525.Az

Bakıdan Londona uzanan yol... (davamı)


 

Bakıdan Londona uzanan yol... <b style="color:red">(davamı)</b>

VEB-SAYT TWİTTER

 

Bu qəzetdə əvvəllər Redaktorlar Birliyi olsa da, indi o birliyi sosial media redaktorları əvəzləyib. Həmin redaktorlar arası toplaşıb əsas mövzuları müəyyən edirlər. Təbii ki, qəzetə maraq var, amma o, tələbatı vaxtında operativ ödəyə bilmədiyinə görə, əsas güc veb-saytın üzərinə düşür. Hazırda istifadəçilər sayta üç istiqamət üzrə diqqət verirlər.

1)Xəbərlər

2)Dünya

3)İdman

Bu maraq gün ərzində dəyişir. İdmanla bağlı gündəmdə olan qələbə məlumatları, digər xəbərləri arxa plana keçirir. İphone 5 satışa buraxılanda, bu xəbər az- çox düz 4 həftə gündəmi zəbt edib. Böyük Britaniyada ən populyar sayt kimi "The Daily Telegraph"ın 3.5 milyon izləyicisi var. Twitter izləyicilərinin sayı da 3,5 milyondur. Günorta vaxtı sayta 1 milyon adam baxır. 2-ci artım, işdən sonrakı saata - 5-7- təsadüf edir. Ən çox baxılan məqalələr sağ sütunda qərarlaşır. Redaksiya futboldan yazan yazdıqlarını 6 milyon Twitter izləyicisi vasitəsilə yayımlayan jurnalisti ilə öyünür. Əsas ağırlıq mərkəzi commentlərdir. Belə ki, redaksiya oxucuların commenti üçün şərait yaradır. Beləliklə, onlar "oxucu ilə oxucu arasında əlaqə" maraq göstərir   "oxucunun oxucu yazısına şərhi"ni verərək yeni mövzular müəyyənləşdirirlər. Commentin özünü bir dünya hesab edən teleqrafçıların düşüncələrinə görə, insanlar qədər şərh verirsə, bir o qədər xəbərə cəlb olunurlar. 

 

BƏS REKLAM?

 

Əsas gəlir reklamdan oldugu üçün ciddi auditoriyasına rəğmən həftə sonları bəzi alış-satış mərkəzlərini, parfumeriyaları reklam edir. Özü üçün isə Twitter əvəzedilməz məkandır. Çünki jurnalistlər yazılarını Twitterdə reklam edir bunu veb-sayta girişi artırmaq üçün əla vasitə hesab edirlər.

 

"BAŞ QAŞIMAQ, BURUN ÇƏKMƏK MƏQAMI"

 

Bu da maraqlı məqamlardan biri. Qəzet əməkdaşı buna görə bizi şanslı hesab edir pəncərə önünə dəvət edir. Təxminən 200-dən çox jurnalistin çalışdığı böyük otağın ortasındakı dəyirmi masa ətrafına köynək, qara şalvarlı şəxslər yığışıb. , indi "baş qaşımaq, burun çəkmək məqamıdır". Yəni arası redaktorların toplantısı yeni mövzuların müəyyənləşməsi zamanı.  Biri başını qaşıyır ki, " edək? Nədən yazaq?". O biri burnunu çəkərək: "Bilmirəm", - cavabını verir. Elə buradaca gündəmi dəyişə biləcək mövzular müəyyənləşir.

 

"TABLE OF THE FUTURE"

 

Qəzet onun online versiyası haqqındakı təqdimatın ardınca bütün iştirakçıları heyrətləndirən təqdimat olur. Gələcəyin stoluna (table of the future) heyran qalırıq. Bu ki, yuxudur. Tezliklə "The Daily Telegraph"ın bu elektron stulu istənilən qəzeti izləməyə, üzərinə qoyulan əşyaya toxunmaqla onunla bağlı xəbəri oxumağa imkan yaradacaq. Zənn edək ki, dəvət aldığımız şam yeməyinə bir şüşə şərabla getmişik. Şərab şüşəsi stulun üstünə qoyulan kimi, onu aldığımız mağaza, qiyməti, alternativ içkilər haqqında məlumatlarla tanış ola bilərik.

 

QƏZETİN "KƏDƏRLİ VARİANTI"

 

Ağıllı stulla tanışlıqdan sonra görüş durumu kənardan izləyən arabir təqdimatçıya göstərişlər verən şəxslə davam edir. Vəzifəsini soruşanda söhbətdən yayınır. Sadəcə onu deyir ki, 76 yaşı var, 49 ildir bu qəzetdə çalışır. "Siz qəzetin yaddaşsınız ki"  replikamıza gülərək belə cavab verir: "Hər bir müəssisənin "kədərli variantı" var. Mən buranın kədəriyəm. Amma özümü 39 yaşında hiss edirəm". Redaksiyanın tanıtımını edən bu "kədərli variantın" sözlərindən məlum olur ki, onların amalı qanuni, qərəzsiz hüquqi yolla irəliləməkdir. Qəzetin işçiləri peşəkar olsalar da, otaqların biri hüquqşünaslar üçündür. Onlar yazıları oxuyub böhtan olub-olmamasını müəyyənləşdirirlər ki, qəzet reputasiyasını itirməsin. Bəzən böhtana görə məhkəmələrə cəhdlər olsa da, belə yazıların qarşısı mümkün qədər alınır. "The Daily Telegraph" əməkdaşlarının istirahəti üçün lazımi işləri görüb. İdman zalları, istirahət otaqları. Bəli, onlar həm işləməli, həm istirahət, idman etməlidirlər. Artıq çıxış vaxtıdır. Yalnız icazə verdikləri yerlərdə çəkilişlər etdiyimiz redaksiyadan "qəzetin kədəri"nin müşayiəti ilə ayrılırıq. O, bizə "Yaxşı yol" arzulayaraq 49 ildir işığını aldığı redaksiyasına, biz isə

 

"QARANLIĞA" DOĞRU

 

istiqamət aldıq.  Tərcümədə "qaranlıq" mənası verən Temza çayı (River Thames) başlanğıcını İngiltərənin cənubundan götürüb. Londonun mərkəzindən keçərək, şimal dənizinə tökülür. 346 km uzunluğa malikdir ümumi şəkildə 13.000 km ərazini əhatə edir. London körpüsü (London Bridge) bu çayın üzərindədir. Hazırkı körpü  1967-ci ildən 1972-ci illər arasında yenidən qurulub 1973- ilin 17 martında Kraliça II. Elizabet tərəfindən rəsmi açılışı olub. 283 metr uzunluğundadır. O ki qaldı Temzanın şimal sahillərində yerləşən London qalasına  (The Tower of London) orada bir çox inzibati binalar, qüllələr müdafiə divarları mövcuddur. Cinayətkarlar əsirlərin saxlanılması üçün inşa edilən qalada edam işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi əsgər yataqxanası mövcuddu.

Bu tarixi məkanları görmək, gördüklərimizi yaddaşlara köçürmək qədər şirindisə, Temzadakı gəmi turu, Azərbaycanla bağlı Deni heyrətə gətirən zümzümələrimiz bir o qədər xoş idi. 

Bu da Londonda Axır çərşənbə turumuz. Bəs sabah olacaq? Əlbəttə o, daha maraqlı olacaq. Axı üzərimizdə böyük missiyalar var. Tomson Fondunda keçirəcəyimiz Novruz şənliyi hazırlıqları yolumuzu gözləyir!!! Haydı qızlar, otelə sarı...  

 

NOVRUZ GƏLİR, YAZ GƏLİR

 

Gərgin qrafik, ağır proqrama rəğmən yorulmaq bilmirdik. Hər axşam qızların yığışdığı Strand Palace 344- bu dəfə fərqli qələbəlik vardı. Gün ərzindəki görüşlərimizə, təşkilatçılara minnətdarlıqlarımıza şahidlik edən otaqda qələbəliyi Axır çərşənbə 19 mart tarixinə planlaşdırdığımız Novruz bayramı yaratmışdı. Bu dəfə jurnalist qismində yox, aparıcı, ifaçı rolunda çıxış etməli idik. Alınacaqmı? Yaxşı hazırlaşmaq lazımdır! Zarafat deyil, ilk addımlar xarici səhnədə atılır. İfa edəcəyimiz mahnıların sözlərini musiqisini əzbərləyib başa çatdırmaq üzrəydik ki, astadan döyülən qapı baxışları bir istiqamətə yönəltdi. Təbəssümlü gənc ingilis bizə saatın 3 olduğunu xatırlatdı. etməli? Əlbəttə daha artıq səs salmadan dağılışmalı... 386 saylı otağa papaq atmadan keçmək olmaz. Bir sınayaq. Baş tutur. Qənimət. Bahalı Londonda bir stəkan çayla istifadə etmək olar.

A-ZƏR-BAY-CAN

 

Ötən ilin mart ayında Londona səfər etmiş tələbələrimiz, həm təlimçimiz Den isti paltarlar məsləhət bilmişdi. Məsləhətli don gen olsa da, bu dəfə dar gəldi. London bizə həm əsl Bahar havası ilə surpriz etdi. Bakıdan apardığımız səməni yaşıl sahələr eyvan gül-çiçəkləri ilə mütənasiblik təşkil edirdi. Hazırlıqlarımız da pis alınmamışdı. Bahar qızımız, Novruz xonçamız, səmənimiz, qırmızı yumurtalar, üstəlik, Tomson Fondu işçilərinin heyrət dolu baxışları... Ürəklənirdik. Pis olmamalı idi.

Aparıcı: Əziz dostlar! Novruz bayramınız mübarək! Bu il doğma ocağımızda qeyd edə bilmədiyimiz Novruz üçün balaca bir surprizimiz var.

Səslər: Mahnı olacaqmı?

Aparıcı: Əlbəttə, vaxtınızı çox almadan bayram tədbirimizi açıq elan edir Müslüm Maqomayevin möhür vurduğu "Azərbaycan" mahnısına başlayıram.

Narahatçılığa əsas yoxmuş! Hamı, hətta Tomson Fondunun əməkdaşları ifa edilən mahnının A-zər-bay-can hissəsini elə ürəkdən deyirlər ki! Əhsən komanda!

 

ƏHSƏN, BELƏ GÖZƏL ŞƏRAİTİ YARADANLAR!

 

Görüşlərimizin maraqlı keçməsi onu təşkil edənlər bu səfərə komanda halında qatılmaq şansı yaradan insanların sayəsində mümkün oldu. 3 təlimin Bakıda, sonda isə 2 nəfərin 1 aylıq Londona göndərilməsini nəzərdə tutan "Biznes jurnalistika" layihəsinə dəyişiklik belə gözəl, maraqlı unudulmayacaq səfərlə nəticələndi. Layihə başlayan gündən sona qədər özünü yanımızda hiss etdirən, 15 yanvar tarixində qrupun həyəcanla gözlədiyi nəticəni müsbət sonluqla başa çatdıran elə həmin gün layihə iştirakçıları ilə yarım saatlıq görüşündə ona olan rəğbətimizi daha da artıran PAŞA Bankın  PR Marketinq Departamentinin direktoru Sona xanım Abbasovaya xüsusi təşəkkürlər düşür. Təbii ki, bu sırada Departamentin digər əməkdaşları - Aynura Piriyeva, Əmir Məmmədov, British Councilin əməkdaşları Nigar Baimova, Könül Əhmədova, o cümlədən təlimçimiz Den Meyson tərcüməçimiz Rəşad müəllimin adını qeyd etməsək olmaz. Hərçənd Londonda olduğumuz hər gün, eləcə təəssüratların bizi tərk etmədiyi bu günlər adlarını çəkdiyimiz bu insanlara, xüsusən layihəni reallaşdıran PAŞA Banka minnətdarlıqlarla keçir.

 

GÖBƏLƏK PENDİR DOLU BAZAR

 

Səfər proqramımız mükəmməl tərtib edilmişdi söz yox. Ən gözəli isə təlimçimiz Denin cəldliyi, dinamikliyi Londonu qarış-qarış bilməsi sayəsində görüşlərarası boş dayanmır, bir neçə fərqli yerə baş çəkə bilirdik. Əsasən pendir göbələklə dolu olan qədim London bazarını, 1599-cu ildə Şeksprə aid aktyorlar truppası tərəfindən yaradılan, üzərinə "Parıldayan hər şey qızıl deyil" yazılan Qlobus teatrını, onun həyətindəki dükanda "Romeo Culyetta", "Hamlet", "Maqbet"ə aid geyim əşyaları suvenirləri belə fərqli yerlərə aid etmək olar.

 

QƏZETDƏ FOTO, VEB-SAYTDA VİDEO

 

İnformasiya bazarında konkert boşluqları müəyyənləşdirən hədəfə vuran "Financial Times"ın əsas uğuru müştərinin inamını qazanması, onu məhsulunun unikallağına inandırması, xüsusən fərqli oxucu auditoriyasını nəzərə alması, əsasən 2 kateqoriyaya bölünən oxucular üçün elə məlumatların da ikihissəli təqdim edilməsidir: Analiz şərh, qısa vaxt ərzində çox xəbər. 1 saat ərzində 20 dəfə yenilənən veb-sayt videolara, qəzet isə fotolara üstünlük verir. Həftə-sonu isə bu qəzetdə fərqli xəbərlər, mədəniyyət məlumatları da görmək mümkündür. Eynən "The Daily Tedegraph" kimi...

 

BİZƏ JURNALİST LAZIM DEYİL?

 

Digər təşkilatlardan, media qurumlarından olan yüksək təcrübəli mütəxəssislərlə yanaşı, məzunlar üçün 4 illlik təlim proqramları keçirilir. Öncə test tapşırıqları, sonra xəbər yazma bacarıqları, dil imkanları öyrənilir. Jurnalistikaya maraqlarının olub-olmaması da sübut edilməlidir. Bütün bu prosedurlar bitdikdən sonra yekun müsabiqə olur. Təxminən 600-ə yaxın müraciət müəllifindən yalnız 4 nəfər seçilir. Həmin 4 nəfərə böyük yatırım qoyulur. Onlar çox intensiv təlim məşğələləri ilə yanaşı, davamlı olaraq London Fond Birjası, 6 ay müddətinə Nyu-York Pekinə təcrübəyə göndərilirlər. Bu müddətdə isə full vəzifələrə təyin edilmirlər. "Financial Times" daha çox data, statistika, riyaziyyat təhsili olan mütəxəssislərə ehtiyac duyur, nəinki jurnalist təhsillilərə. Əvvəl az bilinən dillərdə sərbəst danışan işçilərə üstünlük verilirdisə, bu gün həmin ölkədə uzun müddət iqtisadi sahədə, bankda s. işləmiş ekspertlərə önəm verilir.

 

"TEZ ÇIXMAQDANSA, DÜZ ÇIXMAQ LAZIMDIR"

 

Bunu da Liza Makleod deyir. Yayımlanan xəbərin iqtisadi sferaya, tutalım birjaya təsiri nəzərə alındığından işə qəbul edilən hər bir əməkdaş əxlaq kodeksinə imza edir. Hər il bu kodeks yenilənir. Redaksiyada işləyən işçinin adına səhm varsa, mütləq onu açıqlamalıdır. Tutalım, onun adına Apple şirkətinin səhmləri varsa, demək, həmin işçi bu şirkətdən yazı hazırlaya bilməz. Bu investisiyanın qiymətləndirilməsi adlanır baş redaktor onu görür. Hər bir xəbərin ən azı iki mənbəsi olmalıdır. Redaktorlar bu məsələyə son dərəcədə ciddi yanaşırlar. Baxmayaraq ki, hansısa bir xəbər bazarın hərəkətlənməsinə səbəb ola bilər, amma xəbərin 2 mənbəsi yoxdursa, o birmənalı şəkildə yayımlana bilməz. Bir sözlə, "Tez çıxmaqdansa, düz çıxmaq lazımdır".

 

LORD OLMAYAN MAVİ DÖŞƏMƏDƏ

DAYANA BİLMƏZ

 

Lordlar Palatası tamam fərqli bir yer. Təpədən-dırnağacan yoxlama edildikdən sonra Tomson Fondunun sədri, lord Chandosun müşayiəti ilə tanışlığa başlayırıq. 19-cu əsrin ortalarında yanan bina 2-ci Dünya müharibəsindən sonra tarixiliyi qorunmaqla bərpa edilib. Nümayəndələr Palatası ilə eyni binanı bölüşən Lordlar Palatasının bu başından Nümayəndələr Palatasının o biri başını görmək mümkündür. Biz görmədik, ona görə ki, ara qapılar əsasən bağlı olur. Nümayəndələr Palatası 651 üzvdən ibarətdir. Onlar majoritar qaydada seçilir. Lordlar Palatasının tərkibi üzvlərinin sayı dəyişkən olsa da, təxmini rəqəm söyləmək olar - 800. Bu palata 1999-cu ilə kimi irsi əlamət üzrə təşkil olunub qadın lord olmayıb. Həmin il kraliça tərəfindən təsdiq olunmuş qanundan sonra irsi təyinatla yanaşı, digər şəxslər lord ola bilib qanun qadınlara da şamil olunub. Palatada ən maraqlı məqam lordların iclaslarını izləmək oldu. Kraliçanın görüş öncəsi hazırlaşdığı otaqdan tutmuş, yüksək çinli qonaqların qəbul edildiyi zal, kitabxana, rəsmlərin tarixçəsi, əsasən qırmızı xalının salındığı dəhlizlərdə yeganə olaraq bir yerdə mavi xalının olması lord olmayan adamın onun üzərində dayanmaq yavaş yerimək haqqının olmamasına qədər ən müxtəlif məlumatlar öyrəndik. Hətta onu da gördük öyrəndik ki, ali qonaqların qəbul edildiyi zalın divarının bir tərəfində Vaterloo, digər tərəfində Trafalqar döyüşlərinin təsvir edildiyi böyük şəkil Fransanın keçmiş prezidenti Jak Şirakın etirazına səbəb olub onun yığışdırılmasını xahiş edib. Məlumdur ki, hər iki döyüşdə ingilislər farnsızlara qalib gəlib. Lord Chandosla çay süfrəsini bölüşdükdən xatirə şəkli çəkdirdikdən sonra London Eye vasitəsilə bu gözəl şəhəri 135 metr yüksəklikdən izləmək şansı da qazandıq.

 

AZƏRBAYCAN EVİ 

 

Ölkəmizin ətrini aldığımız ikinci doğma məkan - "Azerbaijan house" bir addımlığında üzərinə türk dilində "Süleymaniye" yazılan məscid. Qürurvericidir. Azərbaycanla Britaniya arasında mədəni dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etmək məqsədi ilə yaranan bu doğma məkanın B.Britaniyadakı səfirimiz Fəxrəddin Qurbanovun da iştirak etdiyi rəsmi açılış mərasimi 14 noyabr 2008-ci il tarixində baş tutub indiyədək müxtəlif tədbirlərə ev sahibliyi edib. Azərbaycan jurnalistlərini Novruz süfrəsinə qonaq edən bu gözəl məkanın qurucusu Dr. Əli Təkin Ataların şirin ləhcəsi, London Azərbaycanlı Qadınlar Klubunun rəhbəri Sevil Aslanovanın mənalı çıxışı, klubun nümayəndəsi Şəlalə Qasımovanın Londondakı azərbaycanlı ailələrin evində bişirilmiş ləzzətli yeməklərimizi təqdim etməsi isə ölçüyə gəlməz. Üstəlik, böyük həvəslə təqdim edilən kitabxana xalq mahnılarımızın ifası... Hər şey gözəl!!!

 

NƏHAYƏT TƏQDİMETMƏ MƏRASİMİ

 

Bir həftə boyunca az qala bütün Londonu gəzdiyimizdən səfərin başa çatmasını təbii qarşıladıq. Artıq Tomson Fondunda təqdimetmədi. Mərasimə Fondun sədri Lord Chandos şəxsən qatılıb. İcraçı direktor Nigel Bakerin çıxışından sonra 6 ay müddətində bizimlə olan təlimçimiz Den Meysonun son nitqi. Duygulu anlar. Dünyanın müxtəlif ölkələrində treninqlər keçən Den belə bir komanda ilə ilk dəfə işlədiyini, bizimlə fəxr etdiyini deyir. sertifikatlarımız təqdim edilir. Şəxsən Lord Chandos tərəfindən.  

 

"WHERE", "SORRY", "EXCUSE ME"

 

İngilis dilini bilməyənlər London həsrəti yaşamasın! "Where" sözünü bilib, ingilislərin ən çox sevdikləri hər addımda işlətdikləri "sorry", "excuse me"ni deməklə bu çoxmillətli şəhərdə baş çıxarmaq mümkündür. Səfərin ən sadə hissəsi yemək almaq alış-veriş etməkdir. Hər ikisində prosedur bəsitdir. Satıcılar əsasən kassa arxasında olur. İstənilən geyimin ölçüləri, qiymətləri onun üzərindədir. Bəyəndiyin əşyanı al növbə tutmaq yolu ilə kassaya yaxınlaş, ödəyəcəyin pulu ekrana baxmaqla kəlimə kəsmədən ödə...

 

SON MİNNƏTDARLIQ

 

"Biznes jurnalistika" layihəsində əməyi keçən PAŞA Bank, Britsh Council, o cümlədən Tomson Fonduna online, sosial jurnalistika sahəsində bilik, bacarıqlarımızın artırılmasına, maraqlı unudulmaz London səfərinə yaratdıqları şəraitə görə bir daha minnətdarlığımızı bildiririk.

Pərvanə İbrahimova

Könül Nift'liyeva

Bakı-London-Bakı

 





09.04.2014    çap et  çap et