525.Az

Azərbaycanda televiziya bağlanıb


 

Azərbaycanda televiziya bağlanıb<b style="color:red"></b>

“Yurd” TV İnternet televiziyası fəaliyyətini dayandırıb.

APA-nın verdiyi məlumata görə, bu barədə qərar dünən axşam saatlarında qəbul edilib.
 
Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.
 
Qeyd edək ki, “Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.

 





11.04.2014    çap et  çap et