525.Az

Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir


 

Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir<b style="color:red"></b>

Tənbəllik etməyib, təqvimi bir neçə il əvvələ vərəqləyək. Yəqin ki, çoxlarının göz önünə yenicə zəncirləri qıraraq, azad nəfəs alan Azərbaycan vətəndaşının maddi vəziyyəti, sosial durumu gələcək. Yaşlısı, ahılı, əlili, bir sözlə, hamı bir tikə çörəyin boyunduruğunu boğazına keçirib harada gəldi axtarır. Bəlkə o günləri görənlərə vaxtsa qayğıları unudacaqları, dövlətin ona verdikləri güzəştlər, onlar üçün yaradılan lüks şərait yuxu kimi görünərdi. Amma yuxular da hərdən çin olur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə maddi durumu ağır olanların yuxuları gerçəkləşdi. Boş yerə deməyiblər hər bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi rifah halı ilə qiymətləndirilir. Məhz bu səbəbdən Heydər Əliyev öz siyasətini məhz bu notlar üzərində qurdu. Onun qurduğu bu zənciri 2003- ildən etibarən Prezident İlham Əliyev bərkidərək əlilliyi olan insanlara, həmçinin şəhid ailələrinə göstərilən diqqət qayğı yüksək səviyyəyə qaldırdı. Əlilliyi olan şəxslərin maddi təminatının daim gücləndirilməsi, onlara verilən müavinətlərin, həmçinin əmək pensiyalarının məbləğinin hər il artırılması onlara bir daha dövlətin qayğısını əyani sübut etdirdi. 

Hər dəfə çıxışlarında ölkənin daxili siyasətində vətəndaşların sosial siyasətinin prioritet sahələrdən olduğunu deyən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev hələ ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993- ildən aztəminatlı insanlar, Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkün işsizlərin həmişə diqqət mərkəzində saxlanıldığını bu günə kimi aztəminatlı vətəndaşların güzəranını yaxşılaşdırmaq üçün 150-dən çox fərman sərəncamın imzalandığını, 40-dan çox qanunun qəbul olunduğunu, 50- yaxın qanuna əlavə dəyişikliklər edildiyini deyir.

"2001-ci ildə Azərbaycan SSRİ dönəmindən qalmış sosial müdafiənin həmrəyliyi prinsipindən imtina etdi ünvanlılıq prinsipinə keçdi. Sosial yardım ümumi şəkildə hamıya deyil, ünvanlı şəkildə verilməyə başladı. Vaxt var idi ehtiyacı olan da, olmayan da enerji, nəqliyyat digər xidmət sahələrindəki güzəştlərdən istifadə edirdi. Belə olan halda sui-istifadə halları baş alıb gedirdi. Məhz bu səbəbdən sosial müdafiə ünvanlılıq prinsipinə keçdi. Konkret olaraq hüququ çatan insanlara pul kompensasiya şəklində ödənilməsi həyata keçirildi. Bundan başqa qanundan irəli gələn dövlət proqramı qəbul olundu. Həmin proqramın icrası nəticəsində xüsusən Qarabağ müharibəsi əlillərinin şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması, sosial tibbi göstərişi olan Qarabağ əlillərinə minik avtomobillərin verilməsi, pulsuz  olaraq protezlərin verilməsi, bütün reabilitasiya vasitələrinin ardıcıl şəkildə dövlət vəsaiti hesabına təmin olunması, müalicə bərpasının pulsuz şəkildə həyata keçirilməsi, o cümlədən respublikadan kənarda həyata keçirilməsinin təmin olunması, əlillər üçün demək olar ki, ölkənin bütün regionlarında bərpa mərkəzlərinin, protezləşmə mərkəzlərinin tikilməsi həyata keçirilib. Naftalanda əlillər üçün ixtisaslaşmış sanatoriya tikilib. Yəni bu qəbildən olan işləri dayanmadan saymaq olar".

Deputatın sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailə üzvləri Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər davam etdirilir. İllər əvvələ nəzər salsaq görərik ki, bu sahədə xeyli işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə yaxın əlil şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. 1997-ci illə müqayisədə əlil şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, 1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda, 2013- ildə bu rəqəm 715 olub. Qarabağ Böyük Vətən müharibəsində can qoymuş vətəndaşlar da dövlətin diqqətindən kənarda qalmayıb. Bu günə kimi 3 906 nəfər bu təbəqədən olan vətəndaş minik avtomobili ilə təmin edilib. İlk vaxtlar əlil vətəndaşlara "OKA" markalı minik avtomobili verilirdisə, sonralar ölkənin inkişaf dinamikasına uyğun olaraq, bu maşınları keyfiyyəti rahatlığı ilə daha üstün olan "Slavuta" markalı, son illərdə isə NAZ-Lifan markalı avtomobillər əvəz etdi. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ildə 95 nəfər Qarabağ müharibəsi müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlillini sevindirərək onlara minik avtomobilləri təqdim etdi. Nazirlik tərəfindən 100 nəfər müharibə əlilinə "Naz - Lifan" markalı minik avtomobillərinin açar sənədləri təqdim olundu. Azərbaycan Prezidentinin 23 dekabr 2013- il tarixli Sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlillərinin cari ildə avtomobillə tam təminatı həyata keçiriləcək.

Bütün bunlara son 10 il ərzində nail olunub. Ona görə , 2003-2013- illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. Bu müddətdə ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Ötən beş il ərzində orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. "Qızıl onilliyin" sosial siyasət tədbirlərdən ən mühümü pensiyaların baza hissəsinin artırılması oldu. Belə ki, pensiyaların baza hissəsi 100 manata çatdırıldı, əmək pensiyalarının baza hissəsi təxminən 17,6 faiz artırıldı. 2013- ildə sosial müavinətlərlə yanaşı şəhid ailələrinə, milli qəhrəmanlara verilən müavinətlər əhəmiyyətli dərəcədə artdı. Ötən il sosial müavinətlərin artımı 400 mindən çox şəxsi, o cümlədən 540 min nəfər məcburi köçkünü əhatə edib. Ümumilikdə isə 940-950 min nəfər sosial müavinətlərin artırılmasından bəhrələnib. Söz yox ki, bu qərar aztəminatlı ailələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi deməkdir. Boş yerə deməyiblər ki, güclü dövlətin arxasında maddi təminatı güclü vətəndaş dayanır. Odur ki, məqsədyönlü işlər nəticəsində 2014- ilin ilk iki ayında 2013- ilin müvafiq dövrü ilə müqayisədə ünvanlı yardım təyin olunmuş ailələrin sayı 10,9 faiz azalıb. Son statistikaya görə, bu ilin fevralın 1-i tarixinə respublikada 135 min ailəyə ünvanlı dövlət sosial yardım ödənilir. Təbii ki, bu göstərici əhalinin sosial durumunun yaxşılaşdığına bir işarədir. 

Millət vəkili Musa Quliyev deyir ki, şəhər infrastrukturunun yaxşılaşdırılması, xüsusən əlil arabasında olan əlillərə şəhər infrastrukturunun müəssər olması artıq bir siyasət halını alıb.

"Demək olar ki, bütün yol keçidlərində əlil arabalarının hərəkəti üçün yerlər qoyulub. Bütün bunlar dövlət siyasətinin həyata keçirilməsinin tərkib hissəsidir. Eyni zamanda onların təhsil alması işləməsi üçün əngəllər aradan qaldırılıb. Artıq onlar istənilən ali məktəbə əlil arabasında gedib-gələ bilərlər. Görmə problemi olanların brayıl əlifbasının geniş gəkildə istifadə olunması, ölkədə kompyuter proqramlarının tətbiqi, eşitmə qabiliyyətini itirmiş insanlara müxtəlif eşitmə aparatlarının gətirilməsi onlara pulsuz paylanılması bu kimi tədbirlərin hamısı onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir".

Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdü ayrılıb. Azərbaycan Respublikası Prezidentinin müxtəlif  fərman sərəncamlarına əsasən, 34 961 nəfərə prezident təqaüdləri təyin olunub. Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə şəhid ailələrinə verilən prezident təqaüdlərinin orta məbləği 60,5 %, müharibə əlillərinə verilən prezident təqaüdlərinin orta məbləği 10 %, prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb. Əlillərə ödənilən pensiya müavinətlərin məbləği hər il olduğu kimi bu ilin martın 17- prezident növbəti fərmanı ilə artırıldı.  Beləliklə, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün həcmi aprel ayının 1-dən artırılıb. Yeni fərmana əsasən, sözügedən müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib. Müsbət irəliləyişlərə baxmayaraq təbii ki, sosial sahədə durğunluğa yol verilmir, daha da şəffaflığa can atılır.

Keçirdiyi hər toplantıda, tədbirdə əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial sahədə islahatlar aparacağını, şəffaflığın təmin olunacağını dəfələrlə bildirib. Onun nazir təyin olunmasından az müddət keçməsinə baxmayaraq sosial sahədə aparılan işlər atrıq öz nəticəsini verməkdədir.

Əhaliyə xidmət səviyyəsinin yaxşılaşdırılması şəffaflığın təmin olunması istiqimətində aparılan işlərin müsbət nəticəsi kimi, müvafiq dövrdə Dövlət Sosial Təminat Xidmətinə "142-Qaynar xətt" vasitəsilə 1728 vətəndaş müraciəti olub ki, bu da əvvəlki dövrlə müqayisədə 438 müraciət azdır. Əlil şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil avtomobil alanların, eyni zamanda mənzil avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.

Millət vəkili Musa Quliyev hazırda Əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun islahatçı müasir texnologiyaları bilən bir insan kimi Sosial Müdafiə Fonduna rəhbərliyi müddətində gördüyü fəaliyyətin həm Azərbaycan ictimaiyyətinin, həm siyasətçilərin gözü qarşısında olduğunu deyir. 

"Bu yaxınlarda onunla bir söhbətimiz oldu. Çox böyük planları var. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi onların reabilitasiyası ilə bağlı yeni dövlət proqramının qəbul olunması gözlənilir. Əlillərin tibbi sosial ekspertizasının beynəlxalq standartlara keçirilməsi bu sahədə neqativ halların aradan qaldırılması üçün işlər görülür. Elektron hökumətin o sahədə fəaliyyətinin genişləndirilməsi, ünvanlı sosial yardımın yeni texnologiyalarla təyini, aztəminatlı insanların özünədəstək proqramlarının həyata keçirilməsi, məşğulluq siyasəti, əmək şəraitinin yaxşılaşdırılması Əmək Müfəttişliyinin işinin elektronlaşması ilə bağlı müasir tələblərlə cavab verən tədbirlər düşünülür. Yaxın vaxtlarda biz bunların şahidi olacağıq".

Gültəkin ƏLƏSGƏR

Yazı "Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün" verilir.

 





10.04.2014    çap et  çap et