525.Az

Türkiyədə terror hadisəsi- 28 yaralı


 

Türkiyədə terror hadisəsi- 28 yaralı<b style="color:red"></b>

İrandan Türkiyəyə təbii qaz daşıyan boru xəttinin Ağrı-Ərzurum hissəsinə Bakı vaxtı ilə 00:30 radələrində separatçı terror təşkilatı PKK tərəfindən hücum olub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş verən partlayış nəticəsində ərazidən keçən hərbi avromobilin 28 əsgəri yaralanıb, ölən olmayıb. Yaralılara xəstəxanada ilkin yardım göstərilib. Dərhal edilən müdaxilə nəticəsində yanğının alovlanmasının qarşısı almaq mümkün olub. Terroristlərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik qüvvələri işə cəlb olunub.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et