525.Az

“Gənclərin psixoloji problemləri” adlı layihə həyata keçiriləcək


 

“Gənclərin psixoloji problemləri” adlı layihə həyata keçiriləcək<b style="color:red"></b>

Bu gün müxtəlif səbəblər cəmiyyətimizdə gənclər arasında ruh düşkünlüyü, özünə qapanma, stress yaşanması, probləmləri artmaqdadır.

525.az-ın məlumatına görə, yuxarı sinif şagirdləri arasında intihar hallarının çoxalması, onların müxtəlif zərərli vərdişlərə qurşanması gələcək nəsilmizi inkişafına təhlükə yaratmaqdadır.

Bu məqsədlə Gənclər Fondunun maliyyə dəstəyi ilə elan etdiyi C kateqoriyası üzrə “Gənclərin psixoloji problemləri” adlı layihə həyata keçiriləcək.

13-15 aprel tarixlərində baş tutacaq layihənin məqsədi müxtəlif səbəblərdən cəmiyyətdə psixoloji çətinliklərə qapanan gənclərin yenidən cəmiyyətə qazandırılmasıdır.

 Layihə çərçivəsində gənclər üçün müxtəlif təlim, seminarlar və intreaktiv oyunlar təşkil olunacaq. Layihə  V.S Training & Psychology Center   təşkilatı dəstək ilə keçirilir.

 





08.04.2014    çap et  çap et