525.Az

Cəfər Cabbarlı 115 illiyində yad edilib


 

Cəfər Cabbarlı 115 illiyində yad edilib<b style="color:red"></b>

M.S.Ordubadinin ev-muzeyində görkəmli yazıçı-dramaturq, teatr, kino xadimi, tərcüməçi rejissor Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesindəki C.Cabbarlı guşəsinə baxıblar. Muzeyin direktoru Lalə Abaszadə C.Cabbarlının görkəmli yazıçı-dramaturq, teatr kino xadimi, tərcüməçi, şair, jurnalist kimi xidmətlərindən danışıb. Filologiya üzrə elmlər doktorları - C.Cabbarlı irsinin tədqiqatçısı Asif Rüstəmli, professor Himalay Qasımov başqaları XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın həm jurnalistlik tərcüməçilik fəaliyyətindən söhbət açılıb. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirib ki, erməni-müsəlman qırğınını, neft milyonlar şəhəri olan Bakının keşməkeşli həyatını əsərlərində böyük ustalıqla əks etdirmiş C.Cabbarlı ilk dəfə olaraq azərbaycanlı qızı İzzət Orucovanı kino ekranına teatr səhnəsinə gətirməyə nail olub: "Ədib tərcüməçi kimi eyni fədakarlıqla Azərbaycan səhnəsində Şekspirin "Otello"sunu, Şillerin "Qaçaqlar"ını digər xarici ölkələrin yazıçılarının əsərlərini azərbaycanlı teatrsevərlərə tanıdıb".

Tədbirdə böyük ədibin poeziyasından nümunələr şeirlərinə yazılmış mahnılar səsləndirilib. Sonda dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





12.04.2014    çap et  çap et