525.Az

Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

İngiliscədən Telman Orucov tərcumə edib

Con F.Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b> 5 avqust 1867-ci ildə prezident inandırıldı ki, Linkolnun qəbul etdiyi müdafiə naziri Edvin M.Stenton radikal Respublikaçıların gizli alətidir tabe edilmiş Cənubda qüdrətli diktator olmaq yollarını axtarır. Ona görə ləngimədən onun istefa verməsini tələb etdi; Stenton kobud qaydada geriyə cavab atəşi ötürdü ki, o, Konqressin növbəti iclasından əvvəl ona qarşı olan istefa vermək tələbini rədd edir. Bu növ həyasızlıq qarşısında onu qorxutmaq mümkün deyildi, Prezident bir həftə sonra Stentonu azad etdi onun yerinə Stentonun müqavimət göstərməyə cəsarət edə bilməyəcəyi general Qrantı təyin etdi. 13 yanvar 1868-ci ildə hirslənmiş Senat Prezidentə Qranta elan etdi ki, Stentonun azad edilməsi razılaşdırılmadığından Qrant vəzifəni boşaltmalı ora Stenton qayıtmalıdır. Müdafiə naziri Kabinetin iclaslarına gələ bilməyə ya administrasiyada öz kolleqalarına qoşula bilməyə qadir deyildi; 21 fevralda prezident Conson əvvəlcədən bu hərəkətin Konstitusiyaya zidd olduğuna inandığından onun məhkəmə yoxlamasına çıxarılması üçün narahat olduğundan, yenidən Stentona elan etdi ki, o, nəticə etibarilə müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmışdır.

 

Stenton tutduğu vəzifəni verməkdən imtina edib özünə ofisində barrikada qurdu, millətin ictimai rəyi ağır qaydada olsa da, Prezidentin əleyhinə hərəkət etməyə başladı. O, məqsədyönlü şəkildə qanunu pozmuş diktator kimi Konqressin iradəsinin əleyhinə getmişdir. Baxmayaraq ki, Nümayəndələr Palatasında, komitədə palatanın özündə əvvəlki impiçment qətnamələri uduzulmuşdu, yeni qətnamə tezliklə Senata məruzə edildi 24 fevralda səs çoxluğu ilə qəbul edildi. Hər bir sadə Respublikaçı lehinə qaydasında səs verdi Pennsilvaniyadan olan çolaq Taddeus Stivens Radikal Respublikaçılar hərəkatının qatı üzvlərinin fanatik təmsilçisi olmaqla, Nümayəndələr Palatasının müəllimi kimi, baltanın nazik tiyəsinə bənzər ağzı ilə Konqressin hər iki palatasını soyuqqanlı qaydada xəbərdar etdi ki, “Qoy mən belə cinayətdən qaçmağa imkan verən qorxağı görüm. Kim bunu etməyə cəsarət etsə, onu mənə göstərin mən ona göstərəcəyəm ki, sən gələcək nəsili biabır etməyə cəsarət edirsən”.

 

Prezidentin impiçment edilməsi iləhəqiqətən o, ittiham olunurduNümayəndələr Palatası tərəfindən bu ittihama görə dondurulmuş mühakimə ya impiçment maddələri əsasında bəraət verilməsinin müzakirəsi Senatda 5 martda başlandı, ona Baş hakim sədrlik edirdi. Bu, tarixdəki ən böyük mühakimələr I Çarlzın (1649-cu ildə edam edilən İngiltərə kralıtərcüməçi) Yüksək Ədalət məhkəməsində, XVI Luinin (1793- ildə edam edilən Fransa kralıtərcüməçi) Fransız Konventi qarşısında, Uorren Hastinqsin (ingilis müstəmləkə inzibatçısı, Hindistanın 1779-1785-ci illərdə general-qubernatoru, 1788-ci ildə Hindistandakı rüşvətxorluğuna qəddarlığına görə mühakimə olunmuş bəraət almışdıtərcüməçi) Lordlar Palatası qarşısındakı mühakimələri dərəcəsində idi. Dramanın iki böyük elementi itirilmişdi; Prezidentin mühakimə olunmasının əsl səbəbi millətin rifahı üçün fundamental xarakter daşımırdı; ittiham olunanın özü mühakimənin bütün gedişində iştirak etmirdi.

 

Lakin ən yüksək məhkəmə zalındakı dramanın hər bir digər elementi göz qabağında idi. Hər bir Senator Baş hakimin qarşısındaqərəzsiz ədaləti həyata keçirəcəyinəand içirdi (bura hətta Ohayodan olan qızmış başlı radikal Senator, Senatın müvəqqəti sədri, prezidentlik üçün xətdə növbəti olacaq Bencamin Ueyd daxil idi). Nümayəndələr Palatası üçün baş ittihamçıNyu-Orlean qəssabıBencamin F.Batler idi, o, Massaçusetsdən olan istedadlı, kobud demaqoq Konqressmen idi (o, 1874- ildə öz yerini itirəndə partiyası opponentləri tərəfindən o qədər nifrət olunan idi ki, bir Respublikaçı Demokratik süpürülməyə maraq göstərərək, teleqram göndərmişdi ki, “Batler məğlub oldu, həm hər şey itirilmişdir”). Mühakimə vaxtı adamların qalereyaya buraxılması üçün minə qədər bilet çap olunmuşdu hər bir Senatora verilən dörd biletdən birini ələ keçirmək üçün istənilən fənddən istifadə edilirdi.

 

Martın beşindən on altısına qədər drama davam edirdi. Nümayəndələr Palatası tərəfindən on bir maddə qəbul olunmuşdu, ilk səkkizi Vəzifə Müddəti Aktının pozulması ilə Stentonun vəzifədən uzaqlaşdırılmasına yeni müdafiə nazirinin təyin olunmasına həsr olunmuşdu. Doqquzuncu Consonun generalla söhbəti ilə əlaqədar idi, buna görə generala deyilmişdi ki, Ordu Müsadirələri Aktının pozulmalarını təqdim etsin; onuncu bunu elan edirdi ki, Conson ifrat dərəcədə qızışdıran davakar olmaqla, həm Konqressə Birləşmiş Ştatların qanunlarına qarşıdır; on birinci isə əvvəlki maddələrdəki bütün ittihamların düşünülmüş, ancaq aydın olmayan konqlomeratı (toplusutərcüməçi) idi. Bu, Taddeus Stivens tərəfindən ümumi müstəvini bəzəmək üçün layihələnmişdi, bunlara görə o, ittihamı himayə edirdi, lakin təməl məsələlərdə özlərini tanıtmaq istəmirdi. Batlerin bu tələsik düzəldilmiş ittihamı dəstəkləmək üçün olan biabırçı arqumentlərinə qarşı Consonun bacarıqlı savadlı Şurası gözlənilən səmərəliliklə cavab verirdi. Onlar təkid edirdilər ki, Vəzifə Müddəti Aktı Konstitusiyanı açıq pozmaq cəhdi kimi ləğv edilmişdir hətta o qüvvədə olsaydı da, Stentona tətbiq edilə bilməzdi, çünki səbəblər əvvəlcədən qeyd edilmişdir qanunun ədalətli yoxlamasının yeganə yolu ondan ibarətdir ki, Stentonun vəzifədən azad edilməli olması onun hüquqları üçün yaraması məhkəmə vasitəsilə həll edilə bilər.

 

Lakin mühakimə inkişaf etdikcə, artan qaydada aydın olurdu ki, səbirsiz Respublikaçılar impiçmentin hazırlandığı rəsmi məsələlərə görə Prezidenti düzgün mühakimə etmək istəmirlər, bunun əvəzinə onu istənilən müstəvidə, istər bu həqiqi səbəb ya da təxəyyül edilən olsun, Evdən çıxartmaq niyyətindədirlər, çünki onun siyasətini qəbul etməkdən imtina edirlər. Prezidentin xeyrinə deyilən sübutlar arbitraj qaydasında istisna edilmişdi, Senatorların əksər hissəsinin əvvəlcədən qərar verməsi həyasızlıqla elan edilmişdi. Rüşvət vermək təzyiqin digər növlərinə cəhd göstərilməsi möhkəm dayaq vasitəsi rolunu oynayırdı. Mühakiməyə şəhadətlərə ciddi maraq göstərilmirdi, başlıca maraq hökm üçün lazım olan səslərin yığılmasına yönəlmişdi.

 

Birlikdə iyirmi yeddi ştat (hələ tanınmamış Cənub ştatları istisna olmaqla) Senatın əlli dörd üzvünün mövcudluğu demək idi otuz altı səs tələb olunurdu ki, hökm üçün lazım olan üçdə iki çoxluq düzəlsin. Demokratların on iki səsinin hamısı əvvəlcədən itirilmişdi qırx iki Respublikaçı bilirdi ki, onların üzvlərindən yalnız altısı Conson əgər çıxarılmalı olsaydı belə, uduzmağı özlərinə rəva biləcəkdi. Onların qorxusu onda idi ki, Respublikaçıların əvvəlki partiya müşavirəsində altı nəfər mərd Respublikaçı diqqəti buna yönəltmişdilər ki, onların rəyinə görə təqdim olunan sübutlar məsələdən o qədər uzaqdır ki, impiçment maddəsi altında Consonu ittiham etmək üçün onlar heç kifayət deyildir. FiladelfiyaPressqəzetibiabırçılıqdeyə-deyə qışqırırdı. Respublikaonun dostlarının evində satılacaqdır!”

 

Lakin qalan otuz altı Respublikaçı müdafiə etsə nəticəyə heç bir şübhə olmayacaqdı. Hamı birlikdə dayanmalıdır! Lakin bir Respublikaçı Senator təşkil edilən əvvəlki səsvermədə öz qərarını elan etməmişdi, bu Kanzasdan olan Edmund Q.Ross idi. Radikallar qəzəblənmişdilər ki, Kanzas kimi anti-Conson mövqeyində möhkəm dayanan ştatdan olan Senator şübhəli ola bilər. Massaçusetsdən olan Senator Samner tüstülənirdi ki, “bu, xüsusən Kanzaslı üçün çox aydın işdir. Mən düşünmürdüm ki, Kanzas adamı öz ölkəsi əleyhinə geri çəkiləcəkdir”.

 

Ross öz yerini tutan vaxtdan radikal liderlər onun səsinə əmin idilər. Onun bütün ətrafı, artıq qeyd edildiyi kimi, onların işini möhkəm müdafiə edənlərdən biri idi. Senatda onun ilk hərəkətlərindən biri Radikal Respublikaçıların siyasətinə qoşulması barədəki bəyanatı oxuması idi o, sakit qaydada onların bütün tədbirlərinə səs verdi. O, özü üçün aydınlaşdırmışdı ki, Endryü Consona şəxsən siyasi cəhətdən rəğbət bəsləmir Stentonun vəzifədən uzaqlaşdırılmasından sonra belə kənarlaşdırmanın qanunsuz olduğunu bəyan edən qətnamənin qəbul edilməsinə çoxluqla birlikdə səs vermişdi. Kanzasdan olan onun kolleqası, Senator Pomeroy anti-Conson qrupunun ən radikal liderlərindən biri idi. Respublikaçılar təkid edirdilər ki, Rossun həlledici səsi ədalətli olaraq onlarınkıdır onlar inanmışdılar ki, bu səsi almaq bütün hər şeyin yararlı olduğu demək olacaqdır. De Uitt özünün unudulmazEndryü Consonun impiçmentiəsərində bəyan edirdi ki, “mübarizənin bütöv başlıca zərbəsi nəhayət bircə şübhəli qalan Senator Edmund Q.Rossa tərəf döndü”.

 

İmpiçment qətnaməsi Nümayəndələr Palatasından keçdikdə Senator Ross təsadüfən Rod Aylenddən olan Senator Spraqiyə dedi ki, “yaxşı, Spraqi, burasındadır ki mən daha çox maraq göstərdikcə, baxmayaraq ki, Respublikaçılar mister Consona onun siyasətinə müxalif olanlar vardır, hətta bu yerdə hər bir ittiham olunan adam kimi o da düzgün mühakimə olunmalıdır”. O saatcaRoss etibarsızdırsözləri yayıldı. Sonralar o, yazırdı: “Həmin saatdan sonra bir gün keçmirdi ki, mənə poçt, teleqrafla şəxsi ünsiyyətdə olduqda müraciətlər edilsin ki, tezliklə impiçmenti müdafiə edənlər tərəfdə dayanmalısan, hətta hansısa laqeydlik göstərənlərin layiq olduğu az sayda məzəmmət edilənlərdən biri olmamalısan”.

 

Ölkə üzrə həyatdakı bütün səfərlərdə, Senatın üzvlərinin məktublarında göstərildiyi kimi ictimai ağılın şəraiti, böyük vuruşun yolunu açmağa bənzəmirdi. Millətin aparıcı partiyası ictimai ittihamçı mövqeyini tutan kimi görünür bu mühakimə ancaq gecikdirməyi ya müdafiəni dinləməyi pozmaq əhval-ruhiyyəsindədir. Vaşinqton mühakimə ərzində siyasi cəhətdən qane olmamağın mərkəzi nöqtəsinə çevrildi Birliyin istənilən ştatının təmsilçiləri ilə aşıb daşırdı, Prezidentin devrilməsi barədə praktiki olaraq birləşmiş səsin eşidilməsini tələb edirdi. Anti-impiçment Respublikaçılarının addımları onun başlanğıcından sonuna kimi, gecə yarısından da o tərəfə inadkarlıq nümunəsi idi, gözləmələr hədələrlə müşayiət olunurdu. Qəzetlər hər gün seçicilərinin yanına qayıtdıqda onlara zorakılıq göstəriləcəyi hədələri ilə dolu idi”.

 

Ross onun şübhəli olan Respublikaçı yoldaşları hər gün boğaza yığılırdılar, onlara qarşı casusluqdan, təzyiqin istənilən formasından istifadə olunurdu. Onların məskənləri diqqətli müşahidə olunurdu, onların sosial dövrələri isə şübhəli qaydada öyrənilirdi, onların hər bir hərəkəti kampaniyaları xüsusi bloknotlarda qeyd olunurdu. Onlar partiya mətbuatı vasitəsilə xəbərdar edilirdilər, öz seçicilərindən müraciətlər alırdılar onları siyasi ostrakizmlə (Qədim Afinada b.e.ə. V əsrdə siyasətçilərə qarşı tətbiq edilən sürgün cəzasıtərcüməçi) hətta ölümlə hədələyirdilər. Stenton Müdafiə Nazirliyində barrikadaya çevirdiyi özünün qərargahında gecə gündüz işləyirdi ki, şübhəli sayılan bütün çəkilərdən olan Senatorları özünün təlqinedici hərbi silahdaşlığına gətirsin. FiladelfiyanınPressqəzeti ölkənin hər bir nöqtəsindən gələn teleqramların qorxulu axını”, “ümumi xalqdangələn böyük ictimai rəy dalğası barədə xəbər verirdi, “bu adamlar öz pullarını həyatlarını ölkəyə vermişdilər özlərinin böyük qurbanlarının əbəs olduğunu etirazsız qisassız görməyəcəkdilər”.

 

 (Ardı var)

 

 





14.04.2014    çap et  çap et