525.Az

BDU intihar etmək istəyən tələbəsi ilə bağlı açıqlama yayıb


 

BDU intihar etmək istəyən tələbəsi ilə bağlı açıqlama yayıb<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) tələbəsinin Dənizkənarı Milli Parkda intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova APA-ya açıqlamasında bildirib ki, Aysel Muxtar qızı Babayeva 2013-cü ildə universitetin hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
 
“Oxuduğu müddətdə bəzi dərslərə və imtahanlara gəlmədiyinə görə müəyyən akademik borcları qalıb. A.Babayeva passiv tələbə kimi qeydiyyatdadır” - deyə P.İbrahimova qeyd edib.
 
Qeyd edək ki, aprelin 9-da saat 20.18 radələrində Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, ev 2,  mənzil 22-də qeydiyyatda olan 1991-ci il təvəllüdlü Aysel Muxtar qızı Babayeva Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərkən vətəndaşlar tərəfindən saxlanılıb.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya A.Babayevanın BDU-nun üçüncü kurs tələbəsi olduğu, qayıbları və akademik borcları çox olduğuna görə intihar etmək istədiyi bildirilib.

 





10.04.2014    çap et  çap et