525.Az

Daşkəsəndə hərbçi qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib


 

Daşkəsəndə hərbçi qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirib<b style="color:red"></b>

Ötən gün Daşkəsən qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxsin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu olduğu məlum olub.
 
Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumat verilib.
 
Polisdən hərbi qulluqçu Rəşad Məmmədovun 25 yaşı olduğu da bildirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aprelin 7-də Daşkəsən rayonunun Bayan qəsəbəsi ərazisində yerləşən “Bahar” yeməkxanasında rayon sakini Rəşad Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Füzuli rayon sakini Tünzalə Babayevanı boğub və ona bıçaqla xəsarət yetirib.
 
T. Babayeva hadisə yerində ölüb.
 
R. Məmmədov könüllü olaraq Nizami (Gəncə) Rayon Polis İdarəsinə gələrək təslim olub.
 
Hadisəni törətdikdən sonra zəhərləyici maddə qəbul etmiş R. Məmmədovun səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.

 





08.04.2014    çap et  çap et