525.Az

Hüquqi dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu və mövqeyi


 

Hüquqi dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu və mövqeyi<b style="color:red"></b>

Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün inkişaf yolunda hüququn aliliyini ön plana çəkərək hüquqi dövlət quruculuğu yönümündə müstəsna addımlar atdı atmaqda davam edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanda bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi.

Belə bir vacib mövzuya həsr olunan bu yazıda Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsi sədrinin müavini, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin üzvü Rövşən Rzayevin fikirlərindən istifadə edilib.

 

Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu, iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır.

Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi.

Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993- ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90- illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlayıb. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu Öndər çıxışlarının birində bu barədə belə demişdi: "Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan".

Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların Əsas Qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

 

Azərbaycançılığın mahiyyəti

 

Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim tədqiqatçılar, ictimai xadim yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti konseptual tərəfləri şərh edilib. Akademik Ramiz Mehdiyev qeyd edir ki, azərbaycançılıq "ölkədə yaşayan bütün etnik qrupları millətləri ümumdövlət mənafeləri dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993- illərdə xüsusilə geniş yayılan şovinist separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlib".

Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümummilli lider Heydər Əliyev 1993- il iyunun 15- Azərbaycan parlamentindəki çıxışında demişdi: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdi.

Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki, "Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır". Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi ümumxalq münasibətlərini qorumaq, millətin onun dövlətinin mövqeyini izah, təsdiq inkişaf etdirmək məqsədini daşıyır.

Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.

Azərbaycançılıq məfhumunu təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini  səciyyələndirmək metodoloji cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya anlayışların dəqiq çərçivələrini aşkar etmək çətindir. Neotomizmin yaradıcısı fransız filosofu Mariten qeyd edirdi ki, "müasir tarixin faciəsi əsas anlayışların sistematik ümumiləşdirməsindədir".

İslam nəzəriyyəçiləri etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim olunur. İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq Şyus nəzəriyyəsində göstərir ki, "ictimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir". Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.

Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq - özündə "vətəndaşlıq", "vətənpərvərlik", "loyallıq", habelə cəmiyyət dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

Beləliklə, Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi demokratik dövlət kimi inkişafına milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

(Ardı var)

AQİL

 





08.04.2014    çap et  çap et