525.Az

Bakı-Qazax yolunda qəza-ölən var


 

Bakı-Qazax yolunda qəza-ölən var<b style="color:red"></b>

Bakı-Qazax yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11.30 radələrində qeydə alınıb. “Mercedes 190” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 14-15 yaşlı, kimliyi hələ bəlli olmayan Ucar rayon sakini hadisə yerində dünyasını dəyişib.

Ucar sakini, 1990-cı il təvəllüdlü Aşurov Əli Nəriman oğlu və onun həmyaşıdı Bakı sakini Məmmədov Tofiq Mikayıl oğlu xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 





19.10.2012    çap et  çap et