525.Az

Məşhur yunanıstanlı rejissor Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq


 

Məşhur yunanıstanlı rejissor Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq<b style="color:red"></b>

Bu günlərdə məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.

Avropanın aparıcı rejissorlarından sayılan Teodoros Terzopulosla teatr arasında əldə olunan razılığa əsasən cari ilin sonlarında Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun "Antiqona" faciəsini tamaşaya hazırlayacaq. Bu gün dünya teatr məkanında birmənalı şəkildə qəbul olunan, Avropa ölkələrinin teatrları tərəfindən ard-arda dəvətlər alan  rejissorun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması faktı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasının son illər ərzində əldə olunan yüksək inkişaf səviyyəsinin göstəricisidir.

T.Terzopulosun bu səfərində ilin sonlarında hazırlanması nəzərdə tutulan "Antiqona" tamaşasının detalları müzakirə olunub. Rejissor iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopulosun Bakıya daha bir səfəri gözlənilir. Növbəti səfərdə rejissor "Antiqona" tamaşası üçün kastinq həyata keçirmək, eləcə seminarlar ustad dərsləri təşkil etmək fikrindədir.

T.Terzopulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində anadan olub. Teatr təhsilini Yunanıstanda Almaniyada alıb. Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983- illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub. 

1993- ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb Delf festivalını təşkil edib.1990-cu ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb bu instututa rəhbərlik edib. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. "Vakxanqlar" Madriddə Malaqada keçirilən festivalda, "Farslar" Karakasda, Monpelyedə Barselonada Lissabonda ən yaxşı tamaşa mükafatına layiq görülüb. Rusiyada Alla Demidova ilə hazırladığı "Medeya", "Kvartet", "Hamlet - dərs" tamaşaları ilə məşhurdur. Yaradıcılığında daha çox klassik mətnlərlə - xüsusən antik yunan dramaturgiyasının nümunələri ilə işləməyə üstünlük verir. Sofokl, Evripid, Esxil, antik yunan dramaturqları ilə yanaşı, B.Brext, S.Bekket, H.Müller, R.Fassbinder, F.Q.Lorka, B.Pasternak, A.Stridberq, E.Arendt kimi müəlliflərin əsərlərinə quruluş verib. Sonuncu işi Rusiyanın Aleksandrinski teatrında S.Bekketin pyesi əsasında hazırladığı "Oyunun sonu" tamaşasıdır. Hazırda T.Terzopulos Avropa teatrında antik faciə mözusu üzrə ən yaxşı mütəxəssis hesab olunur.

Gündüz ƏLİYEV

 





10.04.2014    çap et  çap et