525.Az

Saratovda İsmayıl Şıxlı təntənəsi


 

Saratovda İsmayıl Şıxlı təntənəsi<b style="color:red"></b>

Özünün unudulmaz "Dəli Kür" romanı ilə Azərbaycan ədəbiyyatında neorealizmin əsasını qoymuş böyük yazar, ssenarist, ədəbiyyatşünas, ictimai-siyasi xadim - İsmayıl Şıxlının 95 illik yubileyi nəinki Azərbaycanda, həm onun hüdudlarından kənarda qeyd olunmaqdadır.

Rusiyanın Saratov şəhərində yaşayan tanınmış azərbaycanlı alim, Saratov Dövlət Universitetinin professoru, texniki elmlər doktoru  Rəfail Qəribovun təşəbbüsü təşkilatçılığı ilə, bu şəhərdə ədibin doğum gününün 95-ci ildönümü təntənə ilə qeyd olundu.

Təntənəli gecəni professor Rəfail Qəribov açdı: "Əziz dostlar! Bu gün biz, Azərbaycan ədəbiyyatının unudulmaz simalarından olan İsmayıl Şıxlının xatirəsini yada salmağa yığışmışıq. O, bütün ömrünü öz xalqına vətəninə həsr etmişdir. İkinci Dünya müharibəsi dövründə ön cəbhələrdə döyüşmüş, Şimali Qafqazın müdafiəsində iştirak etmiş, öncə kənd məktəbində, sonralar isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda müəllim kimi çalışaraq Vətən övladlarının təhsil tərbiyəsində böyük rol oynamış, ədəbiyyatımıza misilsiz əsərlər yadigar qoymuşdur".

İsmayıl Şıxlı yaradıcılığı barədə böyük məhəbbətlə danışan Rəfail Qəribov qeyd etdi ki, dahi yazarımız dünyanı yalnız -qara rənglərdə görmürdü. Onun, ətrafdakı hər şeyi öz təbiiliyində, müxtəlif çalarlarında, rəngarəngliyində görmək qabiliyyəti vardı. "O dövrlərdə hamını hər şeyi "yaxşı"ya "pis"ə ayırırdılar. İnsanlar üçün yalnız "xeyir şər - qara" deyilən iki məfhum vardı. İsmayıl Şıxlı isə göy qurşağının bütün rənglərini təsvir edən şəxsiyyət idi".

O, İsmayıl Şıxlı yaradıcılığını, Amerikada yaşayan dahi azərbaycanlı alim, riyaziyyatçı məntiqçi Lütfü Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edərək, onlar arasında böyük bənzəyişin olmasını bildirdi.

Saratov Dövlət Universitetinin professoru Əli Hüseynov İsmayıl Şıxlının həyat yaradıcılığı haqqında çox geniş ətraflı danışdı: "İsmayıl Şıxlı əsərlərinin leytmotivi namusdur! Namus qeyrət - onun həyatının rəmzi idi. O, cəmiyyətin əxlaqi tərbiyəsi uğrunda mübarizə aparanlardan idi. 20-ci əsr Azərbaycan ədəbiyyatını İsmayıl Şıxlısız təsəvvür etmək mümkün deyil. "Dəli Kür" sıradan bir roman deyil! Ensiklopedik məlumatlarla, tərbiyəvi məqamlarla, əxlaq normaları ilə zəngin olan qüdrətli əsərdir".

Tədbiri böyük maraq dərin hörmət hissiylə izləyən Rusiya Yazarlar Birliyinin Saratov bölməsinin sədri Vladimir Quryanov ilk öncə Azərbaycana olan dərin məhəbbətindən söz açdı: "Azərbaycan - bu qonaqpərvər möhtəşəm diyar mənim dayımı, onun ailəsini bir neçə başqa qohum-əqrəbamı 1930-cu dəhşətli aclığından xilas edib, öz isti qucağını onlara açıb. İllər sonra mən öz qohumlarımı ziyarət etmək üçün Azərbaycana getdim onun gözəlliyinə, insanlarının səmimiliyinə səxavətinə heyran oldum. Məhz belə bir Vətən İsmayıl Şıxlı kimi şəxsiyyəti dünyaya gətirə bilərdi! O, öz ölkəsinin layiqli oğlu olmuşdur! Sizlər sağ olun ki, dünyasını dəyişmiş əzizlərinizi, görkəmli şəxsiyyətlərinizi, illər sonra belə, bu qədər sevgi ehtiramla anırsınız! Sizin xalqın böyüklüyü elə bundadır!"

V.Quryanov, "Dəli Kür" romanı ilə "Sakit Don" epopeyasını müqayisəli təhlil edərək, hər iki əsərin öz xalqlarının taleyini güzgü kimi əks etdirdiyini söylədi: "Sındırılmış insan taleləri, cərəyan edən zamanın özünəməxsusluqları, dövrün xüsusiyyətləri tarixi hadisələr hər iki əsərdə olduqca canlı dəqiq təsvir olunmuşdur". 

Yubiley gecəsinin xüsusi qonağı - Rusiya Avrasiya Yazarlar birliklərinin üzvü, tanınmış şairə Afaq Şıxlı nitqinə dahi yazarın qələmə aldığı "Məni itirməyin" rəvayətilə başlayaraq, "Vicdan"i ilk olaraq insan kimi dil açdıran, "Məni itirməyin, itirsəniz heç zaman tapa bilməzsiniz" - deyən dahi yazarın öz həyatını məhz bu devizlə yaşamasını, vicdan, insaf, düzgünlük mərdlik anlayışlarının onun tale yolundan qırmızı xətlə keçməsini qeyd etdi: "Həyatda elə insanlar var, "O olmasaydı, necə olardı?" - deyə özünə sual verirsən cavabında təskinlik tapırsan ki, O vardı mütləq olmalıydı! Belə insanlar  oluşlarıyla dünyanı mükəmməlliyə doğru dəyişirlər, həyatın qanunlarına kor-koranə tabe olmurlar, saf düşüncələrinin, polad iradələrinin vicdanlarının qanunları ilə yaşayırlar. Onlar dünyanın əbədilərinə, unudulmazlarına, mənəvi sığınacaqlarına çevrilirlər. Belə insanlardan idi İsmayıl Şıxlı - unudulmayanlardan, əbədiləşənlərdən! O, sözün əsl mənasında mükəmməl idi:  insan kimi, yazıçı kimi, ictimai-siyasi xadim kimi, dost müəlllim kimi, ailə başçısı kimi! Sözünü deməyi qürurunu qorumağı bacaran bir şəxsiyyət idi. İsmayıl Şıxlı hətta "Dəli Kür" romanından başqa heç yazmasaydı belə, yenə ədəbiyyat səhifələrinə öz adını qızıl hərflərlə həkk etmiş olardı.

yazıq ki, həyatlarını bütün oluşu ilə tamı-tamına insanlara bəxş edənlər, enerjilərini gizləmədən xərcləyənlər, özgə duyğularını ürəkdən hiss edib özləşdirənlər əksərən uzunömürlü olmurlar... artıq 19 ildir ki, biz bu günü onsuz qeyd edirik.  Dahi insanların doğum günləri ailə bayramı olmaqdan kənara çıxır mən biz dedikdə, onun həyatda olan dostlarını, onun doğma səmimi ünsiyyətini unuda bilməyənləri, əsərlərini sevə-sevə oxuyanları, onun mərdliyi ilə fəxr edib qürur duyanları nəzərdə tuturam".

Afaq Şıxlı çıxışının sonunda R.Qəribova, eləcə yubiley gecəsinə gələn İsmayıl Şıxlının müqəddəs ruhunu şad edən hər kəsə öz minnətdarlığını bildirdi.

Təntənəli gecəyə qatılan görkəmli şair, ədibin yaxın dostlarından biri, Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl isə dedi: "Əgər dünyaya Azərbaycan ədəbiyyatını tanıtmaq üçün yalnız bircə nəfər yazar seçilməli olsaydı, tək İsmayıl Şıxlı yetərli olardı ki, bütün türk xalqlarının başını uca etsin! O, XX əsrin dahilərindən idi. Bəzən elə insanlar doğulurlar ki, onlar yalnız bir nəslin deyil, bütöv bir xalqın istedadını, müdrikliyini böyüklüyünü özündə cəmləşdirmiş olurlar. İsmayıl Şıxlı da belə bir şəxsiyyət idi. O, dünyaya xüsusi missiya ilə gəlmişdi - öz əsərləri vasitəsilə, növbəti nəsillərə Azərbaycan xalqının əxlaqi mədəni dəyərlərini ötürmək üçün! "Dəli Kür" romanında sanki bizim ulu xalqımızın kodu həkk olunub. Dühalar, zatən bu dünyadan getməzdən öncə, öz düşüncələrini, enerjilərini sirrlərini əsərlərində kodlaşdırırlar".

Gecədə şair Saday Şəkərli, Aydın Əvəzov, Bəhram Nəsibov, Rasim İsayev, Əvəz İbrahimov, Ramilə Samir Qəribovlar, Rasim Rəhimov, Şəmşir Şiriyev digər qonaqlar da İsmayıl Şıxlı yaradıcılığı barədə ürək sözlərini söylədilər.

Tədbirin sonunda qonaqlar "Dəli Kür" filminə baxdılar, xatirə şəkilləri çəkdirdilər.

Nilufər A.ŞIXLI

RİA "Novosti"nin redaktoru,
Moskva

 





10.04.2014    çap et  çap et