525.Az

Dövlət Proqramı üzrə büdcə vəsaitinin icra edilməməsi faktı aşkarlanıb


 

Dövlət Proqramı üzrə büdcə vəsaitinin icra edilməməsi faktı aşkarlanıb<b style="color:red"></b>

Azərbaycanda 2012-ci il dövlət büdcəsinin icrası prosesində bəzi maddələr üzrə dürüstləşmə aparılaraq artırıldığı halda, həmin maddələr üzrə icra hətta ilkin büdcə göstəricilərindən də aşağı olub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
 
Hesabatda bildirilir ki, bu kimi hallar əsasən “Malların (işlərin və xidmətlərin) satın alınması” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələrində müşahidə edilib. Bundan əlavə, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” üzrə nəzərdə tutulan vəsait icra edilməyib.
 
Qeyd edək ki, hesabat aprelin 18-də Milli Məclisdə təqdim olunacaq.
 

 





10.04.2014    çap et  çap et