525.Az

İşıqlı şəxsiyyət


 

(“Ürəyimdən kimlər keçdi” silsiləsindən)

İşıqlı şəxsiyyət <b style="color:red"></b>

Görkəmli bəstəkar, Respublikanın Xalq artisti, Respublika dövlət mükafatı laureatı, professor Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924- ildə Şuşa şəhərində anadan olub. 1940- ildə Şuşa orta ixtisas musiqi məktəbinin tar sinfini, 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin direktoru, daha sonra Azərbaycan Dövlət Filarmoniyasının Mahnı Rəqs ansamblının bədii rəhbəri, uzun müddət Bakı Musiqi Akademiyasının professoru olub, Azərbaycan xalq musiqisi kafedrasına başçılıq edib.

 

60- illərdə Musiqili Komediya Teatrının direktoru baş dirijoru olan Süleyman ƏləsgərovBahadır Sona”, “Solğun çiçəkləroperalarının, “Milyonçunun dilənçi oğlu” (libretto müəllifi Şıxəli Qurbanovdur), “Özümüz bilərik”, “Hardasan, ay subaylıq”, “Həmişə xanım”, “Ulduz başqa operettaların müəllifidir. “UlduzoperettasıAzərbaycanfilmkinostudiyasında ekranlaşdırılıb. “Bayatı-Şirazsimfonik muğamının, tar ilə xalq çalğı alətləri orkestri üçün 3 konsertin, “Vətənə eşq olsun”, “Bahar təranələri”, “Bir bayraq altındakantatalarının, çoxlu mahnı romansların müəllifidir.

 

Xalq artisti Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

lll

 

Hər dəfə Hüsü Hacıyev küçəsi ilə Yazıçılar Poliklinikasına sarı gedəndə elə bilirəm bu saat Süleyman müəllim qarşıma çıxacaq. Həmişəki kimi hal-əhval tutduqdan sonra söhbəti Qarabağdan salacaq, Şuşadan, Ağdamdan... danışacaq. Bir anda sevincimiz qəmə dönəcək. Sonra Süleyman müəllim dünya görmüş bir ağsaqqal kimi mənə ürək-dirək verəcək:

 

Yaman günün ömrü az olar, inşallah, bir gün Qarabağ da geri alınacaq.

 

Doğrusu, bu gün görkəmli bəstəkarımız, Respublikanın Xalq artisti Süleyman Ələsgərovla harada, neçənci ildə tanış olduğumu xatırlaya bilmirəm. Amma dəqiq bilirəm ki, onu sənətkarlardan kiminsə haqqında yazdığım radio verilişində ürək sözünü deməyə çağırmışdım. Süleyman müəllim vaxt tapıb verilişdə iştirak etmişdi.

 

O, son dərəcə diqqətcil, mədəni, xeyirxah, sözünün sahibi olan işıqlı bir şəxsiyyət idi. Xeyirxahlıq mücəssəməsiydi.

 

İndi hər dəfə Süleyman müəllimi xatırlayanda, ilkin olaraq, uşaqlığım, kəndimiz, əzizlərimbabam, nənəm yadıma düşür. Çünki mənim yaddaşımda uşaqlıq illərim, televiziyanın hələ kəndlərə ayaq açmadığı çağlar, o dövrlərdə respublika radiosunda tez-tez səsləndirilənUlduzoperettasının musiqisi canlanır. Süleyman Ələsgərovun xalq ruhunda yoğrulmuş musiqisixüsusən Məhəmmədlə Züleyxanın dueti kəndimizdə dillər əzbəriydi bizim ailəmizdə bu şən, oynaq musiqiyə çox böyük məhəbbət bəslənilirdi.

 

Onda heç mənim ağlıma da gəlməzdi ki, bir gün Bakıya gələcəm, ali təhsil alacam, yazıçılıq fikrinə düşəcəm, Azərbaycan radiosunda vaxtaşırı musiqili verilişlərim səslənəcək. Məhz bu yazmaq həvəsi məni dövrümüzün bir çox böyük şəxsiyyətləri ilə görüşüb söhbət etməyə sövq edəcək belə unudulmaz şəxsiyyətlərin biri Süleyman Ələsgərov olacaqdır.

 

Haqqında verilişlər yazdığım elə bir müğənni yoxdur ki, Süleyman müəllim onun haqqında hörmətlə danışmasın.

 

Mən sonralar Süleyman müəllimlə müxtəlif tədbirlərdə, xeyir-şər məclislərində tez-tez görüşərdim. Mədəni davranışı, alicənablığı məndə ona qarşı böyük rəğbət hissi oyadardı. Süleyman müəllimin dilindəyoxsözü yoxdu. Dəvət edildiyi heç bir məclisdən qalmayan, bəhanələr gətirməyən çox işıqlı bir ziyalıydı.

 

Süleyman müəllim xoşbəxt sənətkardı. O, Üzeyir bəy kimi dahi bir şəxsiyyətin tələbəsi olmuşdu. İlk mahnısını – “Gözlə məniBülbül kimi dahi bir müğənni oxumuşdu. Süleyman müəllim dövrünün bütün mədəniyyət, incəsənət adamlarıyla dostluq etmiş, ünsiyyətdə olmuşdu. Buna görə çox zəngin xatirələri vardı. Ölümündən bir il qabaq baş redaktoru olduğumGəncliknəşriyyatına gəlmişdi. Ordan-burdan söhbət edirdik. Məşhur komik aktyorumuz Lütfəli Abdullayevdən bir-iki lətifə söylədi, çox xoşuma gəldi. Birdən ağlıma gəldi ki, onun xatirələrini yazmaq lazımdır. Buna görə:

 

Süleyman müəllim, – dedim, – icazə verin sizin xatirələrinizi yazım. Çox gözəl bir kitab alınar. Gündə görüşüb bir-iki saat söhbət etsək bəsdi.

 

Dedi:

 

Qoy bir az işlərimi qaydaya salım, sonra yazarsan.

 

Mən yazılmamış bu xatirələr kitabını o qədər əyani görürdüm ki, bəzən yaradıcılıq həyəcanı məni bürüyürdü. Qarşılaşanda istəyimi ona yenə xatırladırdım, amma nədənsə bu istəklə bağlı görüşümüz baş tutmurdu. İndi Süleyman müəllim əbədiyyətə qovuşandan sonra necə böyük bir xəzinə itirdiyimizi, böyük bəstəkarın özü ilə qədər dəyərli xatirələr apardığını təsəvvür edəndə itkinin böyüklüyündə ürəyim sıxılır.

 

1992-ci ilin fevralında Qarabağ xanlığının tarixindən bəhs edənXallı gürzəadlı tarixi romanım təzəcə çapdan çıxmışdı. Aradan altı-yeddi ay keçmişdi. Bir gün Süleyman müəllim zəng elədi:

 

Romanını Arif Babayevdən alıb oxudum. Təbrik edirəm, çox gözəl yazmısan. Bütün gecəni yata bilmədim. Elə bildim Şuşadayam.

 

Süleyman müəllim bax belə diqqətcil adamdı.

 

1997-ci ildə Süleyman müəllimə zəng vurdum. Sentyabr ayı idi. Dəstəyi özü götürdü. Hal-əhvaldan sonra: – Sentyabrın 16- Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim keçirilir, arzu edirəm gəlib iştirak edəsiniz.

 

Soruşdu:

 

Neçə yaşın tamam olur?

 

Əlli!

 

Boy, ə tez?!

 

Ömür-gündü , Süleyman müəllim, gəlib-geçir, – dedim.

 

Düz deyirsən. Təbrik edirəm. Hökmən gələcəm.

 

Gəldi , çıxış da etdi, hədiyyə verdi. İndi o gecənin videokasetinə baxanda Süleyman müəllimin lentin yaddaşına həkk olunmuş əksini görüb, çıxışına qulaq asanda kövrəlirəm. O gecə Süleyman müəllimin:

 

Kim Qarabağın həqiqi tarixini bilmək istəyirsə, Mustafa ÇəmənlininXallı gürzəromanını oxusun. Orda hər şey yazılıb, – sözləri böyük bəstəkarın mənim yaradıcılığıma verdiyi çox böyük bir qiymət idi. Yubiley gecəsində mənim xalq həyatından alınmış etnoqrafikHalallıqhekayəmi çox tərifləmişdilər. Xalq şairi QabilHalallıqhekayəsindən söz salaraqəgər xaricdə ingilis dilində Azərbaycan hekayələrindən ibarət antologiya çap olunsa, Mustafa ÇəmənlininHalallıqhekayəsini kitabın ilk səhifəsində yerləşdirərdilər, – deyə dəyərləndirmişdi. Səhəri gün Süleyman müəllim zəng edib hekayəni oxumaq istədiyini söylədi. Hekayənin çap olunduğuSəs qərib olmurkitabımı Süleyman müəllimə verdim. Bircə gün keçmiş oxuyub təqdirəlayiq fikirlər söylədi. Hekayəni, hətta ömür-gün sirdaşı Ağgül xanıma da oxutdurmuşdu. Çünki bir dəfə onlara zəng edəndə Ağgül xanım:

 

Hekayəni oxudum, oğul, səni Allah qorusun, – dedi hekayəm barədə xoş sözlər söylədi. Sonra Süleyman müəllim dəstəyi Ağgül xanımdan alıb mənimlə danışdı:

 

Mustafa, o kitabdan satışda var? – soruşdu.

 

– “Təranəmağazasında var, – dedim. 

 

Oldu, alaram, – dedi.

 

Sonra eşitdim ki, Süleyman müəllimTəranəmağazasından (burada, əsasən, musiqiyə aid kitablar, vallar satılırdı) on-on beş kitabı alıb Dövlət Televiziyasına aparıb. Şirkətin sədrinə, jurnalist Mailə xanım Muradxanlıya, rejissor Ələkbər Kazımovskiyə verib ki, mənimHalallıqhekayəmi oxusunlar. Mümkün olarsa ekranlaşdırsınlar. Məhz bu təqdimatdan sonra Rauf Kazımovski mənə zəng vurub, bu hekayəni səhnələşdirmək olar, – dedi. – Bizim vəsaitimiz yoxdur, əgər özünsponsortaparsansa heç bir problem yoxdur”.

 

Təəssüf ki, vəsait tapmadığımızdan bu film məsələsi bir arzu olaraq bu gün həyata keçməyib.

 

Süleyman müəllim vəsait ucbatından hekayənin səhnələşdirilməyəcəyini biləndə tutuldu, astaca köks ötürdü. O, hətta əgər çəkilərsə, bu filmə musiqi yazmaq fikrində olduğunu da söylədi.

 

Mən bu kiçik xatirəmdə Süleyman Ələsgərovun bəstəkarlıq fəaliyyətindən söz açmadım (Bu da bir başqa yazının mövzusudur). Bu yazıda onu ancaq bir insan, bir vətəndaş, dost kimi xatırladım. O, doğrudan da, əvəzsiz insan idi. Ağlıma da gəlməzdi ki, Süleyman müəllimi belə tez itirə bilərik. Çünki o çox gümrah, nikbin bir insan idi. Onu bu dünyadan Qarabağ dərdi, bir əbədi itirdiyi ömür-gün yoldaşı Ağgül xanımın ayrılığı apardı... Ağgül xanımın qəfil vəfatı onu o qədər sarsıtmışdı ki... Bu ağır xəbəri eşidib ona başsağlığı verməyə getmişdim. Həyət adamla dolu idi. Sakit bir payız günü, noyabrın 7-si idi. Kədər içində boğulan Süleyman müəllimə yanaşdım. O:

 

Mustafa, gözümün qabağında bir dəqiqənin içində Ağgül öldü. Onu xilas edə bilmədik. Xəstə yatmırdı axı... – dedi.

 

Ağgül xanımın vəfatı sevimli bəstəkarımız üçün doğrudan da, ağır itki idi. ÇünkiHər bir görkəmli kişinin arxasında gözə görünmədən bir xanım dayanırfikrini böyük anlamda Süleyman müəllimin ömür-gün yoldaşı Ağgül xanıma şamil etmək olardı. Onlar birinci sinifdən yeddinci sinfə kimi Şuşada oxumuş, sonra elə orada Pedaqoji Texnikumda təhsil almışdılar. Bakıya da eyni vaxtda gəlmişdilər. Burada isə sənət yolları ayrılmışdı. Süleyman müəllim Konservatoriyaya,  Ağgül xanım isə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdu. Süleyman müəllimlə Ağgül xanım 1949-cu ildə ailə qurmuşdular. İki oğul, bir qızları, altı nəvələri vardı.

 

Bir sözlə, hər kəsə örnək olası ailələri vardı... 67 il bir yerdə yaşadığı, həmişə ona həyan olan, ən başlıcası, onu başa düşən həyat yoldaşını itirən Süleyman müəllimin qəlbindən keçənləri duyub-anlamaq elə çətin deyildi.

 

Bu sətirləri yazanda Süleyman müəllimin yaşla dolmuş kədərli gözləri xəyalımda canlanır...

 

Ağgül xanımdan sonra Süleyman müəllim heç üç ay da tam yaşamadı. Gündüz televiziyanınXəbərlərproqramından eşitdim ki, Süleyman müəllim rəhmətə gedib. Bu bəd xəbərin ardınca məlum oldu ki, Süleyman müəllimin cənazəsi saat 3- Konservatoriyanın binasından götürüləcək. Mən tez Konservatoriyaya yollandım. Ora çatanda Süleyman müəllimin cənazəsini tələbələrinin çiyinləri üstündə gördüm. Ona bir daha el məhəbbətinin şahidi oldum.

 

Süleyman Ələsgərov həyatda tək-tək şəxsiyyətlərdən idi ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşürdü. Allah ona rəhmət eləsin. Onun işıqlı xatirəsi heç vaxt unudulmaz.

 

 





14.04.2014    çap et  çap et