525.Az

Bakıda yeni tunel tikilir


 

Bakıda yeni tunel tikilir<b style="color:red"></b> Böyükşor küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində qapalı tipli yol ötürücüsünün tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, 6 hərəkət zolaqlı yol üçün nəzərdə tutulan tunelin uzunluğu 610 metr, eni 26 metrdir. Yanaşma yollarının uzunluğu isə 1 100 m təşkil edir.
 
“Hazırda tunelin qapalı hissəsinin üzlük piltələrinin quraşdırılması, tavan hissəsinin alkopanla üzlənməsi, işıqlandırma sistemi, yan yollara mərmər bordürlərin qoyulması işləri həyata keçirilir. Gələn ayın əvvəlindən yanaşma yolları asfaltlanacaq”.
 
İyun-iyul aylarında bütün işlərin yekunlaşması nəzərdə tutulub.
 





10.04.2014    çap et  çap et