525.Az

"Milli ideologiya probleminə fəlsəfi baxış" kitabının II hissəsi nəşr edilib


 

"Milli ideologiya probleminə fəlsəfi baxış" kitabının II hissəsi nəşr edilib<b style="color:red"></b>

Bu günlərdə fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun "Milli ideologiya probleminə fəlsəfi baxış" kitabının II hissəsi nəşr edilib. Müəllif monoqrafiyanın II hissəsində ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-türk mədəniyyəti ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti ideologiyası: qərbpərəstlik, avropasayağı "mollanəsrəddinçilik", milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirib.  Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan milli ideyası Azərbaycan milli ideologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Nəşrdə xüsusilə milli ideyaların çağdaş dövrdə dərəcədə aktuallığı məsələsi araşdırılaraq, yeni fikirlər irəli sürülüb. Həmçinin kitabda milli şüur məsələsi, milli şüurun dini dəyərlər, habelə vətəndaş cəmiyyəti ilə oxşar fərqli cəhətləri ilk dəfə olaraq tədqiqata cəlb olunub.

Kitabda ilk dəfə olaraq müasirləşmək ideyası da fərqli yöndən şərh edilərək onun milli ideologiyadakı yeri rolu dəyərləndirilib. Monoqrafiyada Azərbaycan milli ideologiyasının mahiyyətini açmaq üçün təkamül prinsipinə əməl edilməsini bu zaman baş verən siyasi-ideoloji olayların dəyərləndirilməsi ilə yanaşı, Azərbaycan milli ideyası yaranana qədər mövcud olan o yarandıqdan sonra da öz əhəmiyyətini itirməyən milli ideyalar ciddi şəkildə araşdırılıb. Kitabda azərbaycançılığın yaranmasında müstəsna rol oynayan türkçülük cərəyanının necə meydana çıxması onun hansı mərhələlərdən keçməsi geniş şəkildə tədqiq edilib. 

Monoqrafiyada Azərbaycan milli ideologiyasının mahiyyətini aydınlaşdırmaqdan ötrü milli ideologiya anlayışı ilə yanaşı, milli ideyanın nədən olması araşdırılıb. Kitabda həmçinin azərbaycançılığın mahiyyəti, onun yaranması, formalaşması inkişafı mərhələlərinə fəlsəfə tarixi baxımından da toxunulub. 

AMEA-nın Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun Elmi Şurasında monoqrafiyanın müzakirəsi zamanı Faiq Ələkbərov bu kitabla bağlı fikirlərini paylaşıb. O, bu kitabı özü üçün, institutun Elmi Şurasının qərarı ilə çap olunması üçün yazmadığını bildirib: "Mən öz mövqeyimi cəmiyyətə təqdim etmək üçün yazıram. Mən burada yazdığım hər bir cümlənin məsuliyyətini daşıyıram. Hesab edirəm ki, XX əsrin əvvəllərində, yəni Cümhuriyyətə qədər, Cümhuriyyət dövründə Cümhuriyyətdən təxminən 10 il sonraya qədər, vaxtilə XIX əsrin əvvəllərində parçalanmış Azərbaycanda yeni bir şüur formalaşdı. Bu şüurun təməl daşında türkçülük dayanır. Burda türkçülük dedikdə söhbət yalnız genetik soydan getmir. Mən burada da türkçülükdən danışanda, təkcə mən yox, rəhmətlik Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu türkçülüyü qanla, soyla bağlamayıblar, şüurla bağlayıblar. Türkləşmək, islamlaşmaq dedikdə, şüur məsələsini nəzərdə tutublar. Sovet dövründə bizim şüurumuza yeridiblər ki, türkləşmək, islamlaşmaq dedikdə, guya azsaylı etnosları türkləşdirmək nəzərdə tutulub. Elə bir şey yoxdur. Onların dövründə belə şeylər olmayıb. Nəyi demək istəyirəm? Axı indi yanlış anlaşılır ki, guya mən azərbaycanlılığın əleyhinəyəm. Qətiyyən. Azərbaycanlılıq əsasən türk olan, ancaq digər etnikləri özündə birləşdirən etniklərə heç bir ayrımçılıq etməyən, yəni siyasətdə, dövlət qulluğunda etməyən bir şüurdur. Türklüyü vaxtilə kürd qəbul edirdi. O mənada qəbul etmirdi ki, bununla da türk olurdu. Sadəcə, dövlətin, əhalinin aparıcı etnosu olması bir faktdır, reallıqdır. Üçrəngli Azərbaycan bayrağının birinci rənginin mavi olması hamını türk etmək deyil. Sadəcə, bu bölgədə yaşayan insanları vahid dövlət halında birləşdirməkdir. Mən belə işləmişəm. Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni o cür qəbul edirəm. Ancaq mən hesab edirəm ki, Sovet dövründə, xüsusilə 1930-cu illərdən sonra o birləşdirici amillər tamam başqa yerə, əks istiqamətə yozuldu. Xüsusilə, milli aydınlarımızı, bizim düşünən beyinlərimizi məhv etdikdən sonra bu baş verdi. Təkcə cismi yox, mənəvi cəhətdən o aydınlarımızı ya məhv etdilər, ya da fikirlərini dəyişdirməyə məcbur etdilər. Ondan sonra türkləşməyə, islamlaşmağa Sovet-rus ideoloqlarının baxışları ilə yanaşılmağa başlandı. İslamlaşmaq olmaz, türkləşmək hamını məhv etməkdir, mürtəcedir - panislamizmdir, pantürkizmdir". Müəllif Azərbaycan dövlətinin türklük üzərində qurulduğunu deyərək, Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə türk əsri olması ilə bağlı fikirlərini bildirib.  

Qeyd edək ki, monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya digər elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin - bakalavrların, magistrlərin, doktorantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulub.

AQİL

 





12.04.2014    çap et  çap et