525.Az

ARDNŞ: TANAP-la bağlı heç bir gecikmə yoxdur


 

ARDNŞ: TANAP-la bağlı heç bir gecikmə yoxdur<b style="color:red"></b>

Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri layihəsi ilə bağlı (TANAP) heç bir gecikmə yoxdur.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
 
Qeyd edək ki, Türkiyənin “Doğal Gaz İletim A.Ş.” şirkətinin baş icraçı direktoru Saltuk Düzyol Ankarada təşkil edilmiş enerji konfransında verdiyi açıqlamada “Şahdəniz” qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya daşıyacaq TANAP kəmərinin tikintisinin Türkiyə ilə yaranmış anlaşılmazlıqlar üzündən təxirə salındığını deyib.
 
Onun sözlərinə görə, TANAP-ın inşasına 2015-ci ildə başlanacaq.
 
N. Quliyev isə bildirib ki, Azərbaycanla Türkiyə arasında TANAP layihəsinin icrası ilə bağlı heç bir anlaşılmazlıq yoxdur: “Heç bir gecikmə yoxdur. Boru kəməri layihəsi üzrə işlər qrafikə tam uyğun aparılır”.

 





11.04.2014    çap et  çap et