525.Az

Paytaxtın daha bir prospekti təmir olunur


 

Paytaxtın daha bir prospekti təmir olunur<b style="color:red"></b>

 Bakının Xətai rayonunda yerləşən Xocalı prospektində təmir işlərinə başlanılıb.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
 
O bildirib ki, hazırda prospektdə köhnə beton bordürlər sökülərək daşınır. Daha sonra isə köhnə asfalt-beton örtüyünün qaşınmasına başlanacaq: “Bu işlər yekunlaşdıqdan sonra prospektə yeni mərmər bordürlər vurulacaq və yeni asfalt-beton örtüyü salınacaq”.
 
Qeyd edək ki, yolun uzunluğu 1 100 metr təşkil edir.

 





10.04.2014    çap et  çap et