525.Az

Kamal Kılıçdaroğlu hücuma məruz qalıb


 

Kamal Kılıçdaroğlu hücuma məruz qalıb<b style="color:red"></b>

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında hücuma məruz qalıb.

APA-nın xəbərinə görə, K. Kılıçdaroğlu CHP parlament fraksiyasının toplantısının keçirildiyi salona gedərkən qəflətən naməlum şəxsin yumruq zərbəsinə tuş gəlib. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb. Zərbə endirən şəxsin saxlanıldığı bildirilir.

 





08.04.2014    çap et  çap et