525.Az

Sumqayıtda sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var


 

Sumqayıtda sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var<b style="color:red"></b>

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində  Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.
 
3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.
 
Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.

 





08.04.2014    çap et  çap et