525.Az

Zakir Həsənov İrana rəsmi səfər edəcək


 

Zakir Həsənov İrana rəsmi səfər edəcək<b style="color:red"></b> Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə 14-15 aprel tarixlərində İrana rəsmi səfər edəcək.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.
 
Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
 
 





10.04.2014    çap et  çap et