525.Az

AFFA klubları cəzalandırdı


 

AFFA klubları cəzalandırdı<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 29-cu turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul edib.

“Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Neftçi” – “Bakı” matçının 2, 42, 49, 80-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.

“Rəvan” – “Sumqayıt” matçında stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə edilib.

 

 





08.04.2014    çap et  çap et