525.Az

Məktəbdə partlayış -yaralılar var (YENİLƏNİB)


 

Məktəbdə partlayış<b style="color:red"> -yaralılar var (YENİLƏNİB)</b>

Bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində gərginlik yaranıb. Bu barədə Trend-ə orta məktəbdən məlumat verib.

Bildirilib ki, nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, həmin məktəbdə şagirdlərdən birinin əlində qazla işləyən əşya partlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, məktəbdə 14 yaşlı iki şagird naməlum qazla zəhərlənib və onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideynə və şagirdə ilkin tibbi yardım göstərilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib ki, şöbəyə iki məktəbli qız zəhərlənmə diaqnozu ilə qəbul edilib. Xəstələrin vəziyyəti orta-ağırdır, zəhərlənmə ciddi deyil.
Zəhərlənmənin səbəbi araşdırılır. Hadisənin daha çox kimyəvi maddədən baş verdiyi ehtimal edilir.

12:04
Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə faktı təsdiqlənib. İdarədən verilən məlumata görə, hadisə yerinə polis nəfərləri cəlb olunub. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

***.11.32

Bu gün saat 11:00 radələrində Bakının Nizami rayonunda yerləşən orta məktəbdə partlayış olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, partlayış Çobanzadə 45 ünvanında yerləşən 109 saylı orta məktəbdə olub.

İlkin məlumata görə, yaralılar var. Deyilənlərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerinə 7 həkim briqadası göndərilib.

 





19.10.2012    çap et  çap et