525.Az

Moskva danışıqlara hazırdır


 

Moskva danışıqlara hazırdır<b style="color:red"></b>

Moskva Rusiya-ABŞ-Avropa Birliyi-Ukrayna formatında danışıqlara hazırdır.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
 
Bununla belə S.Lavrov qeyd edib ki, hələlik danışıqların tarixi və gündəliyi müəyyənləşdirilməyib.
 
“Con Kerri ilə konkret tarixi müzakirə etmədik. Çünki anlaşmamıza əsasən, öncə danışıqların formatını müəyyənləşdirməliyik”, - deyə o vurğulayıb.
 
S.Lavrov həmçinin qeyd edib ki, beynəlxalq danışıqlarda Ukraynanın cənub və şərqi təmsil olunmalıdır.

 





08.04.2014    çap et  çap et