525.Az

“Təhsil” Nəşriyyat Evinin kitab mağazasında qələbəlik (Fotolar)


 

VAQİF BƏHMƏNLİNİN VƏ RƏŞAD MƏCİDİN YENİ KİTABLARI ÜÇÜN İMZA GÜNÜ KEÇİRİLİB

“Təhsil” Nəşriyyat Evinin kitab mağazasında qələbəlik<b style="color:red"> (Fotolar)</b>

Bu gün Azərbaycan Naşirlər Poliqrafçılar BirliyiTəhsilNəşriyyat Evinin kitab mağazasında şair Vaqif BəhmənlininHamıİşartıkitablarının,  şair-publisist Rəşad Məcidin isəDəlicəsinəkitabının İmza günü təşkil edib. Tanınmış yazarların, ziyalıların, oxucuların iştirak etdikləri mərasimdə qonaqlar müəlliflərin kitablarını avtoqrafla alıb, onlara həmsöhbət olmaq imkanı qazanıblar. 

Azərbaycan Naşirlər Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov tədbiri açaraq kitabların insan həyatındakı rolundan bəhs edib. Azərbaycan ədəbiyyatında xüsusi yeri rolu olan hər iki müəllifə uğurlar arzulayıb,  kitabı əlahiddə qüvvə adlandırıraq  bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurgulayıb: “Kitabin əvvəlki hörmətini özünə qaytarmaq lazımdı. Həyatımızın, mənəviyyatımızın durulmasında, inkişafında kitabın rolu əvəzsizdir. Mən bu İmza gününü bayram sayıram, kitabsevərləri bu gün münasibəti ilə təbrik edirəm”.

V. Bəhmənli bu qəbildən olan tədbirlərin oxucularla müəllif arasında əlaqə baxımından əhəmiyyətini önə çəkib. Yaradıcılığının bu səviyyəyə gəlib çatmasında əməyi olan insanlara minnətdarlığını bildirən müəllif  bu yöndə Sabir Rüstəmxanlının adını xüsusilə qeyd edib. V.Bəhmənli yazarların bir-birlərinə dəstəyinin əhəmiyyətindən söz açaraq, dostluq xatirələrini bölüşüb. Tədbirdə iştirak edən yazarları özünə doğma insanlar saydığını dilə gətirən V.Bəhmənli həmkarı dostu Rəşad Məcidin yeni işıq üzü görənDəlicəsinəkitabı haqqında da təəssüratlarını bölüşüb.

Rəşad Məcid qonaqları salamlayaraq İmza günlərinin əsas mahiyyətinin oxuculara kitab almaq vərdişi aşılamaq oldugunu deyib: “Son vaxtlar yazarlar öz kitablarını oxuculara təqdim etməklə bu missiyanın öhdəsindən gəlməyə çalışırlar. Kitabı hədiyyə etmək bəzən onu dəyərdən salır. Pul verib alınan kitab da, o imza da oxucuya əziz olur”. R. Məcid kitabın təbliği işində, başda Bəhruz Axundov olmaqla, Naşirlər Birliyinin, “Təhsil digər nəşriyyat evlərinin əvəzsiz rolunu qeyd edib.

Xalq şairi Sabir Rüstəmxanlı müstəqillik dövründə çox sayda bədii kitabların nəşr edildiyini, keyfiyyəti ilə xarici kitablardan fərqlənmədiyini məmnunluqla vurğulayıb. Vaqif Bəhmənlinin yaradıcılığından söz açan S.Rüstəmxanlı onusözün ruhunu qoruyub saxlayan şairkimi səciyyələndirib. S.Rüstəmxanlı Rəşad Məcidin yaradıçılığında obyektivliyi, səmimiyyəti qoruyub saxladığını bildirib: “Vaqif Bəhmənli ədəbiyyatda böyük hadisəyə çevrilib, Rəşad Məcid isə ədəbiyyatımızın həm qurucusu, həm təbliğatcısıdır”. S.Rüstəmxanlı belə kitabların üzə çıxarılmasında təqdimatındaTəhsilnəşriyyatının mühüm rolunu diqqətə çatdırıb. 

İmza günündə çıxış edən Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, yazıçı, millət vəkili Hüseynbala Mirələmov həm mətbuatımızda, həm ədəbiyyatımızda “525-ci qəzetin önəmli rol oynamasından bəhs ediblər.

Sonda müəlliflər oxucular üçün kitablarını imzalayıblar.

Məhəbbət HACIYEVA
Firəngiz AĞALAR

 





11.04.2014    çap et  çap et