525.Az

2013-cü ilin şeir mənzərəsi


 

2013-cü ilin şeir mənzərəsi<b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı iləƏdəbi proses – 2013: yekunlar vəzifələrmövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Ədəbi mühit ümumən ictimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alaraq müşavirə materiallarından bir qismini dərc etməyi qərara almışıq. Bu sıradan daha bir materialıpoeziya ilə bağlı məruzəni təqdim edirik.

Hər hansı bir şeir mətni yalnız oxucuya estetik zövq vermək, mənəvi həzz yaşatmaq funksiyası daşımır. O eyni zamanda məzmunu, ideyası, forması ümumilikdə bütün poetik göstəriciləri ilə bir sıra vacib informasiyaların da ötürücüsüdür. Bura mətn müəllifinin dünyagörüşü, dünyaya insana münasibəti, ovqatı, mətnin yaranma zamanında mövcud olmuş insancəmiyyət münasibətləri, ictimai, siyasi, sosial mühit faktoru, subyektin onun təmsil etdiyi cəmiyyətin ümumi mənəvi-psixoloji durumu da daxildir bu, özünü daha çox mətnin mövzu, problem, ideya-məzmun qatında ifadə edir. Həmçinin hər bir şeir mətni  forma-struktur, poetik fiqurlar, bədii vasitələr baxımından da yarandığı dövrün ədəbi mühiti, ədəbi-estetik zövqü, prosesin formalaşdırdığı ya sadəcə təzahürlər şəklində özünü göstərən cərəyanlar, ədəbi məktəblər, tendensiyalar s. haqqında məlumat daşıyır. Şeir mətnlərinə bu aspektdən yanaşdıqda yalnız ötən il deyil, ümumiyyətlə bir neçə illərdir gedən prosesin nəticəsi olaraq qənaətlərimizi aşağıdakı kimi ümumiləşdirə bilərik.      

Əvvəla. Saysız-hesabsız şeir mətnlərinin meydana çıxması adekvat olaraq poetik tutumu olan nümunələrin qədər az olduğunu ortaya çıxarır. maraqlı cəhət bundan ibarətdir ki, şeir yazmaq təcrübəsi əvvəlki illərlə müqayisədə bir çox müəlliflərin yazı professionallığını artırsa da, bu fakt poetik keyfiyyət göstəricisinə şamil edilə bilmir. Araşdırılan mətnlərin böyük əksəriyyəti forma-struktur, vəzn,  qafiyələnmə modeli, məna fikir baxımından tam, hətta mükəmməl təsir bağışlayır. Lakin poetik tutum, müəllifin fərdi üslubu, özünəməxsusluğu, orijinal deyim tərzi, yeni fikir kombinasiyalarının yaradılması s. baxımından tam bir fiasko ilə qarşılaşırıq.  Nəticədə elə bir şeir qalağı ilə üz-üzə qalırıq ki, bu, poeziyamız üçün , ümumilikdə ədəbiyyatımız üçün geriyə atılan addım kimi dəyərləndirilə bilər. Onu da qeyd edək ki, bu, bir sıra tənqidçilərin demək olar yekdil qənaətidir. Məsələn, tənqidçi V.Yusifli 2011-2012-ci illərin şeiri haqqında yazdığı məqalədə (“Azərbaycanjurnalı, 2013- il, 2-ci sayı) oxşar qənaətini söyləyir. Tənqidçi C.Yusifli isə məsələni bir qədər sərtləşdirir: “Şeir Ölüb. Kimsə dirilmə əsərini yazmalıdır!” (“Kaspiqəzetinə verdiyi müsahibədən. Kaspi.az saytı).

Müşahidələrə görə, fərdi üslub məsələsinə demək olar diqqət verilmir. Yəni hər hansı bir şeiri çap edərək altından istənilən bir şairin imsazını qoymaq olar. Buna səbəb qaldırılan problemlərin, seçilən mövzuların eyniyyəti yox, eyni ritmli, eyni qəlibli, bir-birinə oxşar, bir-birinə yaxın poetik vasitələr ifadələr üzərində qurulmuş şeirlərin yazılmasıdır. Müasir şeirin çox az nümayəndələri var ki, öz deyim tərzi, öz poetik məni, öz ifadə təsvir orijinallığı, öz poetik səmimiyyəti ilə seçilsin.

Fikrimizcə, bunun əsas səbəbi seçilmiş formanın diktəsinə tabe olma, artıq daşlaşmış poetik ifadə qəliblərindən qurtula bilməməkdir. Həmçinin öz ruhi-emosional təsir dairəsinə salan, şüraltına köçmüş poetik ifadələrin poeziyada mövcudluğudur. Bir təbii olaraq yaddan çıxarmayaq ki, istedad vacib amildir. təqdim edilən şeirin səviyyəsi mütləq onun səviyyəsinə adekvat olur.

Müasir şeirdə formanın əsirinə çevrilmə faktdır. Əlbəttə, əsrlərlə tarixi olan klassik şeir formalarının, qəliblərin, xüsusilə da aşıq şeiri, xalq şeiri formalarının öz qanunauyğunluqları, öz tələbləri var. Amma şairin şairliyi məhz bu tələblərin basqısı altında fikrinin, ruhunun özünəməxsus poetik ifadəsinə nail ola bilmək bu zaman ruhun azadlığına mane olmamaqdır. Əksər şairlərdə bu alınmır. Məsələn, Balayar Sadiqin ötən il dərc olunanÖmrün  gəraylı  çağlarıkitabına salınmış şeirlər uğurlu poetik tapıntıları, maraqlı təsvir ifadə kombinasiyalarının çoxluğuna baxmayaraq şairin formadan asılılığını nümayiş etdirirdi. Nəticədə qəhrəmanın poetik məni sanki məngənəyə düşübmüş kimi çabalayır, formanın diktə etdiyi qafiyələnməyə, ifadələrə, rədiflərə tabe olur, bu isə bütün kitab boyu səpələnmiş eyni obrazların, eyni detalların, eyni ifadələrin təkrarı ilə nəticələnirdi. Oxşar fikirləri Mətləb Ağanın “11-ə qədərkitabı haqqında da söyləyə bilərik.

Bu məqamda onu da qeyd edək ki, formanın məzmunu, yoxsa məzmunun formanı diktə etməsi məsələsinə şairin münasibəti həlledici rol oynayır. bu, yaradıcılıq psixologiyasını araşdıranların tədqiq etməli olduğu maraqlı problemlərdən biridir. Çünki şeir yaradıcılığında əldə edilən nəticələr əsasən yaradıcılıq prosesi müəyyən problemlərə şair yanaşması ilə sıx bağlıdır. Məsələn, V.Bəhmənliİşartıadlı ötən il dərc olunmuş kitabında yazır: “...kainatda qəlibsiz heç yoxdur. ... Azərbaycan şeirində isə qəliblər həm mənanı diqtə edir. Qəlibdən gələn mənanı ifadə etməyi bacaran yazar isə sənətkardır”. Bu fikirlə razılaşmayanlar, şeirdə qoyulan problemin, seçilən mövzunun öz formasını müəyyən etdiyini söyləyənlər tapılacaq bunun özü təbiidir. Çünki bu yanaşmada da həqiqət payı var. Biz o fikirdəyik ki, fikir, ideya, məzmun formanı diqtə edir. Amma unutmaq olmaz ki, yaradıcılıq prosesi fərdi xarakter daşıyır. 

Çağdaş şeirdə daha bir meyl isə məhz formanın basqısına məruz qalmamaq üçün verilibsə doğru istiqamətlənib ki, bu zaman da əks proses baş verir. Halbuki azadlığın da öz sərhədləri mövcuddur. Şeirdə mövzunun bəhs edilən problemin tələbi ilə seçilmiş sərbəstliyin sərhədləri isə təəssüf ki, tez-tez dağıdılır. bu dəfə , nəsrləşmə prosesi başlayır. baş verir? Şeirdə nəinki qafiyələnmə sistemi qurulmur ya zəif qurulur, eyni zamanda sərbəst şeir üçün çox vacib olan amillərdən biriritm pozulur, hətta ritmsizlik meydana çıxır... Onu da qeyd etmək istərdik ki, bu proses yalnız bizim şeirimiz üçün xarakterik hal deyil. Məsələn, rus şeirinin müasir durumu da oxşardır.

Müasir poeziyada nəsr xüsusiyyətlərinin artması ilə diqqəti çəkən sərbəst şeir bir neçə ildir ki, xüsusilə gənclərin yaradıcılığında çox müşahidə edilir. Amma belə görünür ki, getdikcə  öz mövqeyini itirməkdədir. Kimlərin yaradıcılığında bu cür mətnlər var idi: Tərlan Əbilov, Fərid Hüseyn, Feyziyyə, Emir Piri, Aqşin Evren s. Bu mətnlər poetik fiqurlarla, nəsrin ifadə edə bilməyəcəyi poetik vasitələrlə yükləndiyindənsərbəst şeirkimi qəbul edilir edilməlidirlər. Bu şeirlər xüsusilə həm qafiyəsizliyi ya az qafiyələnməsi, xüsusilə proza ritmi ilə seçilirlər. Ümumiyyətlə isə onu söyləyə bilərik ki, ötən ilin şeiri əvvəlki illərdə olduğu kimi, heca şeirinin, xüsusilə klassik xalq, aşıq şeiri formalarının üstün mövqeyi ilə yadda qaldı.

Poeziyada olan meyl tendensiyalar haqqında danışmamışdan əvvəl kiçik bir xatırlatma etmək istərdik. Professor Nizami CəfərovKlassiklərdən müasirlərəkitabında XX əsr Azərbaycan ədəbiyyatının dörd mərhələsindən üçüncüsünü 60-90- illərə aid edir iki məktəb, iki tendensiya müəyyən edirdi. Rəsul Rzanın yaratdığı modernist-eksperimental məktəb Səməd Vurğunun rəhbərlik etdiyi ənənəvi məktəb. Hər iki məktəbin davamçılarını sadalayan alim Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, Nəriman Həsənzadə, Məmməd Araz, Qabili ənənəvi məktəbə, Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadəni isə modernist-eksperimental məktəbə aid edirdi. Bu iki məktəbin xüsusiyyətlərini birləşdirənlər cərgəsinə isə Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Ramiz Rövşən, Nüsrət Kəsəmənli daxil edilirdi. Eyni tendensiya bu gün müşahidə olunur. Lakin XXI əsrin əvvəllərindən başlayaraq əsasını XX əsrin sonundan götürmüş bir sıra təmayüllərin mövcudluğu onu söyləməyə əsas verir ki, ənənəvi şeirlə modernist-eksperimental şeiri birləşdirən şairlərin cərgəsini R.Rövşən, R.Behrudi, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Salam, Murad Köhnəqala, Şərif Ağayar davam etdirir. Həmçinin daha sonrakı dövrdə müəyyən qısa müddətdə olsa dapostmodernistadı altında eksperimental şeir nümunələri yaranıb. Onların müəllifləri arasında Rasim Qaraca, Azad Yaşar, Nərmin Kamal, Murad Köhnəqalanın yaradıcılığının ikinci dövrü s. qeyd etmək olar. Bundan başqa,  ənənəvi şeir nümunələri yaradan, xüsusilə klassik aşıq şeiri üslubunda yazan şairlərimiz oldu ki, bu sırada daM.İsmayıl, Z.Yaqub, M.Köhnəqala (yaradıcılığının ilk dövrü), M.İlqar, M.Dəmirçioğlu, V.Əziz, İ.Qəhrəman, İ.İlyaslı, Ş.Ağayarın (yaradıcılığının birinci dövrü) adlarını çəkə bilərik. Onlar aşıq şeirinin maraqlı nümunələrini yaradaraq nəinki forma gözəlliyini, eyni zamanda da məlum forma daxilində çox orijinal poetik tapıntılar etməyin mümkünlüyünü göstərdilər.

Postmodernizmin tələblərini rəhbər tutaraq eksperimental şeirə üstünlük verən müəlliflər isə əsas diqqəti forma, ifadə təsvir vasitələri, obrazların fərqliliyi, fikir ifadələrin açıqlığı vulqarlığı, şeirə estetik dəyər baxımından gətirilməyən ifadələrin gətirilməsi, həyata ironik münasibətlərin ifadəsi ya vizual effekt üzərində cəmləyirdilər. Amma bu məqamda onu da qeyd etməliyik ki, 90- illərdə müşahidə edilən eksperiment bolluğu, “postmodernist şeiryaratmaq istəyi, hətta vizual effektə əsaslanan şeir yazmaq marağı ötən bir neçə ildə artıq demək olar ki, müşahidə edilmir. Bir sıra yaradıcılıqlarda müəyyən keyfiyyətləri ilə təzahür edən postmodernizm özünü təsdiqləyə bilmədi. Yəni cərəyana çevrilmə prosesi baş vermədi. Nəsrdən mənzərə bir qədər fərqlidir. Belə ki, nəsrdə hələ onun müəyyən təzahürləri müşahidə edilir. Səbəblərdən biri çox güman ki, bəzi müəlliflərinRasim Qaraca, Murad Köhnəqala, Nərmin Kamal s. müəlliflərin qərb, xüsusilə rus postmodernizmindən mənimsədikləri müəyyən xüsusiyyətləri şeirdən nəsrə daşımalarıdır.

Mövzu, ideya-problem baxımından 2000-ci illərin əvvəllərindən bəri mənzərə bir o qədər dəyişmiş görünmür. Tanrı, Din, şikayət, sosial problemlər, sevgi, mənəvi narahatlıqlar, öz mənəvi durumu ilə təbiətin fəsilləri, mənzərəsi arasında paralellər aparmaq, özünü təbiət vasitəsilə anlatmağa çalışmaq, Vətən həsrəti, torpaq itkisi, Qarabağ savaşı, bu itgiyə görə özünüqınama, Dünya, Yaşam, Ölüm Olum fəlsəfəsi, bu dünyanın ədalətsizliyindən bezərək yeni dünyalar, yeni cahanlar arayışı s. ümumi halda götürdükdə şeirimizin mövzu-problem arsenalını təşkil edir. Amma təəssüf ki, mövzuya yanaşmada, problemin qoyuluşunda, fikrin ifadəsində qəlibləşmə təkrarlanma mövcuddur. A.B.YesinƏdəbi əsərlərin təhlil prinsipləri üsullarıkitabında yazırdı ki, “mövzu reallığın əks olunmasıdırsa, problematika sualların qoyuluşu, ideya isə bədii nəticələrin çıxarılması sahəsidir. Bu o sahədir ki, orada müəllifin dünyaya onun ayrı-ayrı hadisələrinə münasibəti ortaya çıxır”. Bu fikrə əsaslansaq, bizim şeirimizdə bədii nəticə ideya qıtlığının hökm sürdüyünü tam əminliklə söyləmək olar. ya belə demək olar ki, şeirimiz eyni problemlərlə bağlı eyni bədii nəticələr əldə edir. Bu isə poeziyada monotonluqdan başqa bir şey deyil.

Ötən ilin şeirində mövzu-problem baxımından hər halda müəyyən dəyişikliklər müşahidə edildi. Bu da özünü daha çox müharibə faktına münasibətdə göstərir. Məsələn, 90- illərin sonu, 2000-ci illərin əvvəllərinin şeiri haqqında əminliklə deyə bilərik ki, onda mövzu, problem, ideya   xarakterlər baxımından müharibə amilinin təsiri mövcud idi. Şeirdə təsvir olunan xarakterlər əsasən müharibə dövrünün formalaşdırdığı, bəzən mənəvi yüksəkliyə qaldırdığı, bəzən isə şəxsiyyətcə deformasiyaya uğratdığı  müharibə insanımodeli idi. Qaldırılan problemlər əsasən dövrün müharibənin meydana çıxardığı ictimai, siyasi, sosial, mənəvi, psixoloji problemlər idi. Müraciət olunan mövzulardan müharibə əsas xətt kimi keçirdi. İdeyalar da həmçinin müharibə faktındanuzaq gedəbilmirdi”. 90- illərin sonu, 2000-ci illərin əvvəllərinin şeiri haqqında əldə etdiyimiz bu qənaəti əsaslandıra biliriksə, ötən illərin şeiri haqqında bunu söyləmək mümkün deyil. Belə ki, nisbətən yaşlı nəslin yaradıcılığında müharibə faktıxatirəfazasına adlayaraqitirilmiş torpaqlara deyilən ağıkeyfiyyətini qazandı. Bu cür şeirlərin ən yaxşı nümunələri Adil CəmilinYurd yerimdərd yerimkitabında var. Ümumi halda isə şeirlərdəmüharibə insanıdemək olar ki, görünmür. Yaradılan poetik obrazlar Tanrısını arayan, ona cəmiyyətə, sosial ədalətsizliyə etiraz edən xarakterlər kimi yadda qalsalar da, onlardan müharibənin izi silinməkdədir.

Müharibə faktı ilə bağlı daha bir maraqlı cəhət isə gənclərin yaradıcılığında müşahidə olunur. Məsələn, Ramil Əhməd, Emin Piri, Aqşin Evren, Feyziyyə s. gənclərin yaradıcılığındamüharibə dövrünə düşmüş uşaqlığın təsviriəsas kaloritdir.

Hər zaman üçün aktual olan sevgi şeirləri az olmasa da, diqqəti çəkən, yaddaşa hopan hansısa konkret mətn müəllifinin adını çəkməkdə çətinlik çəkirik. Amma məsələn, Musa YaqubunAzərbaycanjurnalında dərc olunan şeirlərini göstərə bilərik. O, itirilmiş, əlçatmaz, başqa dünyanın sakini olan sevgiliyə, daha dəqiqi desək itirilmiş həyat yoldaşına ünvanlanan bir şeirdir. Amma ümumi halda sevgi şeirlərində hisslərin ifadəsi, duyğuların poetik əksi bəzən uğurlu oluqda belə, istifadə edilən hansısa adət etdiyimiz, daşlaşmışyolunda ölərəm”, “eşqimsən”, “ülvi məhəbbətim”, “qara gözlümkimi ifadələr o təsir effektini azaltdı. ya şeirin yaratdığı təəssürat, ümumi ovqat o qədər güclü olmadı ki, bu cür ifadələr onun içində əriyib itsin.

İkiyə bölünmüş Vətən problemi ötən ilin şeirində vardı. Bu problemə maraqlı yanaşmalardan biri Vüqar Əlisoyun şeirində müşahidə olunur. “Yüyürürəm yaza sarıyazan şairin poetik qəhrəmanının bu yüyürüşü birdən fərqli istiqamət alır: “Ayaqyalın/başı açıq/yara yara/buzu/qarı/yüyürürəm/yaza sarı/üzü Araza sarı”. Ammabu yaz hələ / muraz deyil / bu yaz hələ / Araz boyda kədər imiş / sevincimin /  ömrü / Araza qədər imiş”. Eyni problem Şövkət  Zərin Horovluda (“Bu taydano taya saralar gözün,/Sərhədlər üstündə gileyin inlər. / Yollara yazdığın həsrət nəğməni –/ Sulara oxuyar qəmli sahillər”, Xasay Mehdizadənin şeirlərində var. (“Dəmir-dəmir çiçəklərşeiri, sərhədi adlayan çiçəklərdən bəhs edir).

Vaqif YusifliAzərbaycanjurnalında dərc erdirdiyiPoeziya –2011-2012” məqaləsində deyir: “son iyirmi ildə şeirimizdə təbiətin səsini az eşidirik. Bircə Musa Yaqubdu ki, təbiətin pozulmuş nizamı şeirlərində əks-səda tapır”. Həqiqətən çox az şair var ki, təbiətlə bir ahəngdə olmağı bacarsın, nəinki öz mənini anlatmaq, hətta siyasəti, sosial durumu, həyatın fəlsəfəsini belə anlatmaq üçün təbiətə istinad edərək onun dilində danışa bilsin, onunla təmasda olsun, onunla nəfəs alsın. Bizim müasir şeirdə yaradıcılığının əsas leytmotivini təbiətlə bağlaya biləcəyimiz şair Musa Yaqubdu. Amma bununla belə, deyə bilərik ki, təbiət , onun fəsilləri , rəngləri, çalarları da, ovqatı da müxtəlif şəkillərdə ötən ilin şeirində göründü. Əgər Vüqar ƏlisoyHəsrətşeirində sevgi hisslərinin ifadəsi üçün təbiətə üz tutaraqyoxluğunda şaxtası var bu qışın/donsa qəlbim/ovundurmaz ağuşun/qar üstündə sitildəyən bir quşun/səsi düşər /səsimin ahənginəyazırdısa, Əlizadə Nuri təbiətin özünü təsvir obyekti tək dəyərləndirir, (Bir yaşıl yarpaq var, əsir ağacda, Xəzəllər budaqdan yıxılıb qalıb./Bu soyuq axşamda üşüyən ağac/Bir yaşıl yarpağa sığınıb qalıb). Rəfail Tağızadə təbiətin gözəlliyinin fərqli təəssüratlar yarada bildiyini anlatmaq üçünPayızı sevməyən süpürgəçi qadın,/bu il mən yığışdıra bilmədim/ömrümdən tökülən yarpaqları//payız dava açdı bizə/xəbərsiz-filansız”, – deyir. Əbülfəz Ülvi təsvir predmeti kimi payıza üz tutur: (Yenə yavaş-yavaş sürünür duman,/Soyuqluq duyulur günəş odunda./Dünən budağında yarpaq adlanan,/Bu gün yerə düşür xəzəl adında). Şamil Zaman isə təbiəti tam fərqli bir biçimdə gördüyünü təsvir etmək üçün payıza müraciət edir (Hec kimin sevmədiyi,/Qarıyıbqartımış qız , –/P a y ı z ... ). Göründüyü kimi, ötən ilin şeiri daha çox payız ovqatında olub.

Daha bir xarakterik xüsusiyyəti qeyd edək ki, əgər 90- illərin sonu, 2000-ci illərin əvvəlləri şeirimizdə Vətən anlayışı ilə Qarabağ anlayışının eyniləşdirilməsi prosesi gedirdisə, son zamanlar bu artıq daha da məhdud çərçivələrə salınmağa başlayıb. Məsələn, Vətən Məcnun GöyçəlidəGöyçə”, Adil Cəmildə Kəlbəcər sərhədlərinə sığdı. Əlbəttə, bu faktın özündə təbii bir qanunauyğunluq var. Unutmayaq ki, şeir duyulanın ifadəsidir.

Bu dünyadan bezib başqa dünyalar aramaamma bunu artıq 90- illərdəki kimi ölüm arama əhval-ruhiyyəsi ilə deyil, haqq-ədalət, daha nizamlı, daha sakit, daha rəvan bir dünyanın axtarışı üçün etmək müasir şeirin əsas ideyalarından birinə çevrildi. Məsələn, Nisə Bəyim (“Düşüb yuxuda özünü/Başqa dünyada görəsən... ), Mahir Mehdi (“Qalxasan tək şeydən bir boy yuxarı,/Tullanıb düşəsən sonuncu qataYerin çəkiminnən qırağa çıxıb, /Keçəsən olmayan vaxta, saata...) yazır. Bir sözlə insan üçün hər zaman əlçatmaz gözəl görünənBiz olmayan yer bağlı şeirimizdə yenə fərqli ifadə kombinasiyalarının yaranması bu arayışın hər zaman olacağını göstərir.

Tanrı ünvanlı şeirlər ötən il yenə çox müşahidə edildi. İbrahim İlyaslı, Əlizadə Nuri (Nədi dərələrin kar sakitliyi, Nəyə işarədir gor sakitliyi?/Yağış əsəbindi, qar sakitliyin, –/Bu yellə nəyisə deyirsən, Allah?!) kimi şairlərin şeirləri hələ Tanrı ilə dialoqxüsusiyyətinin şeirimiz üçün aktual olduğunu sübut etdi. Öz yanaşması ilə diqqəti çəkən, amma ilk baxışdan qeyri-adi təsir bağışlasa da, məna poetik ifadə baxımından özünü bir o qədər təsdiqləməyən şeir isə  Ağacəfər HəsənlininAllahın Nobel nitqişeiri idi: “İnsansabah itkidir, /ağacdı, bitkidir../Təkcə sular/Allahın əbədi Nobel nitqidir”.

Şeirimiz cəmiyyətin diktə etdiyi sosial problemlər, sosial ziddiyyətləri aktual etdi. Amma kimisində bu Sabir Yusifoğluda olduğu kimi fərdi planda qabardıldı (Yenə bu vurhavurda /çətindi duruş gətirmək./Evindən ümidlə çıxıb bir qəpik-quruş gətirmək.//Dərd, üstəgəl bir az sevinc,-/cəmini tapa bilmirəm.

Bu dünyayla dil tapmağın/çəmini tapa bilmirəm), kimisində Rəsmiyyə Sabirdə olduğu kimi ümumiləşdirildi, cəmiyyətin fərqli təbəqələrinə məxsus insanların obrazının yaradılması ilə diqqətin vacib sosial problemlərə yönəldilməsinə cəhd edildi  (Bəlkə /insanlardan pul yerinə/Tanrıdan /səadət dilənəsən,/Dilənçi?...).

Ötən il şeirimizdə qadın xəttinin mövcudluğu özünü təsdiqlədi. Nurəngiz Gün, Füruzə Məmmədli, Nisə Bəyim, Gülnarə Cəmaləddin, Afaq Şıxlı, Səhər Əhməd (bu il kitabı dərc olunub), Sara Selcan, Feyziyyə, Rəbiqə Nazimqızı kimi müəlliflər bu xəttin əslində dərin olduğunu, özünəməxsusluğunu, poetik mənin təqdimində cəsarətli ruh sərgilədiyini öz yaradıcılıqları ilə göstərdilər.  F.MəmmədlininƏdəbiyyat qəzeti”, “Ulduzjurnalında, Nurəngiz GününƏdəbiyyat qəzeti”, “525-ci qəzet dərc olunan seçmələri məhz fərqli  qadın psixologiyasının, fərqli qadın xarakterinin, məninin təsviri baxımından maraqlı idi. Məsələn, “Həsrətinin sorağına düşənmən,/Həsrətindən umuram, bilmirəm./Qısqanclıqdan ürəyimdə üşənən/Xiffətindən umuram, bilmirəm./Ümidimmi məni sənə bağlayan,/Gəlişini gözüm üstdə saxlayan?!/Hər görüşü ayrılıqla haqlayan/Qismətimdən umuram, bilmirəm”, – yazan F.Məmmədlidə tale ilə barışıq qadın xarakteri görünürsə, Nurəngiz Günün poetik qəhrəmanı daha çılğın, daha emosional təsir bağışlayır. “Bomboş bir səssizlik, bomboş.../Boşluqda sevgi, nifrət, səadət, / hiss, səs!/Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?/Atım sizə qalsın. Qaytarın qamçımı!/Qamçılamaq istəyirəm bu boşluğu!...”

Ötəri olsa toxunmaq istədiyimiz bir problem var. Ötən il dərc olunan şeirlər arasındaməsələn, jurnallarda cəmi iki müəllifin uşaq şeirinə rastladıq. Aləmzar Əlizadə Mikayıl Yanar. Hər ikisi orta səviyyəli olan bu mətnlər vacib bir problemə diqqət yetirməyin əhəmiyyətini xatırladır. Azərbaycan uşaq ədəbiyyatıyaranmırsəviyyəsindədir. Yarananlar dabiriki müəllifi çıxmaq şərtilədemək olar ki, yazıqları  mətnlərdə sadəliklə primitivliyi, bəsitliyi qarışdırırlar.

İndi isə bir qədər statistik göstəricilərə nəzər salmaq istərdik. Ötən ilbu ilin üç ayı da daxil olmaqla on yeddi şeir kitabı dərc olunub. Əlbəttə, bu bizim əldə etdiklərimizdir. Onlar arasında Zahid SarıtorpağınTək işığın haləsi”, Xanəli KərimlininPayız duyğuları”, Mətləb Ağanın “11-ə qədər”, Tərlan ƏbilovunSonuncu halqa”, Saday  ŞəkərlininLənətlənmiş cənnət”, Ədalət NicatınDərdin öz dərdi var”, Məmməd TahirinBir azdan günəş doğacaq”, Vaqif Bəhmənlininİşartı”, Adil CəmilinYurd yerimdərd yerim”, Balayar SadiqinÖmrün  gəraylı  çağları”, Fərid HüseyninDözmək üçün məşq”, Sara SelcanınYovşanlı düzlərdə üzü küləyə”, Kamal AbdullanınNar çiçəkləri”, Gündüz SevindiyinYorğun küçə”, Əflatun BaxşəliyevinTaleyimin dan yeri”, Tahir TalıblınınQurdu qəmgin, quşu qərib”, Kəmaləddin QədiminAllahı sevsəydin”, NəzakətinÖmrün qatarı”, Səlim BabullaoğlununPolkovnikə heç kim yazmırkitablarının adlarını qeyd edə bilərik.

Ədəbi orqanlarımızda görməyə adət etdiyimiz bir sıra müəlliflərin yaradıcılıq nümunələri çap edilmişdir. Onların arasında Vaqif Bəhmənli, Nazir Rüstəm, Ağasəfa, Rəfail Tağızadə, İnqilab İsaq, Afaq Şıxlı, İsa Sevər, Kəmaləddin Qədim, Əbülfət Mədətoğlu, Xatirə Fərəcli, Sayman Aruz, Əlirza Həsrət, Dilsuz Musayev, Elxan zal Qaraxanlı, Səhər Əhmədin adını çəkə bilərik. Eyni zamandaUlduzjurnalında Kərəm Kürqıraxlı, Bilal Alarlı, Avdı Qoşqar, Fəxri Müslüm, Faiq Hüseyinbəyli, Xanım İsmayılqızı, Xəzangül, Sona Vəliyeva, Oqtay Rza, İbrahim Yusifoğlu kimi imzaları qeyd edə bilərik. Onu da deyək ki, hər iki jurnalda əsasən eyni müəlliflərin imzalarına rast gəldik. Amma bu qədər imza bolluğunda konkret olaraq hansısa müəllifin şeirlərindən seçmələrinin xüsusi olaraq yadda qaldığını müəyyən etməli olsaq cəmi bir neçə imzanı qeyd edə bilərik. İlk növbədə Musa Yaqub, İbrahim İlyaslı. Bütün seçmələrlə. Firuzə Məmmədli, Nazir Rüstəm, Əbülfət Mədətoğlu, Valeh Bahaduroğlu, Zirəddin Qafarlı,  Nisə Bəyim,  Mətləb Ağa, Gülbala Mehdi, Şövkət Zərin Horovlu, Rəsmiyyə Sabir, Gülnarə Cəmaləddin, Sabir Yusifoğli seçmələr içərisində bir neçə şeirlə. ..... Balayar Sadiq, Anar Amin, Əlizadə Nuri, ... bir neçə maraqlı poetik ifadə ilə. Bəlkə qəribə bölgüdür. Amma oxu prosesi ortaya belə bir nəticə qoyur.

Musa Yaqubun seçmələrini hər zaman yaddaqalan edən təbiilik, səmimiyyəttəbiətlə , daşla da, dərdlə özü ilə olduğu qədərində içdən bir səmimiyyətlə danışması, sözü zorlamadan, sındırmadan, qaçmaq istəyən bir ifadəni məcburən tutaraq mətnə salmadan yazmasıdır. Şeirindəki işığın, pozitivizmin, sevginin, oxucuya nəfəs aldıracaq oksigenin bolluğudur. “Bir az saymazyana, bir az biganə/Hələ ki canımda can saxlayıram –/Ruhum uçmaq üçün dəli-divanə –/ bir əlləşirəm, can çəkirəm,/Gümüş türbə, qızıl cam üçün/Mən cığır çəkirəm, ağac əkirəm,/Mən çiçək dərirəm o dünyam üçün./Buraxdım ömrümü üstdən aşağı, /Tanrıdan gələcək sərəncam üçün...)

Beləliklə, bunlar ötən il dərc olunan şeirimiz haqqında əldə edilən qənaətlər idi. Bacardığımız qədər obyektiv dəyərləndirməyə çalışdıq. Ona da əminik ki, qüsurların problemlərin çoxluğuna baxmayaraq, şeirimizin uğurlu nümunələri , nümayəndələri olacaq. Şeirimizin çoxəsrlik ənənəsi bunu tələb edir.

Nərgiz CABBARLI

 





14.04.2014    çap et  çap et