525.Az

Türkiyədə telefonların qanunsuz dinlənilməsi ilə bağlı 150 məmur işdən qovulub


 

Türkiyədə telefonların qanunsuz dinlənilməsi ilə bağlı 150 məmur işdən qovulub<b style="color:red"></b> Telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı müxtəlif dövlət strukturlarından 150 məmur qovulub. Bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla bildirib.

Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, hazırda qanunsuz dinləmələrin təşkilatçılarının aşkar edilməsi üçün tədbirlər görülür.
Fevralın 25-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın, eləcə də Baş nazirin ailə üzvlərinin telefon danışığı dinlənilib.
 





11.04.2014    çap et  çap et