525.Az

Bu gecə Neftçilər prospekti bağlanacaq


 

Bu gecə Neftçilər prospekti bağlanacaq<b style="color:red"></b> Aprelin 9-na keçən gecə Bakının mərkəzi prospektlərindən olan “Neftçilər” prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, “Azəryolservis” ASC əməkdaşları cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbail rayonu “Neftçilər” prospekti və “Azneft” dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən (2 zolaqda) məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq ediblər.
 
Qeyd edək ki, Bakıda yolların cizgilənməsi adətən gecə saatlarında həyata keçirilir.
 





08.04.2014    çap et  çap et