525.Az

Yazıçılar Birliyində “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyi qeyd edilib


 

Yazıçılar Birliyində “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyi qeyd edilib<b style="color:red"></b>

Yazıçılar Birliyinin “Natəvan” klubunda “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının 10 illiyinə həsr edilmiş tədbir keçirilib. Yubiley tədbirinin aparıcısı, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira AxundovaLuçassosiasiyasının strukturu fəaliyyəti barədə qısa məlumat verib: “Bu ictimai təşkilatın yaradılmasının təşəbbüsçülərindən biri Azərbaycan Rus İcmasıdır.

Mövcud olduğu 10 il ərzindəLuçAzərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası respublikanın yaradıcı insanlarınıBakı universitetlərinin rus dili ədəbiyyatı kafedralarında çalışan ədəbiyyatşünas dilçiləri, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan insanları sıx birləşdirmək, Azərbaycanda rus dilini qoruyub saxlamaq inkişaf etdirmək istiqamətində böyük səmərəli aparıb. Assosiasiyanın fəaliyyəti çoxşaxəlidir. O, Azərbaycan Yazıçılar Birliyi Rossotrudniçestvoagentliyi ilə sıx əlaqə saxlayır, Rusiya ilə Azərbaycan arasında ədəbi əlaqələri inkişaf etdirir, rusdilli yazıçıları ölkəmizdə rus dilinin inkişafını dəstəkləyir”.

Assosiasiyanın katibi Marina Mürsəlova 10 il ərzində Assosiasiyada görülmüş haqqında məruzə ilə çıxış edib: “ “LuçAssosiasiyası müntəzəm olaraq dünya, Azərbaycan rus ədəbiyyatının korifeylərinin yubileylərinə həsr edilmiş tədbirlər, rus dili ədəbiyyatı üzrə ustad dərsləri, beynəlxalq ədəbi müsabiqələr keçirir. Assosiasiya indiyə qədər 30 nəsr, poeziya publisistika antologiyası nəşr etmişdir. Onlardan biri rusiyalı, ikisi gürcüstanlı müəlliflərlə şərikli tərtib olunub. Assosiasiya üzvlərinin qüvvəsi ilə professor Həsən Quliyevin kitabları ssenariləri əsasında dörd sənədli film çəkilib: “Əsəd bəy”, “Qarabağ: şahidin dedikləri”, “Əsəd bəyin (Qurban Səidin) həyat yaradıcılığı”, “Taleyin hökmü”.

 Assosiasiyanın öz internet saytı vardır www.luch-az.com. Hazırda assosiasiyanın Azərbaycanda 50 üzvü, xarici ölkələrdə daha 50 üzvü var. Yubiley tədbirinin təntənəli hissəsində Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail ZabelinLuçAssosiasiyasının sədri, professor Həsən Quliyevə Fyodor Dostoyevski medalı, Xalq yazıçısı Çingiz Abdullayevə yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovaya Lev Tolstoy medalı təqdim edib”. SonraLuçassosiasiyasının üzvlərinə fəxri fərmanlar, assosiasiyanın layihələrinin həyata keçirilməsinə kömək dəstək göstərmiş şəxslərəRusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinə, “Rossotrudniçestvoagentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisova, Rus İcması sədrinin müavini Boris Voroninə, Gəncədə regionda Rus İcmasının sədri Valeri Kozinə, “İnterfaks-Azərbaycaninformasiya agentliyinin baş direktoru Aleksandr İvanova, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Eldar İsmayılova təşəkkürnamələr təqdim edilib.  Tədbir çərçivəsindəƏn yaxşı hekayəbeynəlxalq müsabiqəsinin yekunlarına əsasən buraxılmış 30-cu hekayələr məcmuəsinin təqdimatı da keçirilib. Bu məcmuədən seçilmiş üç ən yaxşı hekayə Yazıçılar Birliyi ilə razılaşdırılmaqla bu ilin sonuna qədərLiteraturnıy Azerbaydjanjurnalında dərc ediləcək. “Zemlya yedinaadlanan nəsr, publisistika poeziya antologiyasına 8 ölkədən 98 müəllifin ən yaxşı əsərləri daxil edilib.  Müsabiqənin yekunlarına əsasən birinci yeriYuzik əmisinin qoltuq ağaclarını necə yedihekayəsinin müəllifi Enar Hacıyev (Azərbaycan), ikinci yeriEynilə atasına oxşayırhekayəsinin müəllifi Şirməmməd Nəzərli (Azərbaycan), üçüncü yeriQaçqın pelmenihekayəsinin müəllifi Boris Qrebelnikov (Ukrayna) tutub.

S.ABDULLAYEVA

 





12.04.2014    çap et  çap et