525.Az

Axtardığımız həqiqətdirsə...


 

Axtardığımız həqiqətdirsə...<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının sədri

Əslində, Mətbuat Şurasının sədri kimi haqqında bəhs etdiyim mətləbdən söz açmaq çox çətindir. qədər olmasa, jurnalistikamızı, bir növ, qınağa çəkirmiş kimi görünəcəm. Digər tərəfdən, mövcud sahədəki vəziyyətə görə məsuliyyət daşıyanlardanam. Elə məsuliyyətimi dərk edərək yazmaq, düşüncələrimi bölüşmək istədim. Təbii, deyəcəklərim, açıqlanmasını vacib bildiklərim var bu məqamlara baxışım həm vətəndaş mövqeyimi bildirmək niyyətimə əsaslanır. Xahiş edirəm, söyləyəcəklərimi səmimi qarşılayın.

Medianın hansısa hadisəyə reaksiyasının çəkisi həmin olayın ictimailik dərəcəsindən asılıdır. Hər bir həqiqi qələm sahibinin belə düşündüyünə şübhəm yoxdur. Bununla bağlı bir sıra xüsusiyyətlərdən söz açmaq mümkündür. Ancaq loru deyim, jurnalist üçün itin insanı deyil, insanın iti qapması hadisədir. Təəssüf ki, son zamanlar mediamız təkcə canlı varlıqları yox, dəyərləri prinsipləri bir-birindən ayırmaqda çətinlik çəkir.

Hər cür digər amilləri kənara qoyub deməliyəm ki, əksər hallarda çətinliyi yaradan özümüzük. Bizdən asılı olan çox şeylər var. Söz ifadə azadlıqlarının geniş ümman tapdığı hazırkı dövr üçün xarakterik xüsusiyyətlərdən biri sözümüzə, ifadəmizə diqqət yetirməyimizdir. Əlbəttə, hamımız belə deyilik. Amma böyük ölçüdə bizlərə münasibət həm bizdən olmayanların davranışlarına nəzərən formalaşır ətrafımız o qədər sıxdır ki, bəzən yan-yörəmizdə vurnuxaraq özünü göstərməyə çalışan ikincilərin hərəkətlərinə göz qoya bilmirik. Üzdə hamımız dost qardaş oluruq. Eləyikmi? Müəyyən mənada dostlara xitab kimi qəbul oluna biləcək yazımda bu suala cavab axtarmaq niyyətindən uzağam. Güman edirəm, əsl dostlar söyləyəcəklərimdən düzgün nəticə çıxaracaq inciməyəcəklər. Çünki bizləri birləşdirən dostluğun əsasında dayanan əlahiddə dəyər peşəmizə dürüst münasibətimizdir.

 

İnternetin geniş vüsət aldığı indiki şəraitdə hər kəsin xəbər saytı açaraq onu media orqanı qismində təqdim etməsi adiləşib. Əlbəttə, cəmiyyətdə ifadə azadlıqlarının dərinləşməsi baxımından informasiya yaymağa köklənmiş strukturların sayının çoxluğu müsbət haldır mövcud cəhət demokratik cəmiyyət quruculuğu prosesində xüsusi önəm daşımaqdadır. Bizlər bu önəmin qarşımızda məsuliyyət cığırları açdığını yaddan çıxarmamalıyıq. Bəli, məhz məsuliyyətdən söz düşmüşkən, diqqətinizi son zamanlar onun arxa plana atıldığını təsdiqləyən çoxlu sayda təqdimatlardan birinə çəkmək istərdim. Beləcə hansı prinsiplərə etinasız yanaşdığımıza, nələri doğurduğumuza izah verməyə çalışacam.

Yadıma Xətai Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun bir neçə gün öncə üzləşdiyi avtomobil qəzası ilə bağlı informasiyanın ictimai rəyə yansıması düşdü. Əlbəttə, yüksək vəzifə daşıyan polis zabitinin qəza keçirməsi xəbərdir. Çünki həmin şəxs on minlərlə insanın yaşadığı rayondakı asayişə cavabdehdir. Düşünürəm ki, düzgün jurnalist yanaşması ilk növbədə qeyd etdiyim faktora söykənməliydi. Yəni, bu halda polis rəisinin səhhətindəki durum ona görə ictimaidir ki, həmin şəxs çoxlu sayda vətəndaşın təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyan vəzifə sahibidir. Prinsipcə, jurnalistin o an üçün olaya baxışındakı məsuliyyət göstəricisi Ə.İsmayılov deyil, Xətai rayonunun sakinləridir. Məsələyə yanaşmada dəqiq olmağın şərti məhz mövcud amilə söykənməlidir. Cəmiyyətin informasiyaya olan tələbatını ödəmək öhdəliyini üzərimizə götürmüş bəzilərimiz bunu nəinki ağlımızdan keçirtdik, hətta ikinci plana atdıq. Yoxlamadan, dəqiqləşdirmədən polis rəisinin özünün içkili halda sükan arxasında əyləşdiyinə dair xəbəri tirajladıq. Sonra məlum oldu ki, avtomobili idarə edən Ə.İsmayılov deyil, sürücüsüdür. Daha sonra isə qəzanın polis rəisinin sürücüsünün yox,  əks istiqamətdə hərəkət edən avtomobildəki şəxsin ehtiyatsızlığı səbəbindən meydana çıxdığı aşkarlandı. Hələ xəbərdə hadisənin axşam saatlarında baş verdiyini əks olunması ilə bağlı yanlışlığı demirəm. Halbuki qəza polis rəisi özünün xidməti avtomobili ilə səhər evdən işə gedərkən olub.

Onu da qəbul edirəm ki, bu cür xoşagəlməz təqdimatların asanlıqla dövriyyəyə girməsinin məğzində həyatdan götürülmə məqamlar az deyil. Yəni, ideal cəmiyyətdə yaşamırıq. Vəzifə səlahiyyətindən sui-istifadəyə yol verən, qanun-qaydalara məhəl qoymayanlarımız var. Bunları bilirik. Ancaq onu da bilməliyik ki, cəmiyyəti böyük ölçüdə formalaşdıran biz jurnalistlərik. Bir xəbəri doğru şəkildə təqdim etmək məsuliyyətimizi hansısa operativ sürüşkənliyə qurban verdiksə, demək, cəmiyyətə işinə düzgün yanaşmayan məmurdan heç az zərər vurmadıq. Jurnalistikanın təsir gücünün daha böyük olduğunu nəzərə alsaq, insanların düşüncəsində polis rəisinin içkili halda sükan arxasında əyləşə bildiyi quruluşu bəslədik, onu milyonların beynində adiləşdirdik, müəyyən mənada etalona da çevirdik. Bunumu istəyirdik? Bu idimi gözləntimiz, arzuladığımız cəmiyyət? Olmazdımı ki, yanlışlığa yol verməyək? Bu, yanlışlıq da deyil axı!

Bəli, axtardığımız həqiqətdirsə ya gördüyümüzü toplumun bilməli olduğu həqiqət kimi dəyərləndiririksə, ona çatmaq naminə nələrə xəyanət etdiyimizin fərqinə varmırıq. Haqqında söz açdığım faktın bənzərlərinin adiləşdiyini düşünmürük. Düşünmürük ki, bir polis zabitinin mənfi obraz olaraq təqdimatındakı incəlikləri gözləməməklə bölücülük yaradırıq. Hansısa qohumumuzun, tanışımızın, doğmamızın polis orqanında çalışdığını, bu şərəfli peşə sahiblərinin Qarabağ uğrunda gedən qanlı döyüşlərdəki qəhrəmanlıqlarını nəzərə almırıq. Onların müstəqil Azərbaycanımızda ictimai asayişin, təhlükəsizliyin təminatçısı qismində daşıdıqları funksiyanın vacibliyini qiymətləndirmirik...

Bütün bunlar azmış kimi yanlış informasiyalardan həzz alanlar ordusu da formalaşdırırıq. Guya plüralizm mühiti yaradırıq. Ancaq materialların altında yazılan bəzi şərhləri oxuyanda adam sadəcə dəhşətə gəlir. Azərbaycanlı adını daşıyan, baxışlarını Azərbaycan dilində ifadə edən şəxslərin ətrafa nifrət toxumları səpəcək qədər bəsitləşməsindən təəssüflənməyə bilmirsən. Sözüm heç elə anlaşılmasın ki, toplumun hazırlıq səviyyəsini hansısa formada aşağılamaq niyyətindəyəm. Cəmiyyətdə bir hadisə prosesə fərqli tərzdə reaksiya verənlərin mövcudluğunu təbii qarşılayıram. hansısa formada fikir müxtəlifliyinin topluma yansımasının əleyhdarıyam. Məqsədim Blez Paskalınictimai rəy insanları idarə edirfikrini yada salaraq medianın həmin ictimai rəyi nizamlayan katalizator rolunu önə çəkməkdir. Axı nümunəvi, yaxud yarıtmaz məmur tipi formalaşdırdığımız kimi nümunəvi oxucunu da yaratmaq özümüzdən asılıdır. İnciməyin, bunu yetərincə bacarmadığımız aşkardır. Çünki bir qədər öncə haqqında söz açdığım olayın timsalında oxuculara insan faciəsinə çevrilə biləcək hadisənin gerçək ictimai mahiyyətini unutduran, onları sanki zombiləşdirən bizik.

Dahi Fyodr Dostoyevskinin sözüdür: mən hər cür zalımlığı edə bilməyəcəyim deyil, hər cür qəddarlığı həyata keçirmənin mümkün olduğu, lakin bunu özümün istəmədiyim cəmiyyəti arzulayıram. Zənnimcə, söz ifadə azadlıqlarının qərarlaşdığı hazırkı Azərbaycan reallığında yalnız pislikləri qabartmağımız, onları həyatımızın normasına çevirməyimiz əksər hallarda bizlərin həqiqət carçısı yox, qəddar zalım simasını yaradır. Zənnimcə, bunu düşünməli nəticə çıxarmalıyıq. Düşünməli nəticə çıxarmalıyıq ki, həm əsl dost ola bilək.

 





14.04.2014    çap et  çap et