz müddətdə qələbəlikdi. Hər gün 11.30-da gözətçilərin növbə dəyişməsinin xüsusi təmtəraqla qeyd edilməsi sarayın daimi qonaqlı-qaralı olmasında rol oynayır. Pell-Mell küçəsinin kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşən bu sarayın təməli 1703- ildə qoyulub. 1762-ci ildə o Böyük Britaniya kralı III Georq tərəfindən kralın şəxsi iqamətgahı kimi alınıb növbəti 75 ildə onun yanında daha üç bina tikilib. 19-cu əsrdə inşa edilməsinə baxmayaraq, məğrur görkəmi ilə London turistlərini heyrətləndirən Vestminister sarayı ya da Parlament binası mötəbər tədbirlərin keçirildiyi məkandır. Vestminister sarayı son illərdə şahzadə Diana Çarlzın oğlu Uilyamın toy mərasimi ilə daha çox yaddaşlarda həkk olunub.

Ceyms Qreen Park, o cümlədən Londonun bütün parkları yaşıllıqları, təbiiliyi ilə göz oxşayır. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı bu paytaxt şəhəri həm yerli sakinlərin, həm turistlərin ən çox sevdiyi məkandır. Təbiətin gözəlliyi ilə təbii şəkildə ünsiyyətdə olmaq, çiçəklərin ətrindən, quşların nəğməsindən xoşhal olmaq kimin ürəyincə olmaz ki?!

 

UKRAYNALILAR ETİRAZ,

ZİMBABVELİLƏR ŞADLIQ EDİR

 

Londonda hər kəs öz işindədir. Heç kim bir-birinin işinə qarışmaz heç kim başqasının etdiyinin fərqinə varmaz. Məşhur Trafalqar meydanın bir tərəfində ukraynalılar Krımın birləşdirilməsinə etiraz edir, o biri tərəfində isə zimbabvelilər müstəqillik günlərini xalq mahnılarını ifa etmək, çalıb-oynamaqla qeyd edirdilər. Əllərində doğma bayraqları ilə...

 

HƏMİŞƏ UCADA OL, BAYRAĞIM!!!

 

Londonda bizi doğma bayrağımız qədər qürurlandıran ikinci bir məqam olmadı. Bu şəhər bütün atributları ilə gözəldir. Amma Kensinqton küçəsində yerləşən səfirliyimizin önündə  3 rəngli bayrağımızın dalğalanmasının şahidi olmaqdan gözəl ikinci bir hiss yoxdu. Doğma məkan,  doğma simalar, doğma dil. Ətrini aldığımız Azərbaycan, səni sevirik... İlk dəfə idi ki, qapının zəngini basandan sonra onun açılmasını belə səbirsizliklə gözləyirdik. Bizi qarşılayan səfirliyin iki əməkdaşı ilə çoxdakı tanışlar kimi hal-əhval tutub, müşayiətləri ilə dar, fəqət bizimçün imarət yollarına bənzəyən dəhlizlərlə irəliləyib 2-ci mərtəbəyə qalxırıq. Pilləkən söhbətlərindəcə öyrənirik ki, 3 mərtəbəli səfirlik binasında 14 nəfər əməkdaş çalışır. Otağa keçib yerlərimizi tuturuq. Az keçmir səfirimiz Fəxrəddin Qurbanov da gəlir hər birimizlə tək-tək əl tutur. Öncə Azərbaycanı soruşur, sonra gəlişimizin məqsədini. Dərhal da harada oturacağını. Gözlər yuxarı başa dikilir. O isə əksini edir, bizim aramızda oturmağı tərcih edir. Məqamdar.

 

AXIR ÇƏRŞƏNBƏNİZ MÜBARƏK,

CƏNAB SƏFİR

 

Hər birimizin onun gözündə balaca bir Azərbaycan olduğunu hiss etdirərək şən əhval-ruhiyyə ilə təbriklərimizə qoşulur. sonra verilən suallar qarşılığında Azərbaycan-Böyük Britaniya əlaqələrindən, bu ölkədə təhsil alan tələbələrdən, diaspora fəaliyyətindən, təhsil, elm, mədəniyyət sahəsindəki işlərdən gen-bol danışır. London tıxacsızlığından, parkların gözəlliyindən, insanlararası fərqlərdən bəhs etməyi unutmur. İngiliscə mükəmməl bilən Fəxrəddin müəllim tədbirlərdə Şekspirdən şeirlər deyib, ingilisləri məmnun etməsini sözlərinə əlavə edir. "Bəs Azərbaycan şairlərindən necə, söyləyirsinizmi?" sualına dərhal: "Əlbəttə. Nizami Səməd Vurğundan da deyirəm", - cavabını verir.  Növbəti suallardan biri Azərbaycan üçün darıxıb-darıxmaması ilə bağlı olur. Mübaliğə etmirəm, Vətən ayrı şeydir. Bir anlıq qüssələnir "Niyə darıxmıram ki? Vətən üçün kim darıxmaz ki? Orada yaşlı anam qohum-əqrabam yaşayır. Azərbaycana gələndə oranı qarış-qarış gəzirəm", - cavabını əlavə edir.

HAŞİYƏ: Fəxrəddin Qurbanov 1954- ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Xarici Dillər, 1990- ildə Politologiya İnstitutunu bitirib. 2002-ci ildə Harvard Universitetində Ali Hökumət Rəhbərləri üçün kurslarda iştirak edib. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin rəisi, 1992-1993- illərdə Protokol İdarəsinin rəisi, 1993-2001-ci illərdə ABŞ-dakı səfirliyimizdə I katib, 2001-2003- illərdə XİN- Xüsusi tapşırıqlar üzrə səfir, 2002-ci ildə ABŞ-dakı səfirliyimizdə müşavir, 2003-2004- illərdə Kanadada müvəqqəti işlər vəkili, 2004- ildə Kanadada Fövqəladə səlahiyyətli səfir nəhayət ölkəmizin Böyük Britaniyadakı səfiri təyin edilir. İngilis, rus, türk dillərini bilən səfirin bir övladı var.

 

BÖYÜK BRİTANİYADA

PAXLAVA ŞƏKƏRBURANIN AYRI LƏZZƏTİ VAR

 

Novruzu Londonda qarşılayacağımızı bildiyimizdən hazırlıqlı getmişdik. Həm özümüz, həm qonaq gedəcəyimiz ünvanlar üçün şəkərbura, paxlava digər Novruz təamları aparmışdıq.  Əlbəttə, səfirlik siyahıda öndə di. Doğrusu, gözləmirdilər fəqət, bu hədiyyənin onlar üçün qədər şirin olduğunu sezməmək çətin deyildi. Nuş olsun Azərbaycanımızı daha gözəl, daha layiqli təmsil edəsiniz, cənab səfir!

 

BBC-nin AZƏRBAYCAN XİDMƏTİ

 

Xəbər bolluğundan geninə-boluna danışa bilsinlər. Artıq BBC-dəyik. Əzəmətli bina, ən maraqlı məqam. Tələbəlik illərindən bəri görmək arzusunda olduğumuz məkan. Tarixə qısa ekskurs edərək deyək ki, BBC 1922-ci ildə özəl şirkət, 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq İngiltərədə krallıq beratı altında dövlətin pul dəstəyi ilə 1954- ilə qədər televiziya, 1972-ci ildən həm radio yayımları sahəsində fəaliyyət göstərir. BBC Azərbaycan Xidməti isə yayınlarına 1994- il noyabrın 30-da "Danışır London. Efirdə Bi-Bi-Ci-nin Azərbaycan xidmətidir!" ilə başlayıb. Azərbaycan dili Bi-Bi-Ci Ümumdünya Xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir.

 

BBC-nin GİRİŞİNDƏ

 

Öncə qeydiyyatdan keçirik. Saatın tamamında (12:00-da) Azərbaycan Xidmətinin rəhbəri Könül xanım görünür.  Onun müşayiəti ilə öncə ikinci mərtəbəyə qalxırıq. Həqiqətən nəhəngdir. nəhəng olan təkcə 8 mərtəbədən, 10 studiyadan ibarət olan bina deyil, həm 6 min əməkdaşı olan BBC-nin ziyarətçilər üçün qapalı olan geniş news room-unda yüzlərlə jurnalistin bir araya gəlməsi, texniki avadanlıqlardan tutmuş, qaynar xəbər otağına, müxtəlif dövlətlərin eyni dilli jurnalistlərinə qədər hər şey mükəmməldir. Sürət, tezlik, həyəcan, qaynarlıq xidmətin əməkdaşı Famil bəyin qısa təqdimatı arası tez-tez üzbəüz Moskva Ukrayna bürolarının suallarına cavab...  Sözün həqiqi mənasında, teleradio şirkəti daxilindəki xarici ölkə büroları tapıntıdır. Beynəlxalq arenada mühüm söz sahiblərindən olan nəhəng ölkələrlə yanaşı, bir çox xırda dövlətlərin BBC- büroları var. Azərbaycan Xidmətinin qonşuları Moskva, Ukrayna, Özbəkistan, İran, Türkiyə təmsilçiləridir.

 

"LUNCH"? HARADA?

 

Əlbəttə "lunch". Niyə BBC- yox? Dünyanın möhtəşəm qurumunda, nəhənglərin əyləşdiyi masada oturub  dadsız London təamlarına rəng qatmağın da öz ləzzəti var. Üstəlik, qarşında BBC-ni izləyə-izləyə. Hələ çəkilən arxivləşdirilən şəkilləri demirəm!!!

 

KHOJALY, NAGORNO-KARABAKH

 

Bu da belə... BBC əzəmətlidi, hər bir jurnalistin getmək, görmək arzusunda olduğu məkandır. Bu baxımdan biz şansı gətirənlərdən olduq. Gəzdik, gördük. Gördüyümüz təkcə BBC olmadı, həm onun binası önündəki həqiqət payı - Khojaly Nagorno-Karabakh yazıları oldu!!! Bunu kim edib, vaxt edilib öyrənə bilmədik. Amma bildiyimiz bir həqiqət var: BBC-nin girişinə, bizim isə ürəyimizə yazılan o həqiqət payı vaxt gələcək elə BBC vasitəsilə bütün dünyaya yayılacaq. Xocalı Dağlıq Qarabağ həqiqəti!!! Qələbə xəbəri!!!

 

KÜÇƏ SƏNƏTİ

 

Londonda insanı heyrətləndirən təkcə səliqəli küçələr bu küçələrdən ona yaraşan şəkildə istifadə edən sakinlər deyil, həm həmin küçələrdə nümayiş etdirilən sənət nümunələridir.  Bizim küçələrimizdən fərqli olaraq, orada bayağı musiqi yoxdur, gözəl səslər, mükəmməl ifalar var. Ayaq saxlamadan, onlara qulaq kəsilmədən aralanmaq da mümkün deyil. London kimi bahalı şəhərdə pulundan keçə bilirsənsə, deməli, ortada həqiqətən bir sənət, heyrətləndirici nümunələr var. Bir sözlə, ƏHSƏN!!!

 

1000 ƏMƏKDAŞI OLAN "THE DAILY TELEGRAPH"

 

London xatirələrinin başında duran bir görüş. Xoş qarşılanma, gözəl təqdimat, səmimi ortam!!!  Gündə 3 dəfə - səhər 9:30, günorta 1:30 axşam 9:30-da 675 min tirajla çap olunan, 1000 nəfər əməkdaşı olan, dünyanın 5 nəhəng ölkəsində yayımlanan 2 milyondan çox oxucusu olan 150 yaşlı "The Daily Telegraph".

Böyük Britaniya qəzetləri üçün xarakterik olan 3 keyfiyyət.

1) Keyfiyyət: Daily Telegraph, İndependent, Times, Qardian (Bunlar həm ən çox satılan qəzetlərdir).

2) Orta. Deyli Meyl, Deyli Express.

3) Populyar. Sun, Mirrror, Deyli Star.

"The Daily Telegraph" 1994- ildən veb saytı olan ilk Avropa qəzeti olsa da, köhnə dəblə yaşayır, androidə qoşulub, yeni proqramlar üçün microsofta müraciət edib s. Qəzetin "The Telegraph" adlı əlavəsi var. Dünyanın 5 müxtəlif ölkəsində çap olunan 100-dən çox ölkədə yayımlanan qəzet həftədə bir dəfə çıxır London üçün nəzərdə tutulmayıb. Hətta londonlular onu görsələr, belə bir Telegraphın olduğuna təəccüblənərlər.

(Ardı var)

 

Pərvanə İBRAHİMOVA

Könül NİFTƏLİYEVA

Bakı-London-Bakı

 





08.04.2014    çap et  çap et