525.Az

Aleks yenidən 20 nömrəli formanı geyəcək (VİDEO)


 

Aleks yenidən 20 nömrəli formanı geyəcək<b style="color:red"> (VİDEO)</b>

"Fənərbaxça"nı tərk edən Aleks De Souza yeni klubunda imzalama mərasimi keçirərək minlərlə fanatı tərəfindən böyük sevgi ilə qarşılanıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aleksin Braziliya "Koritiba"sında geyəcəyi formanın nömrəsi isə onun Türkiyə klubunda ilk dəfə geydiyi formanın nömrəsidir.

20 nömrəli forması ilə yeni klubunda meydana çıxacaq Aleks onu sevənlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Helikopterlə "Koritiba"nın meydanına enən futbolçunu ilk olaraq klubun prezidenti Vilson Ribeiro qarşılayıb. Aleks qələbə üçün lazım gələn hər şeyi edəcəyini söyləyib.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et