525.Az

Borca görə saxlanılan Rusiya gəmisi gələn həftə Azərbaycanı tərk edəcək


 

Borca görə saxlanılan Rusiya gəmisi gələn həftə Azərbaycanı tərk edəcək<b style="color:red"></b> Xəzər dənizinin Azərbaycana aid hissəsində saxlanılmış, Rusiya bayrağı altında üzən “Vətən-1” gəmisi gələn həftə Bakı limanını tərk edəcək.
 
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib.
 
E. Rəhimovun sözlərinə görə, artıq gəminin məxsus olduğu şirkət Azərbaycana olan borcunu ödəyib. Şirkət gəmidə çalışanların maaşlarını da aprelin 14-də ödəyəcəyinə söz verib. Əmək haqları ödəndikdən sonra orada çalışan 6 Ukrayna vətəndaşı gəmidəki işindən ayrılacaq.
 
ARDDA rəsmisi hazırda gəmidəki texniki problemlərin aradan qaldırılması istiqamətində işlər görüldüyünü, gəminin Rusiya Dəniz Registrindən müvafiq sənədləri aldıqdan sonra Bakını tərk edəcəyini bildirib.
 
«Artıq gəmi ilə bağlı heç bir sual qalmayıb», - deyə E. Rəhimov vurğulayıb.
 
Qeyd edək ki, 1972-ci ildə istehsal olunan, “VTS-TRans” şirkətinə məxsus olan gəminin göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var. Məlumata görə, Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və gəmi Bakı sahili yaxınlığında dayanmağa məcbur olub.
 





10.04.2014    çap et  çap et