525.Az

Kartofun bahalaşmasında inhisarçılıq izləri?


 

Kartofun bahalaşmasında inhisarçılıq izləri?<b style="color:red"></b>

PULLU DAİRƏLƏR YAYDA KARTOF MƏHSULUNU FERMERLƏRİN ƏLİNDƏN DƏYƏR-DƏYMƏZİNƏ ÇIXARARAQ, SONRAKI FƏSİLLƏRDƏ BAZARA ÖZ QİYMƏTLƏRİNİ DİQTƏ EDİRLƏR 

Avtomobillə respublikanın qərb istiqamətinə yol alsanız, Şəmkir rayonu ərazisindən başlayaraq  lap Tovuzun mərkəzinədək, magistralın  kənarlarında kartofla dolu yüzlərlə torba yeşiklər  diqqətinizi cəlb edəcək. Bəli, bu yol boyu satılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi kartofun payına düşür. Bu da təsadüfi deyil.  Axı, "ikinci çörəyimiz"in  70 faizi qərb bölgəsində istehsal olunur.

Elə həmin  Şəmkir-Tovuz avtomagistralı boyunca tez-tez gedib-gələn müşahidə qabiliyyəti yüksək olanlar hiss edərlər ki, bu cür "kartof bolluğu", nədənsə, bu tərəvəzin yetişdiyi   torpaqdan çıxarıldığı yay aylarından daha çox payızın sonunda qışda olur.  Gəncə şəhərindən  başlayaraq, kartofun əsas istehsalçı rayonlarından  olan Şəmkir, Tovuz, Gədəbəy Qazaxda da bu qida bitkisinin ən azı ötən illə müqayisədə qiymətinin xeyli yüksəldiyi müşahidə olunur.  Doğrudur, paytaxta baxanda buralarda onu bir qədər ucuz almaq mümkündür, amma kartofun 1 kilosu üçün Şəmkir Gəncədə  1-1,2 manat, Tovuzda Qazaxda 80-90 qəpik bu tərəflər üçün son illərin  rekord qiyməti sayıla bilər.

Bəs bu bahalanmanın  səbəbləri  nədir?  Şübhəsiz, istehsal, daşınma yanacaq məsrəflərinin yüksəlməsi    burada rol oynayır. Amma necə deyərlər, bir o qədər yox... Əsas səbəbi  elə kartofu əkib-becərənlərlə söhbətdən asanca anlamaq olar.

Yol qırağında kartof satan Mübariz Əsgərov adlı bu gənc  tovuzlu fermer özü  kartof istehsalçısıdır. Amma əkib-becərdiyi kartof məhsulunu elə yetişən vaxt, iyul ayında satıb-qurtarıb. Özü kiloqramı 20  qəpiyə. Qarşısındakı malı isə... təəccüblənməyin, topdansatanlardan alıb. Əlbəttə ki, artıq xeyli baha qiymətlərlə.

"Mən 3-4 hektar sahədə kartof əkib, yayda "bir yerdən" satmışam. Bilirsiniz, adamın min cür dərdi-problemi olur. Ona görə məhsulu torpaqdan çıxarandan sonra mənə "götürücülər" tərəfindən təklif olunan qiymətlə razılaşmalı oldum. Halbuki, indi qiymət ən azı 3-4 dəfə bahadır. Məni kimi, tanıdığım bütün kartofəkənlər bu cür hərəkət etməli olurlar. Axı bizim məhsulu saxlamaq imkanımız yoxdur. Məhsul özümüzdə qalsaydı, qiymətlər bu qədər yüksək olmazdı. Bax, indi dolanışıq üçün yenidən kartof alıb, qabağımıza qoymuşuq ki, satıb, qəpik-quruş sahibi olaq. Bəlkə elə bu, mənim yayda verdiyim öz kartofumdu. Beləcə, şərait biz kartof istehsalçılarını "kartof alverçisi" çevirdi"- deyə, Mübariz kartof ətrafındakı əhvalatlar barədə kifayət qədər ətraflı məlumat verir. Beləliklə,  aydın olur ki, kartofun qiymətinin yüksəlməsi  istehsalçıların istəyi ilə baş verməyib. Həmçinin regionda kartof istehsalı da azalmayıb.

Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi  Canpolad Qəhrəmanovun verdiyi məlumatdan da bu qənaətə gəlmək olar. Onun bildirdiyinə görə, idarənin əhatə dairəsində olan Tovuz, Şəmkir, Ağstafa, Qazax Gədəbəy rayonları üzrə 2013- il mövsümündə  28 min 150 hektardan çox ərazidə kartof əkilib 540 min tonadək məhsul istehsal olunub ki, bu da əvvəlki  ildəki göstəricilərdən o qədər fərqlənmir. Üstəlik,  regionda kartofçuluğun inkişafı üçün fermerlərin istər yerli, istər gətirilmə sortlarla təmin edilməsi üçün toxumçuluq təcrübə stansiyası da var. Tovuz Zona Toxumçuluq Təcrübə Stansiyasının rəisi  Arzu Abbasov qeyd edir ki, bu məqsədlə rayonun Sarıtala kəndində 30 hektarlıq təcrübə sahəsində müxtəlif mövsümlərdə toxum üçün kartof əkilir məhsul fermerlərin ixtiyarına verilir.     

Bu faktorlar, eləcə dövlətin fermerlərə digər yardım proqramları onu deməyə əsas verir ki, onlar kartof istehsalını azaltmaq fikrində deyillər. Sadəcə, onların  məhsulu satış üçün əlverişli mövsümlərədək saxlamaq imkanları  məhdud olduğundan, belə çıxır ki, dövlətin fermerlərə qayğısından istehsalçıdan çox,  arada cəld tərpənərək məhsulu onlardan alan işbazlar  fayda görürlər. yayda fermerlər onların təklif etdiyi qiymətlərlə qane olurlar. Çünki o vaxt hamı məhsulunu tez satmağa çalışır.

Tovuzun Dönük Qırıqlı kəndində çalışan kartof istehsalçısı Fərhad Məmmədov  məhsulunu aralıqçılara yayda kiloqramı 46 qəpikdən verib. Əkdiyi kartofun üstün növü bir qədər sərfəli qiymətə imkan yaradıb. Amma o da düşünür ki, məhsul birbaşa  istehsalçının  əlindən alıcıya çatsa, ucuzluq olardı. "Mən məhsulu əlverişli vaxtlaradək saxlaya bilsəydim,  özüm Bakı ya Gəncə bazarlarına aparıb, məsələn, 60 qəpikdən satardım. Mənim gəlirim çox olardı, alıcıya da kartof sərfəli qiymətlə çatardı. Təəssüf ki, imkanlarımızın məhdudluğu buna yol vermir".

Qərb bölgəsində tanınmış aqrar ekspert, elmlər doktoru Ziad Abbasov  bu il kartof bazarında müşahidə olunanları "xaotik hal" kimi dəyərləndirərək, belə vəziyyətin məsələyə qeyri-elmi yanaşmadan əmələ gəldiyini bildirir. O, ölkə üzrə son ildə istehsal olunan 900 min ton kartofun 700 min tonunun qərb zonasının payına düşdüyünə diqqət çəkərək, məhz bu bölgədə məhsulun alıcıya çatdırılması istiqamətində  tədbirlərin hazırlanmasının vacibliyinə toxunur: "Bizdə bu sahədə istehsal yüksək olsa da təəssüf ki, istehsaldan sonrakı sistem qurulmayıb. Məhz bunun nəticəsidir ki, kifayət qədər kartof istehsal olunmasına baxmayaraq, hələ ölkəyə xaricdən, misal üçün, hətta bitkilərin qen modifikasiyası məsələsində "irəli getmiş" Pakistandan da kartof gəlir. Halbuki, çox da böyük məsrəflərə getmədən fermerlərimizin  məhsulunun saxlanılması yönündə yeni üsullar tətbiq etmək mümkündür".

Uzun müddət aqrar tədqiqatlar sahəsində çalışmış, Elmi-tədqiqat Aqromexanika İnstitutuna Gəncə ərazi Kənd Təsərrüfatı İdarəsinə rəhbərlik etmiş  Z.Abbasov qeyd edir ki, kartof məhsulunun saxlanılması  üçün heç soyuducu anbarlara da ehtiyac yoxdur, onu daha sadə üsullarla əlverişli mövsümlərədək qorumaq olur. "Bu zonanın dağətəyi iqliminə uyğun olaraq, məhsulun saxlanılması üçün yerüstü anbar tipli qurğuların layihəsini işləmişik   Daşkəsən rayonunda bu cür üsulun tətbiqi üçün müraciət etmişik"- deyə o, vurğulayır.

Əlbəttə, məhz saxlama imkanlarının məhdud olması işbazlara fermerin məhsulunun ətrafında müxtəlif spekulyasiyalar üçün əlverişli manevrlər yarada bilir.

Beləliklə, qida rasionumuzun  əsas hissəsini təşkil edən kartofun başına gələn əhvalatlar bir qədər aydınlaşır: Məhsulu uçuz vaxtı fermerin əlindən çıxararaq, qışda yüksək qiymətə təklif etmək. Bu isə açıq desək iqtisadi terminlə ifadə etsək, inhisarçılıq təzahürləridir. İşbaz pullu dairələrin maliyyə texniki imkanları geniş olduğundan onlar hətta kommersiya riskinə belə baxmadan artıq kartof bazarında da öz izlərini qoymağa başlayıblar.

Zakir MURADOV,

Gəncə Media Mərkəzi

 





10.04.2014    çap et  çap et