525.Az

Azərbaycan Dövlət Neft Fondu “Şahdəniz” və AÇG yataqlarından əldə olunan gəlirlərini açıqlayıb


 

Azərbaycan Dövlət Neft Fondu “Şahdəniz” və AÇG yataqlarından əldə olunan gəlirlərini açıqlayıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycanın Xəzər dənizi sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsindən əldə olunan gəlirinin həcmi 3 885,8 mln. ABŞ dolları olub.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, 2001-ci ildən etibarən bu günə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 98 917,8 mln. dollar təşkil edib.
 
Bu ilin I rübündə fondun Azərbaycanın Xəzər dənizi sektorundakı “Şahdəniz” yatağının işlənməsindən əldə etdiyi gəlirin həcmi 115,6 mln. dollar olub. 2007-ci ildən etibarən “Şahdəniz” yatağı üzrə əldə olunan ümumi gəlirlərin məbləği 1 712 mln. dollar təşkil edib.
 
Bu il yanvarın 1-nə fondun aktivləri ötən ilin əvvəlinə nisbətən 5,1% artaraq 35 877,5 mln. ABŞ dollarına bərabər olub.
 
Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (28,8%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), «Statoil» (15,5%), «Total» (10 %), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

 





08.04.2014    çap et  çap et