525.Az

Millət vəkili Qırğızıstan parlamentinin sədr müavini ilə görüşüb


 

Millət vəkili Qırğızıstan parlamentinin sədr müavini ilə görüşüb<b style="color:red"></b>

Millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov  ilə görüşüb. 

525.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında, sabitliyində maraqlı olduğunu bildirməklə bərabər ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan millət vəkili Qənirə Paşayeva bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməyə başladığını vurğulayıb. Azərbaycan prezidenti, parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Azərbaycan və Qırğızıstanın həm də TÜRK PA-nın üzvləri olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Daglıq Qarabağ münaqişəsi ətrafında  son vəziyyətdən də danışıb.  Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov  iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib. İki ölkənin siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin sürətlənməsinin vacibliyinə də toxunan Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov  münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunu deyib və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inandığını vurğulayıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarovu Azərbaycana dəvət edib.

 





19.10.2012    çap et  çap et